Yaşanan Heç Bir An Allah Qatında Yox Olmur


İndiyə qədər yer üzündə baş verən və baş vermiş bütün hadisələr Allah qatında əsla yox olmur.

Hz. Musanın (ə.s), hz. İbrahimin (ə.s), hz. Əyyubun (ə.s), hz. Nuhun (ə.s), hz. Süleymanın (ə.s), hz. Muhəmmədin (s.ə.v) və digər peyğəmbərlərin yaşadıqları hadisələrin zamanı ilə bizim yaşadığımız zaman eynidir və bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatı eyni zaman içindədir. Bu insanlardan Allaha iman gətirənlər hal-hazırda Cənnətdə, inkarçılar isə Cəhənnəmdə əzab çəkirlər. Çünki keçmiş, bu gün və gələcək Rəbbimizin qatında bir andan ibarətdir.

Allahın Xaliq ismi hər şeyin varlığını və varlığı boyu keçirəcəyi halları, hadisələri təyin və müəyyən edən, buna əsasən yaradan, yoxluqdan var edən deməkdir. Allah Xaliq ismi ilə insanları ana bətnində yaratdığı andan etibarən onlar üçün sonsuzluq başlamışdır. Əlbəttə, insan ana bətnində keçirdiyi inkişaf mərhələlərini xatırlamır, ancaq onun hər kadrı Allah qatında mövcuddur və əsla yox olmur. Bu həqiqət hər kəsin çox uzun zənn etdiyi həyatına da aiddir.

Sizin yeni doğulduğunuz, ananızın qucağına verildiyiniz o ilk an yox olmamışdır. O kadr, görüntü və ya hadisə əbədi olaraq mövcud olacaq. Çünki Allah qatında hifz edilmişdir. Eyni şəkildə, 5 yaşında olarkən mağazadan aldığınız konfeti yeyərkən hiss etdiyiniz şirin dad, 7 yaşında orta məktəbə başladığınız gün erkəndən həyəcanla oyanmağınız, riyaziyyat müəlliminizin lövhəyə yazdığı uzun düsturlar, işdə qazandığınız uğura görə və ya illərlə arzuladığınız bir şeyi almağa gedərkən duyduğunuz sevinc hissi, bir sözlə, yaşadığınız və hiss etdiyiniz, başınıza gələn bütün bu hadisələr, əslində, eynilə dəyişmədən durur, ancaq sizin beyninizdə mövcud deyil. Beyninizdə saxlanılan isə keçmişə dair xatirə kimi sizə hiss etdirilir.

Hal-hazırda mövcud olan o səhnələri beyniniz qavramır. Çünki dünyadakı imtahan sistemi belədir. İnsanlar keçən zamana tabe olduqlarını düşünür, keçmiş, indiki və gələcək olmaqla zamanın bölündüyünü düşünürlər. Çünki insan 5 duyğu hissinə bağlı olduğuna və hafizəsində bu məlumatlar saxlanmadığına görə, başına gələn bir çox hadisəni xatırlamır. Halbuki, bu hadisələrdən heç biri itməmişdir və Allahın sonsuz hafizəsində əbədi olaraq canlı şəkildə mövcuddur. “…Bu, ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bildiyini, özü də Allahın hər şeyi (layiqincə) bilən olduğunu siz də biləsiniz! (Maidə surəsi, 97)” ayəsində bildirildiyi kimi, ən kiçik təfərrüata qədər hər şey Allah qatında mühafizə edilir.

Məhşər günü Allah insanların bütün əməllərini onlara göstərəcək

İnsanların yaşadığı hər anın, etdiyi hər davranışın, söylədiyi hər sözün, ağlından keçən hər fikrin, hər niyyətin Allah qatında eynilə mühafizə edilməsi Allahın insanlara bildirdiyi sirdir. Möminlərin bu həqiqəti dərk etdiyi hz. İsanın (ə.s) Quranda bildirilən bu sözlərindən də məlum olur:

Xatırla ki, o zaman Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? (İsa cavabında) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin Özündə olanı bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!” (Maidə surəsi, 116)

Bununla yanaşı, bir insan Allahın xoşuna gəlməyən əməl etdikdə və ya Allahın qadağan etdiyi hökmlərə tabe olmadıqda məhşər günü etdiklərinin heç birini inkar edə bilməyəcək, hətta etdiklərini qarşısında anbaan, canlı şəkildə görəcək. Heç bir şey yox olmadığına, itmədiyinə görə, edilən günahlar və savablar, pisliklər və yaxşılıqlar da saxlanılır. Buna görə, özlərinin kimsənin görmədiyini, eşitmədiyini düşünərək rahatlıqla Allahın hədlərini aşanlar və ya Allahın xoşuna gəlməyən əməlləri edənlər, pis sözlər söyləyənlər etdiklərinin özlərinə göstərilməsindən çox təəccüblənəcəklər. Allahın hər şey üzərində şahid olduğunu şəxsən görüb biləcəklər:

Göylərdə də, yerdə də yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir! (Ənam surəsi, 3)

Ancaq Allahın bildirdiyi din əxlaqından uzaq yaşayan bu insanlar məhşər günü etdikləri hər şeyi ən incə təfərrüatına qədər gördükdə artıq əllərindən heç nə gəlməyəcək. Çünki o gün Allahın Quranda bildirdiyi kimi, bu insanlara “… Allahdan onlara güman etmədikləri görünəcəkdir. Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri onları bürüyəcəkdir”. (Zumər surəsi, 47-48)

Məhşər günündə inkar edənlərin, münafiqlərin, Allahın əmrlərinə çəkinmədən baş qaldıranların heç güman etmədikləri hadisələr baş verəcək, Allahın insanların hafizəsində yenidən diriltməsi ilə bütün etdikləri gizli işlər hər kəsin qarşısında aşkar olacaq. Eynilə ayədə bildirildiyi kimi, iman gətirməyənlərin həyatları boyu istehza etdikləri şey bu dəfə özlərini bürüyəcək. İman gətirməyənlər dünya həyatında onlara verilən müddət ərzində inananların Allaha və axirətə olan inanclarına istehza etmişdilər, dərk etmədiklərinə görə, bu qəti həqiqətlərin aldanma olduğunu düşünmüşdülər. Ancaq onların aldanma olduğunu iddia edərək istehza etdiyi həqiqətlər onların özünü heç gözləmədikləri anda bürümüşdür. Çünki, əslində, onlar yanılmışdılar. Həyatları boyu etdikləri bütün pisliklərin görüntüsü Allahın hafizəsində saxlanmışdır və məhşər günü bir-bir qarşılarına çıxacaq. Bunları hər dəfə inkar etdikdə əbədi olaraq saxlanılan bu hadisələri canlı şəkildə qarşılarında görəcəklər. Beləliklə, Allahın elmi ilə əhatə olunduqlarını anlayacaqlar. Allah iman gətirməyənlərin vəziyyətini belə bildirir:

 Allah da onlara istehza edər və onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın qalarlar. (Bəqərə surəsi, 15)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma