Sonsuz Nemətlər


Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz… (Nəhl surəsi, 18)

1. Meteorit bombardmanından necə qorunuruq?

Meteoritlər saniyədə təxminən 40 km, yəni saatda 145.000 km sürətlə Yerə istiqamət götürürlər. Ancaq atmosferə daxil olduqdan sonra sürtünmənin təsirindən yanmağa başlayır və bizə zərər vermədən məhv olurlar. Statistikaya görə, ildə təqribən 50 min meteorit atmosfer tərəfindən zərərsizləşdirilir. Biz fərqinə varmasaq da, bu “kosmik bombalar”dan təbii qalxan funksiyası yerinə yetirən atmosfer sayəsində qorunuruq.

2. Göz cismə necə fokuslanır?

Cisimləri aydın görməyimiz göz büllurunun hər saniyə dayanmadan “avtomatik fokuslama” etməsi ilə mümkün olur. Bu tənzimləmə göz büllurunun ətrafındakı kiçik əzələlər tərəfindən həyata keçirilir. Baxışımızı hər dəfə dəyişdikdə bu əzələlər işə düşür və büllurun qabarıqlığını dəyişdirərək işığın düzgün bucaq altında sınmasını və istədiyimiz cismi aydın görməyimizi təmin edir. Göz bülluru bu tənzimləməni həyatımız boyu heç xətaya yol vermədən hər saniyə edir. Fotoqraflar eyni tənzimləməni fotokameralarda əllə edir və doğru fokuslamanı əldə etmək üçün bəzən uzun müddət çalışırlar. Müasir texnologiya nəticəsində son 10-15 il ərzində avtomatik fokuslama edən kameralar istehsal olunmuşdur, ancaq heç bir kamera göz qədər sürətlə və qüsursuz fokuslama edə bilmir.

3. Səs qulaqda necə artır?

Elmi tədqiqatlar qulaq seyvanının səsləri toplayıb istiqamətləndirdiyini, qulaq seyvanının içindəki qırışların isə səsi istiqamətləndirmək üçün lazımi akustik quruluşda olduğunu göstərmişdir. Qulaq seyvanının “konka” adlanan xarici qulaq keçəcəyi bir növ meqafon funksiyası yerinə yetirir və səs dalğalarını xarici qulaq yolunda sıxlaşdırır. Bu yolla səs dalğalarının gücü təqribən 17 desibel artır.

4. Səssiz mühitdə ən zəif səsləri necə eşidirik?

Xarici qulaq yolundan gələn səs titrəyişləri qulaq pərdəsinə çatır. Qulaq pərdəsi o qədər həssasdır ki, molekul səviyyəsindəki titrəyişləri də hiss edir. Bu sayədə səssiz mühitdə bizdən metrlərlə uzaqlıqda pıçıldayan insanın səsini və ya iki barmağımızı bir-birinə yavaşca sürtərək əmələ gələn səsi asanlıqla eşidə bilirik.

5. Mədə turşusu nə üçün mədəyə zərər vermir?

Qida borusu qidaların mədəyə çatdırılması funksiyasını daşıyır. Mədəyə çatdıqda isə mükəmməl sistemlə qarşılaşırıq. Qidaların mədədəki həzmi bu orqanın içindəki hidroxlorid turşusu tərəfindən həyata keçirilir. Ancaq bu turşu o qədər güclüdür ki, təkcə qidaları deyil, mədə divarlarını belə əridə bilər. Lakin, əlbəttə, Rəbbimizin yaratdığı qüsursuz sistem sayəsində bu baş vermir. Həzm zamanı ifraz edilən selik mədənin bütün divarlarını örtür və hidroxlorid turşusunun parçalayıcı təsirinə qarşı mükəmməl qoruyur. Beləcə, mədənin öz-özünü məhv etməsinin qarşısı alınır.

6. Yerin mərkəzində temperatur neçə dərəcədir?

Yerin mərkəzinə doğru endikcə temperatur hər kilometrdə 30°C artır. Nüvədə bu temperatur 4500°C-yə çatır. Yerin sadəcə 1 km dərinliyindəki temperaturun 60°C-yə yaxın olduğunu düşündükdə bunun nə qədər böyük təhlükə olduğunu görərik. Halbuki, bütün canlılar təhlükəsiz şəkildə yerin altında qaynayan maqmadan xəbərsiz həyatlarına davam edirlər. Göründüyü kimi, Allah içində alov topu olan Yerin səthində canlılar üçün əlverişli, mükəmməl sistem yaratmışdır.

7. Bud sümükləri 1 ton ağırlığı neçə daşıyır?

Bədənin daşınması və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işin öhdəsindən gələcək qabiliyyətdə və möhkəmlikdə yaradılıblar. Bədənin qarşılaşacağı çətin vəziyyətlər də nəzərə alınmışdır. Məsələn, bud sümüyü dik vəziyyətdə ikən 1 ton ağırlıq qaldıra bilir. Atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə çox yük düşür. Hətta tirlə hündürlükdən tullanan idmançı yerə enərkən sümüyünün hər sm2-i 1400 kq təzyiqə məruz qalır.

8. Bu yazını oxuyarkən nələr baş verir?

Sinirlər vasitəsilə beyinə çatdırılan mesajlar saatda 200 mil (320 km) sürətlə yol qət edirlər. Yəni beyin hüceyrələrindən bədənə gedən sinirlərimiz beyinlə bədən arasında gedən məlumatlar üçün sanki magistral yol funksiyası yerinə yetirir. Bədənimizdə hər an meydana gələn bütün proseslər, məsələn,

  • Hal-hazırda sizin bu jurnalı gözlərinizlə oxumağınız,
  • Səhifələri əlinizlə çevirməyiniz,
  • Oxuduqlarınızı anlamağınız,
  • Ürəyinizin döyünməsi,
  • Nəfəs almağınız,
  • Gözlərinizi qırpmağınız,
  • Saçlarınızın uzanması,
  • Qoxuları bilməyiniz,
  • Qulağınızla ətrafdakı səsləri eşitməyiniz,

qısaca desək, jurnalı oxuduğunuz müddətdə saymaqla bitməyən hər cür hərəkətiniz hər an beyinə gedən impulslar və beyinin orqanizmin hər yerinə ayrı-ayrı göndərdiyi əmrlər vasitəsilə davam edir.  Bütün bunlar sonsuz elm sahibi uca Rəbbimizin bizə verdiyi nemətlərdən sadəcə bir neçəsidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma