Sonsuz Nemətlər

Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz… (Nəhl surəsi, 18)

1. Meteorit bombardmanından necə qorunuruq?

Meteoritlər saniyədə təxminən 40 km, yəni saatda 145.000 km sürətlə Yerə istiqamət götürürlər. Ancaq atmosferə daxil olduqdan sonra sürtünmənin təsirindən yanmağa başlayır və bizə zərər vermədən məhv olurlar. Statistikaya görə, ildə təqribən 50 min meteorit atmosfer tərəfindən zərərsizləşdirilir. Biz fərqinə varmasaq da, bu “kosmik bombalar”dan təbii qalxan funksiyası yerinə yetirən atmosfer sayəsində qorunuruq.

2. Göz cismə necə fokuslanır?

Cisimləri aydın görməyimiz göz büllurunun hər saniyə dayanmadan “avtomatik fokuslama” etməsi ilə mümkün olur. Bu tənzimləmə göz büllurunun ətrafındakı kiçik əzələlər tərəfindən həyata keçirilir. Oxumağa davam et

Müsəlmanların Mübarizəsi Quran Əxlaqına Uygun Olmalıdır

Bir müsəlman bütün həyatını Allahın Quranda əmr etdiyi əxlaq üzərində qurmalıdır. Gündəlik həyatında, ticarət zamanı, bir iş görərkən və ya insanlarla münasibətlərində necə haqq-ədalətlə hərəkət edirsə, müharibədə və müdafiə zamanı, torpaqlarından sürgün edildikdə də eyni əxlaqa uyğun davranmalıdır. Yenə təvəkküllü, ədalətli olmalı, Allahın əmr və tövsiyələrini ciddi şəkildə yerinə yetirməlidir.

Məlum olduğu kimi, İslam sözü ərəb dilində “sülh” mənasını verir. Quran ayələrində insanlar yer üzündə sevginin, şəfqətin və sülhün modeli kimi İslam əxlaqına dəvət edilirlər. Oxumağa davam et

Danışmaq Möcüzəsi: İnsanın Danışma Qabiliyyəti Riyazi Sirdir

İki-üç yaşlı uşaq necə qrammatika dərsi keçmədən yetkin insan kimi cümlələr quraraq danışır?

Ətrafında danışılanları dinləyərəkmi öyrənir?

İnsanlar dilçi alimlərin belə tam anlamadıqları qrammatik qaydaları necə öyrənmişlər?

Sözlər və cümlələr necə və harada məna qazanır?

Necə olur ki, zehnimizdəki düşüncələrimiz sözlərə və cümlələrə çevrilir?

Hər bir insan müəyyən yaşa çatdıqda danışmağa başlayır. Demək olar ki, hamı eyni yaşda danışdığından bu vəziyyət təbii görünür. Bu səbəbdən, danışmaq bəzi insanlar tərəfindən adi qabiliyyət kimi qəbul edilir və onun üzərində çox düşünülmür. Halbuki, hələ heç nə bilməyən bir uşağın birdən-birə danışması böyük möcüzədir. Çünki ən sadə dillər belə, özündə kompleks qrammatik qaydaları ehtiva edir. Qrammatik qaydalar isə sözlərə cümlənin tərkibində müxtəlif məna qazandıran riyazi əlaqələrdir. Oxumağa davam et

Möminlərin və Cahiliyyənin Dostluq Anlayışı

Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını paylaşacağı, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi mövzularda yol göstərən, onu sevən, sədaqətli olan, qoruyan, səhvlərinə şəfqətlə yanaşan, xəstələndikdə və ya yaşlandıqda onu tək buraxmayan insanlar axtarır…

Sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah insanın fitrətini sevməkdən və sevilməkdən zövq alacağı, dostluqdan və yaxınlıqdan xoşlanacağı şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha çox zövq verir. Bu səbəbdən, Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun və yaxınlığın sonsuza qədər böyük  coşğu ilə yaşanacağı gözəl yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi xəbərlərdə həmişə sevinc, yoldaşlıq, sevgi, söhbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayədə cənnətə girən möminlərin kökslərindəki kin-küdurəti çıxaracağını bildirmişdir (“Əraf” surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, hirs, incimə kimi sevgiyə və dostluğa mane olan pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq. Oxumağa davam et

Qütb Ayılarının Buzun Üstündə Yaşamalarını Təmin Edən Mükəmməl Xüsusiyyətlər

Qütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar. Ancaq Rəhman olan Allah onları bu çətin şəraitə tab gətirə biləcək şəkildə yaratmışdır.

Dünyadakı bütün canlıları yoxdan yaradan və onların hər birində heyrətamiz xüsusiyyətlər var edən uca Allahdır. Bu, Allahın incə sənətidir. Allah sonsuz ağlı ilə insanların qavraya bilmədikləri, hələ incəliklərini kəşf edə bilmədikləri sistemlər yaratmış, hər xüsusiyyətin içində Öz ucalığını və qüdrətini göstərən gözəlliklər var etmişdir.

Oxumağa davam et

Yaşanan Heç Bir An Allah Qatında Yox Olmur

İndiyə qədər yer üzündə baş verən və baş vermiş bütün hadisələr Allah qatında əsla yox olmur.

Hz. Musanın (ə.s), hz. İbrahimin (ə.s), hz. Əyyubun (ə.s), hz. Nuhun (ə.s), hz. Süleymanın (ə.s), hz. Muhəmmədin (s.ə.v) və digər peyğəmbərlərin yaşadıqları hadisələrin zamanı ilə bizim yaşadığımız zaman eynidir və bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatı eyni zaman içindədir. Bu insanlardan Allaha iman gətirənlər hal-hazırda Cənnətdə, inkarçılar isə Cəhənnəmdə əzab çəkirlər. Çünki keçmiş, bu gün və gələcək Rəbbimizin qatında bir andan ibarətdir. Oxumağa davam et

Təlaşlanmaq Şeytanın Hiyləsidir

İman gətirməyən insanlar şeytanın təsiri ilə bir çox yanlış məlumatı öyrənir və həyata keçirirlər. Bu məlumatların təsiri ilə özlərinə zərər versələr də, bunları özlərinə aid bir xüsusiyyət zənn etdikləri üçün dəyişdirmək istəmirlər. Məsələn, təlaşlanmaq onlar üçün bir xüsusiyyətidir. Belə ki, bu xüsusiyyətlərini qəbul etdikləri üçün gün ərzində müxtəlif qorxu və narahatlıqlar yaşayırlar. Hətta gözləmədikləri hadisə ilə qarşılaşdıqda həddindən artıq təlaşlanar, necə davranacaqlarını bilə bilməzlər. Bunu o qədər qəbul edirlər ki, ruhən özlərinə etdikləri təzyiqin bədənlərinə bir çox mənfi təsiri olur. Təlaşlanma nəticəsində başları ağrıyır, tərləyir, nəfəsləri daralır, təzyiqləri qalxır, hətta ölümlə nəticələnən infarkt hadisələri də baş verir. Oxumağa davam et