İMAM QƏZALİ (1058-1111)

İmam Qəzali XI əsrin sonu – XII əsrin əvvəllərində yaşamışdır və dövrünün mücəddidi qəbul edilən böyük İslam alimlərindən biridir. Yaşadığı dövrdə üstün əxlaqı ilə diqqət çəkmiş, bir çox sahədə elm sahibi olması və güclü mühakimə qabiliyyəti ilə təkcə İslam aləmində deyil, Qərbdə də tanınmışdır.

“Allahın verdiyi neməti Onun sevdiyi yerdə xərcləmək şükür, sevmədiyi yerdə istifadə etmək isə küfrani-nemətdir (neməti inkar etməkdir)”.

İmam Qəzali həyatını Quran əxlaqında dərinləşməyə və İslam əxlaqının gözəlliklərini insanlara izah etməyə həsr etmiş böyük İslam alimidir. Bu səbəbdən, elmi və dini mövzularda dərin bilik sahibi olmağa cəhd etmişdir. Xüsusilə qədim yunan fəlsəfəsindən qaynaqlanan Qurana zidd inanc və fikirləri təsirli üslubla təkzib etmiş və bütün bunlara qarşı Quran əxlaqını daima ön plana çıxarmışdır. Dərin elminə görə, “İslamın dəlili, İslamın haqq olduğunun sübutu” mənalarını verən “Hüccətül-İslam” və “Zeynüd-din” adları ilə tanınmışdır. Oxumağa davam et

İslam Torpaqlarında Baş Verənlər Axırzaman Əlamətidir

Axırzaman… Bu anlayış bir çox insana tanış olmaya bilər. Bu səbəbdən, əvvəlcə bu anlayışı qısa şəkildə açıqlayaq. Axırzaman son dövr mənasını verir və İslam qaynaqlarına görə, qiyamətə yaxın bir zamanda Quran əxlaqının bütün dünyaya hakim olduğu dövrü ifadə edir. Bu dövrdə insanların rahat şəkildə  yaşamaları üçün hər cür şərait mövcud olacaq. Əvvəlki dövrlərdəki çətinliklərin yerini bolluq, bərəkət və ədalət tutacaq. Əxlaqsızlıqlar, saxtakarlıqlar, degenerasiya ortadan qalxacaq. Bu dövr bütün inanan insanların əsrlərlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs dövr olacaq. Oxumağa davam et

35 Min İllik Fleyta Tarixin Təkamülü İddiasını Təkzib Edir

Almaniyadakı arxeoloji qazıntılarda tapılan 35 min illik fleyta bu günə qədər tapılan digər fleytalar kimi tarixin erkən dövrlərində yaşayan insanların incəsənət zövqünə malik olduğunu göstərir.

Arxeoloq Nikolas Konardın 12 ayrı hissə şəklində tapdığı qızıl qırğı sümüyündən düzəldilmiş bu fleyta Cənubi Almaniyadakı Hohl Fels mağarasından çıxarılmışdır. 5 dəlikli fleyta kövrək quruluşda olduğuna görə, arxeoloq Konard bu alətin funksionallığını yoxlamaq üçün eyni növ sümükdən həmin fleytadan düzəltmişdir. Bu fleyta ilə qərb musiqisinin əsas forması olan yeddi not ölçüsündən istifadə edərək Amerika Milli Marşını çalmışdır. Oxumağa davam et

Müsəlman Qəlbində Daim Allahla Bərabərdir

Müsəlman həyatın sirrini bilən, kainatın yaradılış məqsədini və özünün niyə bu dünyada yaşadığını qavrayan insandır. Dünyanın keçici yer olduğunu, Allahın təqdir etdiyi zamanda həyatının sona çatacağını bilər və bu həqiqətə görə yaşayar. Hər şeyin Allahın diləməsilə reallaşdığını, O, diləmədikcə bir yarpağın belə düşməyəcəyini dərk edər. Baxdığı hər yerdə Allahı görər, Onu zikr edər və ucaldar. Qəlbi daim onu yaradan və ona saysız nemətlər bəxş edən Rəbbimizlə bərabərdir, heç nə onu Allahı xatırlamaqdan çəkindirməz. Nə edirsə etsin, hansı işlə məşğul olursa olsun, diqqəti həmişə Allahdadır və Onun ayələrindədir. Oxumağa davam et

Vicdan Sahibi İnsanlara Çağırış

İnsanda onun tez-tez rast gəldiyi hadisələrə qarşı dərhal vərdiş əmələ gəlir. Hətta zaman keçdikcə bu vərdiş elə hala gəlir ki, ilk dəfə gördüyü zaman insanda kəskin reaksiya əmələ gətirən hadisələr bir müddətdən sonra gündəlik mövzulara çevrilir.

Dünyada baş verən müharibələr və toqquşmalar da belə hadisələrdəndir. Bir ölkədə işğalın, kütləvi qırğının, ya da soyqırımın olması əvvəlcə dünyanın dörd tərəfində kəskin reaksiya yaradır.  Küçələrdə öldürülən qadınlar, yaşlılar, cavanlar, körpələr…

İnsanlar bu görüntüləri gördükləri ilk günlərdə özlərində əmələ gələn təsiri, nə isə edə bilmək istəyini tez-tez dilə gətirirlər. Amma ardı-arxası kəsilməyən xəbərlər zaman keçdikcə diqqətlərini cəlb etməməyə başlayır. Oxumağa davam et

Tənəffüs Etdiyimiz Hava Hər Səhər Necə Təmizlənir?

Gün boyu avtomobillərdən çıxan qazlar, evlərin bacalarından çıxan tüstülər, küləklə uçuşan tozlar, fabriklərdən yayılan kimyəvi qazlar… kimi xarici amillər tənəffüs etdiyimiz havanı daim çirkləndirir. Lakin biz heç vaxt havasızlıqdan əziyyət çəkmirik. Tənəffüs etdiyimiz hava həmişə təmizdir. Bəs bütün gün müxtəlif səbəbdən çirklənən hava necə təmizlənir? Elm adamlarının uzun illər davam edən işlərinə baxmayaraq, qaynağını açıqlaya bilmədikləri təmizləyicilər nələrdir?

Tənəffüs etdiyimiz hava 77% azot,  2% oksigen və 1% karbondioksid və arqon kimi qazların qarışığından ibarətdir. Ancaq çox həssas tarazlıqlar üzərində qurulmuş Yer atmosferi hidrokarbonlar adlanan kimyəvi birləşmələr tərəfindən çirklənir. Bunlar ağac və qalıq yanacaqlar kimi maddələrin yanması ilə ortaya çıxır. Ancaq havada yaranan bu çirkləndiricilər uca Allahın yaratdığı xüsusi üsullarla təmizlənir. Oxumağa davam et

Qoxu Mütəxəssisi İtlər

İtlərin digər canlı növlərindən və insanlardan üstün olan qoxubilmə qabiliyyətlərinin xüsusiyyətləri nələrdir?

İnsanlarla itlərin burunlarını istifadə məqsədləri çox fərqlidir. İtlər qoxubilmə orqanlarından qida axtarma, ov tutma, öz aralarında xəbərləşmə, istiqaməti müəyyən etmə, qarşı cinslərinin, balalarınn yerini tapmaq üçün istifadə edirlər. Uca Rəbbimiz bu canlıları yaşamaları üçün lazımi sistemlərlə birlikdə yaratdığını bir ayədə belə bildirir:

Göylərdə və yerdə nə varsa, Onundur. Hamısı Ona boyun əyir! (Rum surəsi, 26)  Oxumağa davam et

Qan Təzyiginə Nəzarət Edən Qüsursuz Sistem

Bədənimizdəki qan təzyiqi düşdüyü zaman qüsursuz sistem fəaliyyətə başlayır. Eynilə yanğın zamanı həyəcan qəbuledicilərinin alovun tüstüsünü müəyyən etmələri və anında həyəcan siqnalı vermələri kimi, bu sistem də ancaq həyəcan vəziyyətində, yəni qan təzyiqi düşdükdə dövrəyə girir.

Qan təzyiqinin aşağı olması insan üçün çox təhlükəlidir. Buna görə, həyəcan anında qan təzyiqini artırmaq üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Bu tədbirləri belə sıralaya bilərik: Oxumağa davam et

Qolunuzdakı saatı bir müddət sonra niyə hiss etmirsiniz

Hər bir insanın dərisi gün ərzində geyimlərlə təmasda olur. Amma onları həmişə hiss etmir. Gecə yatarkən üstünə çəkdiyi yorğanla, qoluna taxdığı saatla, ya da oturduğu kreslo ilə təmasda olduğunu da daim qavramır. Bunun vacib səbəbi var. İnsan dərisindəki qəbuledicilər müəyyən müddətdən sonra beyinə və dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırırlar. İnsan dərisi onunla təmasda olan maddəyə qarşı vərdiş qazanır və onunla bağlı hisslər müəyyən müddətdən sonra dayandırılır.

Bu, Allahın bədənimizdə yaratdığı möcüzəvi bir sistem və mükəmməl xüsusiyyətdir. Bir çox insan bu cür təfərruatların fərqinə belə varmır. Amma onu da qeyd etmək lazımdır ki, heç bir narahatlıq duymadan yaşamaq mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olur. Oxumağa davam et