Müsəlman Qəlbində Daim Allahla Bərabərdir


Müsəlman həyatın sirrini bilən, kainatın yaradılış məqsədini və özünün niyə bu dünyada yaşadığını qavrayan insandır. Dünyanın keçici yer olduğunu, Allahın təqdir etdiyi zamanda həyatının sona çatacağını bilər və bu həqiqətə görə yaşayar. Hər şeyin Allahın diləməsilə reallaşdığını, O, diləmədikcə bir yarpağın belə düşməyəcəyini dərk edər. Baxdığı hər yerdə Allahı görər, Onu zikr edər və ucaldar. Qəlbi daim onu yaradan və ona saysız nemətlər bəxş edən Rəbbimizlə bərabərdir, heç nə onu Allahı xatırlamaqdan çəkindirməz. Nə edirsə etsin, hansı işlə məşğul olursa olsun, diqqəti həmişə Allahdadır və Onun ayələrindədir. Allah müsəlmanların xüsusiyyətlərini bir ayəsində belə xəbər verir:

kəslərki, ayaq üstə olandada, oturandada, uzanandada Allahı xatırlar, göylərinvə yerin yaradılması   (və deyərlər): “Ey Rəbbimiz! Sənbunları boş yerə yaratmamısan! Səpak və müqəddəssən! Bizi Cəhənnəodunun əzabındanzün) qoru! (Ali-İmran surəsi, 191)

Əlbəttə, bu, Allahı çox sevən, Onun razılığını hər şeydən üstün tutan, Ondan qorxan, dünyadan heç nə gözləməyib yalnız Allahın razılığını axtaran, qəlbləri Allah eşqi ilə dolu olanların xüsusiyyətidir. Heç şübhə yoxdur ki, bu, insanın tamamilə öz razılığı ilə seçdiyi haldır: bilərək, istəyərək, zövqlə, eşqlə, dərin istəklə Allahın razılığını və axirəti seçməyin bir göstəricisidir. Kim qəlbini Allaha bağlasa, Ona yaxınlaşmaq, imanında dərinləşmək və axirətdə Allahın razılığına, rəhmətinə və Cənnətinə çatmaq üçün səy göstərsə, Allah onu bu səyində müvəffəqiyyətli edər. Allah bir ayəsində bu vəziyyəti bu şəkildə ifadə edir:

Biz axirəsavabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz. (Şura surəsi, 20)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma