Qoxu Mütəxəssisi İtlər


İtlərin digər canlı növlərindən və insanlardan üstün olan qoxubilmə qabiliyyətlərinin xüsusiyyətləri nələrdir?

İnsanlarla itlərin burunlarını istifadə məqsədləri çox fərqlidir. İtlər qoxubilmə orqanlarından qida axtarma, ov tutma, öz aralarında xəbərləşmə, istiqaməti müəyyən etmə, qarşı cinslərinin, balalarınn yerini tapmaq üçün istifadə edirlər. Uca Rəbbimiz bu canlıları yaşamaları üçün lazımi sistemlərlə birlikdə yaratdığını bir ayədə belə bildirir:

Göylərdə və yerdə nə varsa, Onundur. Hamısı Ona boyun əyir! (Rum surəsi, 26) 

İtlərin həyatını qoxular yönləndirir

Allahın itlərə bəxş etdiyi ən diqqətçəkən xüsusiyyətlərdən biri qoxu hissidir. Bütün itlər həyatları boyu bir-birini boğan, qarışan və dəyişən qoxu izlərini təqib edir və hər şeyi qoxulayırlar. İtlər bir-birinə qarışan yaxşı və pis qoxular arasında insanın diqqətini belə çəkməyən qoxuları bir-birindən ayırd edə bilirlər. Belə ki, küçədə yeriyən insanla yanında gəzdirdiyi itinin hiss etdiyi qoxular eyni deyil. İt, sahibinin fərqinə varmadığı qoxulara əsasən, olduğu mühit haqqında çox dəqiq məlumat toplayır. Digər itlərin qoyduğu qoxuları və ətrafdakı insanların özünəməxsus qoxularını təhlil edərək onlar haqqında məlumat əldə edir. Bu canlı qoxulama qabiliyyəti ilə ətraf mühitlə təmasa girir, məlumat toplayır və havadakı ən kiçik nisbətdəki qoxuları belə asanlıqla müəyyən edir. Çünki

İtlərin qoxu həssaslığı insanlara nisbətən daha çoxdur

Bəzi it növlərinin qoxu həssaslığı insanlara nisbətən milyon dəfə çoxdur. Belə ki, insan burnunda cəmi 5 sm2 olan qoxu bölgəsinin ölçüsü itlərdə 150 sm2-ə çatır.

İtlərin burunlarındakı qoxu hüceyrələrinin sayı insanlardan qat-qat artıqdır.

İtin beynindəki qoxulama funksiyasını yerinə yetirən hüceyrələr insanda olandan 40 dəfə artıqdır. Məsələn, teryer it cinsində 147 milyon, alman çoban itində 225 milyon qoxu reseptoru var. Qoxubilmə hissi güclü olan bladxaund cinsi heç bir izin görünmədiyi yerlərdə izi tapır, dörd günlük izi təqib edir və bir insanın izini 80 km-dən də uzaq məsafədən tanıyır.

İtlərin güclü qoxu almasını asanlaşdıran digər amillər

Rəbbimiz itlərin burunlarını qoxulara qarşı çox həssas yaratmışdır.

İtlərin burunlarının quruluşu qoxu bilmələrini asanlaşdırır:

Allah itlərin burunlarındakı qoxu bölgəsinin toxumalarının qatları və qırışları ilə həm qoxubilməni asanlaşdırmış, həm də bu funksiyanı yerinə yetirən bölgəni genişləndirmişdir. İtlərin burnunda 1sm2-də daha çox qoxu hüceyrəsi yerləşdirilmişdir.

 İtlərin burunlarının nəmli olması qoxubilməni asanlaşdırır:

İtin burnu Allahın yaratdığı xüsusi hüceyrələrin ifraz etdiyi seliklə daima islanır. Qoxu molekulları nəm seliyə gəlir, burada həll olur və qoxu reseptorları ilə təmasa girir.

 İtlərin tənəffüs mexanizmi qoxubilməni artırır:

İtlərdə tənəffüs yolu ağızın arxasında, yemək və nəfəs borusunun  başladığı yerdədir. Damağın ətli hissəsi uzanaraq tənəffüs yolunu iki yerə bölür. İtlərin bu tənəffüs yolunun quruluşu “Schlieren görüntüləmə metodu” ilə tədqiq edildikdə fərqli nəfəs alıb-verdikləri məlum olmuşdur. Bir şeyi qoxulayan it nəfəs verərkən burnunu tərpədir, beləcə, hava yan tərəfdəki yarıqlardan arxaya doğru hərəkət edir. Bu xüsusi yaradılış sayəsində itin xaric etdiyi hava qoxunun mənbəyindən fərqli istiqamətə axır. Beləcə, nəfəsdəki hava ilə qoxu qarışmır.

Burunun içindəki vomeronazal orqan qoxu hissini artırır:

İkinci qoxu duyğusu isə burunun içində yerləşən, hələ haqqında o qədər də məlumat əldə edilməyən, “vomeronazal orqan” adlandırılan kiçik toxuma tərəfindən duyulan feromonlardır. Bu xüsusi orqan damaq sümüyünün üstündə, burun boşluğunun dabanında ikitərəfli şəkildə yaradılmışdır. Üst kəsici dişlərin arxasında yerləşən bir kanal ilə ağıza birləşir. İt vomeronazal orqana qoxunu ötürmək üçün dilini sürətlə, təkrarlanan hərəkətlərlə üst kəsici dişlərin arxasına toxundurur. Bu şəkildə qoxunu daha aydın alır.

Allah itlərin qoxubilmə hissini çox həssas yaratmışdır

Allah itlərin qoxubilmə duyğularını çox həssas yaratdığına görə, yer üzündə milyonlarla qoxunun olmasına baxmayaraq, itlər çaşmır və bir çox qoxunun arasından axtardıqlarını asanlıqla seçirlər.

Hər hansı bir it 5 litr suyun içində qanın olduğunu hiss edir.

Donuz, öküz, at, qoyun, dovşan kimi heyvanlara aid qoxuları aradakı böyük bənzərliyə baxmayaraq bilir və ayırd edir.

Bir-birinə əkizlər qədər yaxın olsalar da, insanların qoxularını asanlıqla ayırd edir.

Çox güclü qoxu verən maddələrlə örtülsə də, tapmaq istədiyi şeyin qoxusunu ayırd edə bilir. Aparılan təcrübələr təlim keçmiş itin skuns qoxusu vurulmuş əşyalar arasından lazım olan qoxunu tapdığını göstərmişdir.

İz axtaran it arxasınca düşdüyü canlının (insan və ya heyvan) qoyduğu qoxu izlərini təqib edir. İzlənən adam müəyyən yerdən velosipedə minsə belə, it heç dayanmadan onun qoxusunu təqib edir. Torpaq və ya ot kimi qoxu tutan materiallar üzərindəki qoxu izlərini saatlar sonra da duya bilirlər.

İtlər qoxular haqqında hərtərəfli məlumata malikdirlər. Hər bir gül yarpağının fərqli qoxusunu ayırd edirlər. Bu fərqli qoxular itə çiçəyə müxtəlif həşəratların qonduğunu və bu həşəratların digər çiçəklərdən aldığı tozcuq izlərini qoyduğunu bildirir. İtlər çiçəyə toxunan insanların fərdi qoxularını bilməklə yanaşı, təqib etdikləri insanların ayaq izinin qoxusunun  digərindən fərqli olduğunu belə müəyyən edirlər.

Qoxubilmə hissi itlərə vaxt haqqında məlumat verir. Bir it qoxunun tündlüyü arasındakı fərqi analiz edərək aradan keçən vaxtı müəyyən edir, təqib etdiyi insanların və ya başqa cisimlərin oradan nə vaxt keçdiyini belə təxmin edirlər. Havadan qoxusu gələn başqa itlərin, insanların qoxusunu alaraq nə qədər uzaq məsafədə olduqlarını müəyyənləşdirirlər.

Şübhəsiz ki, itlərin həssas qoxubilmə hissi Allahın yaratmasındakı ehtişamı göstərən saysız-hesabsız dəlillərdən biridir. Allah bir ayədə belə bildirmişdir:

Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun dəlillərindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir! (Şura surəsi, 29)

İtlər insanların və qabaqcıl elektron cihazların bacarmadığı işləri bacarırlar. Narkotik maddələri, oğurluq əşyaları, itkin düşmüş insanları, partlayıcı maddələri, qaz sızmasını, ov heyvanlarını, caniləri, qəza və fəlakət qurbanlarını tapmaqda bu canlıların üstün xüsusiyyətlərindən faydalanırlar. Allah heyvanların yaradılışlarından ibrət almağı Quranda belə bildirir:

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır… (Nəhl surəsi, 66)

Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. (Muminun surəsi, 21)

Tibbdə, təhlükəsizlik xidmətində və təbii fəlakətlərdə itlərin üstün qoxubilmə xüsusiyyətindən faydalanırlar

İtlərin xüsusi təlimlə xərçəngi müəyyən etdikləri məlum olmuşdur. Aparılan tədqiqatlar xüsusi təlim keçmiş itlərin 100 xərçəng xəstəliyindən 71-ni müəyyən etdiyini, ağciyər xərçəngi olmayan 400 nəfərdən 372-ində də xəstəliyin olmadığını bildiklərini göstərmişdir. Belə ki, ağciyər xərçəngi xəstələrinin nəfəslərində müxtəlif kimyəvi maddələr olduğuna görə, xəstəlik ilkin mərhələdə olsa belə, itlər qoxubilmə duyğuları ilə xəstəliyi müəyyən edirlər. İtlərin dəri, sinə və bağırsaq xərçəngini də müəyyən etdikləri məlum olmuşdur.

Xilasetmə fəaliyyətlərində də itlərin qoxubilmə xüsusiyyətlərindən istifadə edilir. İtlər bədən qoxumuzu təqib edərək bizi tapırlar. Bizim hiss etmədiyimiz bu qoxu ölü hüceyrələrimiz tərəfindən ətrafa yayılır və itlər bunu çox aydın hiss edirlər. “Rafts” adlanan bu hüceyrələr dəqiqədə 40 min ədəd yayılır və insanın özünəməxsus qoxusunu atmosferə yayır. Bu qoxu külək və digər atmosferlə uzaq məsafələrə daşınır. İtlər yaşayan insanın qoxusunu bu hüceyrələri vasitəsilə tapırlar. Axtarma cihazları huşunu itirmiş yaralıların ürək döyüntülərini qəbul etmədikdə dağıntı altında qalmış yaralılardan yayılan qoxu itlərin onları tapmasına kömək edir.

Partlayıcı maddə axtaran itlər partlayıcı maddələrin qoxusunu başqa qoxulara baxmayaraq, ayırd edə bilirlər. İtin həssas burnu partlayıcı maddələrlə partlayıcı olmayan üzvi qoxuları seçici və həssas xüsusiyyəti sayəsində ayırd edir. Partlayıcını tapmaqda təlimçisi ilə uyğunluq içində fəaliyyət göstərən yaxşı təlim keçmiş it qədər həssas başqa cihaz yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma