Tənəffüs Etdiyimiz Hava Hər Səhər Necə Təmizlənir?

Gün boyu avtomobillərdən çıxan qazlar, evlərin bacalarından çıxan tüstülər, küləklə uçuşan tozlar, fabriklərdən yayılan kimyəvi qazlar… kimi xarici amillər tənəffüs etdiyimiz havanı daim çirkləndirir. Lakin biz heç vaxt havasızlıqdan əziyyət çəkmirik. Tənəffüs etdiyimiz hava həmişə təmizdir. Bəs bütün gün müxtəlif səbəbdən çirklənən hava necə təmizlənir? Elm adamlarının uzun illər davam edən işlərinə baxmayaraq, qaynağını açıqlaya bilmədikləri təmizləyicilər nələrdir?

Tənəffüs etdiyimiz hava 77% azot,  2% oksigen və 1% karbondioksid və arqon kimi qazların qarışığından ibarətdir. Ancaq çox həssas tarazlıqlar üzərində qurulmuş Yer atmosferi hidrokarbonlar adlanan kimyəvi birləşmələr tərəfindən çirklənir. Bunlar ağac və qalıq yanacaqlar kimi maddələrin yanması ilə ortaya çıxır. Ancaq havada yaranan bu çirkləndiricilər uca Allahın yaratdığı xüsusi üsullarla təmizlənir. Oxumağa davam et

Qoxu Mütəxəssisi İtlər

İtlərin digər canlı növlərindən və insanlardan üstün olan qoxubilmə qabiliyyətlərinin xüsusiyyətləri nələrdir?

İnsanlarla itlərin burunlarını istifadə məqsədləri çox fərqlidir. İtlər qoxubilmə orqanlarından qida axtarma, ov tutma, öz aralarında xəbərləşmə, istiqaməti müəyyən etmə, qarşı cinslərinin, balalarınn yerini tapmaq üçün istifadə edirlər. Uca Rəbbimiz bu canlıları yaşamaları üçün lazımi sistemlərlə birlikdə yaratdığını bir ayədə belə bildirir:

Göylərdə və yerdə nə varsa, Onundur. Hamısı Ona boyun əyir! (Rum surəsi, 26)  Oxumağa davam et

Qan Təzyiginə Nəzarət Edən Qüsursuz Sistem

Bədənimizdəki qan təzyiqi düşdüyü zaman qüsursuz sistem fəaliyyətə başlayır. Eynilə yanğın zamanı həyəcan qəbuledicilərinin alovun tüstüsünü müəyyən etmələri və anında həyəcan siqnalı vermələri kimi, bu sistem də ancaq həyəcan vəziyyətində, yəni qan təzyiqi düşdükdə dövrəyə girir.

Qan təzyiqinin aşağı olması insan üçün çox təhlükəlidir. Buna görə, həyəcan anında qan təzyiqini artırmaq üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Bu tədbirləri belə sıralaya bilərik: Oxumağa davam et

Qolunuzdakı saatı bir müddət sonra niyə hiss etmirsiniz

Hər bir insanın dərisi gün ərzində geyimlərlə təmasda olur. Amma onları həmişə hiss etmir. Gecə yatarkən üstünə çəkdiyi yorğanla, qoluna taxdığı saatla, ya da oturduğu kreslo ilə təmasda olduğunu da daim qavramır. Bunun vacib səbəbi var. İnsan dərisindəki qəbuledicilər müəyyən müddətdən sonra beyinə və dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırırlar. İnsan dərisi onunla təmasda olan maddəyə qarşı vərdiş qazanır və onunla bağlı hisslər müəyyən müddətdən sonra dayandırılır.

Bu, Allahın bədənimizdə yaratdığı möcüzəvi bir sistem və mükəmməl xüsusiyyətdir. Bir çox insan bu cür təfərruatların fərqinə belə varmır. Amma onu da qeyd etmək lazımdır ki, heç bir narahatlıq duymadan yaşamaq mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olur. Oxumağa davam et