Başqalarına Nəsihət Verib Özünü Unutmamaq


“Siz in­san­la­ra yax­şı iş­lər gör­mə­lə­ri­ni əmr et­di­yi­niz hal­da, özü­nü­zü unu­dur­su­nuz? Hal­bu­ki, özü­nüz ki­tab oxu­yur­su­nuz. Mə­gər ba­şa düş­mür­sü­nüz?” (Bə­qə­rə su­rə­si, 44).

Quranı yax­şı bi­lən zə­ka­lı və təc­rü­bə­li in­san baş­qa­la­rı­nın din­lə bağ­lı səhv və nöqsan­la­rı­nı ən ki­çik in­cə­li­yi­nə qə­dər dü­zəl­də, bu mə­sə­lə­də on­la­ra nə­si­hət ve­rə, xə­bər­dar­lıq edə bi­lər. Bu, müs­bət hal­dır, la­kin bu, in­sa­na hə­min səhv və gü­nah­la­rı özü­nün də et­mə­si­nə haqq qa­zan­dı­ra bil­məz. Ək­si­nə, in­san baş­qa­la­rı­na ver­di­yi nə­si­hət­dən özü də ib­rət al­ma­lı və hə­min səhv­lə­ri et­mə­mə­yə diq­qət ye­tir­mə­li­dir. Yox­sa baş­qa­la­rı­na ver­di­yi nə­si­hət əcr de­yil, axi­rət­də onun əley­hi­nə də­lil ki­mi çı­xar.

Baş­qa­sı­nın səh­vi­ni üzə çı­xa­ra bi­lən in­sa­nın ey­ni səh­vi öz nəf­sin­də üzə çı­xa­ra bil­mə­mə­si ki­mi hal müm­kün de­yil. Əl­bət­tə, o, öz səhv­lə­ri­ni və gü­nah­la­rı­nı da bi­lir. Bu isə onun qey­ri-sə­mi­mi ol­du­ğu­nu gös­tə­rir. Mə­sə­lən, ya­lan­çı bi­ri­nin in­san­la­rı doğ­ru­lu­ğa, ri­ya­kar bi­ri­­nin in­san­la­rı sə­mi­miy­yə­tə, na­maz qıl­ma­yan bi­ri­nin isə in­san­la­rı na­maz qıl­ma­ğa ça­ğır­ma­sı çox bö­yük qey­ri-sə­mi­mi­lik və iki­üz­lü­lük­dür. Yu­xa­rı­da­kı ayə­nin so­nun­da be­lə in­san­la­rın “mə­gər ba­şa düş­mür­sü­nüz?” söz­lə­ri ilə xə­bər­dar edil­mə­lə­ri də, de­dik­lə­ri­nin ən əv­vəl öz­lə­ri­nin ye­ri­nə ye­tir­mə­lə­ri­nin la­zım ol­du­ğu­nu bil­di­rir.

Be­lə iki­üz­lü hə­rə­kət­lə­rin əsa­sı­nı in­san­lar üzə­rin­də mə­nə­vi üs­tün­lük əl­də et­mək, hör­mət edi­lən, sö­zü din­lə­ni­lən, sö­zü­ke­çən in­san ol­maq ki­mi Quran­dan kə­nar az­ğın dü­şün­cə­lər təş­kil edir. Əl­bət­tə, be­lə dav­ra­nan in­sa­nın əsas məq­sə­di Al­la­h’ın hökm­lə­ri­nin, di­nin ma­raq­la­rı­nın qo­run­ma­sı, ba­ti­lin yox ol­ma­sı, mö­min­lə­rin səhv və gü­nah­la­rı­nın dü­zəl­mə­si de­yil. Onun bu xə­bər­dar­lıq­la­rı hə­min səhv­lə­rin edil­mə­si mə­sə­lə­sin­də­ki həs­sas­lıqdan və Al­lah qor­xu­sun­dan irə­li gəl­səy­di, şüb­hə­siz ki, ey­ni səhv­lə­ri et­mək­dən ən çox özü çə­ki­nər­di. Be­lə in­san­lar mö­min­lə­rin səhv və gü­nah­la­rı­nı öz­lə­ri­nin mə­qam, və­zi­fə və eti­bar qa­zan­ma­la­rı üçün bö­yük für­sət sa­yır­lar. Hal­bu­ki, di­ni möv­zu­lar­dan, Quran­da bil­di­ri­lən hökm­lər­dən nəf­si hör­mət və eti­bar qa­zan­maq­ üçün is­ti­fa­də et­mək hə­min in­sa­nı axi­rət­də bö­yük fə­la­kə­tə apa­ra bi­lər.

Özün­də olan səh­vi baş­qa mö­min qar­da­şın­da da gör­dü­yü za­man mö­min in­sa­nın edə­cə­yi ən doğ­ru və sə­mi­mi hə­rə­kət ona ən əv­vəl ey­ni səh­vin özün­də də ol­du­ğu­nu de­mək, bu­nun­la bağ­lı da­im bir-bi­ri­nə xə­bər­dar­lıq edə­rək, or­taq səhv­lə­ri­ni dü­zəlt­mək­də bir-bi­ri­ni dəs­tək­lə­mək və təş­viq et­mək­dir.

Başqalarına Nəsihət Verib Özünü Unutmamaq” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma