İnsan Üzündəki Barkod Sistemi Möcüzəsi


Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur.

Uca Allah’ın bənzərsiz fərqlilikdəki yaratma sənətinin təcəllisi kimi insanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da, tanış birinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir?

Beyindəki üz tanıma prosesi necə baş verir?

Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən:

  • Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.
  • Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara kodlanır.

Tədqiqatı aparan dr. Dakin: “Bu cür üfüqi məlumat xətləri supermarket barkodlarını xatırladır”, – deyərək bu kod sisteminə diqqət çəkmişdir.

Məlum olduğu kimi, supermarket barkodları məlumat əldə etməyin ən effektiv yoludur. Düz, təkölçülü xətlər, saylar kimi 2 rəqəmli simvollardan daha asan tanınır. Üz tanımanın saniyələr ərzində sürətlə həyata keçirilməsi üçün barkod sistemindən istifadə edilməsi də Rəbbimizin Alim (hər şeyi çox yaxşı bilən), Fatir (yaradan, icad edən) və Bədi (örnəksiz yaradan, yoxdan yaradan) isimlərinin təcəllisidir. Uca Allah’ın yaratma elmi bir ayədə belə bildirilmişdir:

Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona  yalnız: “Ol !” –deyər, o da olar. (Bəqərə surəsi, 117)

Barkod sisteminin səbəb olacağı mühüm elmi nailiyyətlər

Elm adamları üzdəki barkod sisteminin “daha yaxşı üz tanıma proqramları” hazırlamaq baxımından çox vacib olduğunu bildirirlər. Üz tanıma proqramları nə qədər təkmil olsalar da, insanların çoxluq təşkil etdiyi yerlərdə üzləri tanımaqda çətinlik çəkirlər. Ancaq üzdəki bu barkod sisteminin təqlid edilməsi polislərin hava limanında cinayətkarları müəyyən etmək üçün istifadə etdiyi CCTV kameralarının təkmilləşdirilməsinə kömək edəcək.

Barkod sistemi uca Allah’ın böyük lütfüdür. Çünki bu barkod sistemi olmasaydı, anamızı, atamızı, uşaqlarımızı, dostlarımızı, qısaca desək, sevdiyimiz insanları tanımağımız çətinləşər, hətta qeyri-mümkün olardı.

Cisimlərin sürətlə hərəkət etməsi barkod sisteminin işləməsinə mane olmur

Uca Allah’ın yaratdığı barkod sistemi beyinin vizual korteksində hərəkətli görüntünün tanınması üçün çox əlverişli modeldir. Birdən çox görüntü beyinin vizual korteksində əməliyyatdan keçirildikdə müxtəlif görüntülər arasından barkodu ayırd etmək üçün asanlaşır və bu sayədə üzün görüntüsü beyində dəyişmir. Buna görə də nə qədər sürətlə hərəkət etsə də və ya nə qədər çox vizual obyektin olduğu yerdə olsa da, üz dərhal tanınır. Üstəlik, bu tanıma prosesi əsnasında göz mükəmməl aydınlıqda görür. Yüksək sürətlə hərəkət edən cisimlərin olduğu yerlərdə fotokameraların çəkdiyi şəkillərdə görüntünün arxasından uzanan bulanıq yansıma izləri nəzərə çarpır və görüntünün keyfiyyəti pozulur. Ancaq üz nə qədər çox sayda hərəkətli cisimlərin olduğu mühitdə olsa da, həmişə tanınır.

Barkod sistemi insan ilk yaradıldığı andan etibarən mövcuddur

Yaşadığımız kompyuter əsrində məhsulların alqı-satqısını asanlaşdıran barkod sistemi uzun illər təhsil almış elm adamlarının mühüm texnoloji icadı hesab edilir. Halbuki, bizim yeni istifadə etməyə başladığımız bu sistem üzümüzdə ilk dəfə yaradıldığımız andan etibarən mövcuddur. Şübhəsiz ki, bu barkod sistemi bədənimizin hər yerində qüsursuz yaradılış olduğunu sübut edir. Bu sistem bütün xüsusiyyətləri ilə ağıl, məlumat, ölçmə və dəyərləndirmə kimi prosesləri tələb etdiyinə görə, barkod sistemi kimi nizamlı və qüsursuz sistemin təkamülçülərin iddia etdiyi kimi təsadüfən əmələ gəldiyini düşünmək olmaz. Bədənimizdəki hər sistem kimi bu xüsusi sistem də ən üstün xüsusiyyətlərlə yaradılmışdır. Uca Rəbbimiz qüsursuz yaratma sənətinin dəlillərini insanlara müxtəlif nümunələrlə göstərir. Rəbbimizin canlı və cansız aləm üzərindəki hakimiyyəti və bənzərsiz yaratması bir ayədə belə bildirilir:

Rəbbiniz olan Allah Odur! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! (Ənam surəsi, 102)

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma