Həşəratlardakı Üstün Uçma Sistemləri

  • Bir həşərat saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır?
  • Öz boyundan yüz dəfə hündür yerə necə tullana bilir?
  • Aşağı-yuxarı hərəkət edən qanadlarla irəliyə doğru necə uça bilir?

Quranda Rəbbimizin sonsuz elmini göstərən canlılardan biri olan milçəkdən bəhs edilir.

Allah “Həcc” surəsinin 73-cü ayəsində belə buyurur:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73) Oxumağa davam et

Günəş Sistemindəki Möcüzəvi Tarazlıqlar

Planetlərlə Günəş arasındakı məsafə sabitdir:

Günəş sistemində 8 planet və bu planetlərə bağlı 54 peyk var. Bu planetlər Günəşə yaxınlığına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun və Uran. Planetlərlə Günəş arasındakı məsafə sabitdir və əsla dəyişmir. Bu planetlərin və 54 peykin içində həyat üçün uyğun səthə və atmosferə malik yeganə göy cismi isə Yerdir.

Günəşin cazibə qüvvəsi və planetlərin mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var:

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar. Oxumağa davam et

“Forma Hafizə”sinə Malik Metalların Həyatımızdaki Yeri

Uca Allah dünyada insanlara bir çox nemət bəxş etmişdir. “Forma hafizə”sinə malik metallar da bunlardan biridir. Metallardakı bu xüsusiyyət gündəlik həyatı asanlaşdıran bir çox texnoloji məhsulun təkmilləşdirilməsinə imkan verir. Bunlardan bəziləri aşağıdakılardır:

  • Açıq ürək əməliyyatları və sinir sistemi cərrahiyyəsində istifadə edilən avadanlıqlar
  • Qan damarlarına yerləşdirilərək qan laxtalarını tutan cihazlar
  • Çox böyük deformasiyalara belə müqavimət göstərən və əvvəlki vəziyyətinə qayıdaraq zərər çəkməyən super elastik eynək çərçivələri
  • Dişlərin estetik görünüşündəki deformasiyaları düzəldən qövsvari simlər
  • Yanğın zamanı yanıcı və zəhərli qazların çıxmasının qarşısını alan təhlükəsizlik qapaqları Oxumağa davam et

Əsrin ən batil dəccali sistemi: Darvinizm

Bu gün dünyada din əleyhdarı olan ən böyük fitnələrdən biri materializm və materializmdən törəyən müxtəlif batil ideologiya və cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının “əmələ gəlmə və təməli” olan düşüncə isə darvinizmdir. Darvinizm irəli sürüldüyü tarixdən etibarən materialist və din əleyhinə ideologiya və cərəyanların əsasına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki bir dinə çevrilmişdir. Darvinizmin axırzamanda dəccalın dininə çevriləcəyinə böyük İslam alimi Bədiüzzaman Said Nursi də bu açıqlaması ilə diqqət çəkmişdir:

Təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) bir cərəyan axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq güclənəcək, ilahlıq iddia edəcək dərəcəyə çatacaqdır.(Allahı tənzih edirik) Oxumağa davam et

Cəmiyyətdəki narahatlığın qaynağı: Dedi-qodu

Bəzi insanların dedi-qodunu vərdişə çevirmələrinin səbəbi nədir?

Dedi-qodunun cəmiyyətə verdiyi zərərlər hansılardır?

Şeytanın cəmiyyətdə narahatlığı və sevgisizliyi yaymaq üçün istifadə etdiyi üsullara qarşı insanlar Quranda necə xəbərdar edilmişlər?

Cəmiyyətdə dedi-qodu xəstəliyinin qarşısını necə almaq olar?

Dedi-qodu sevgi, şəfqət və mərhəməti azaldan pis əxlaq xüsusiyyətidir. Uca Allah Quranda möminlərin bu davranışdan çəkinmələrini əmr etmişdir. Mömin hərəkətlərində olduğu kimi, ağlından keçirdiklərində və hiss etdiklərində də Allah’ın hədlərini aşmaz. Quran hökmlərinin rəhbərliyi altında hiss və düşüncələrini tərbiyə edən mömin Allah’ın iznilə mömin qardaşlarına daim gözəl əxlaq göstərər. Oxumağa davam et

Boş və faydasız şeylərdən necə üz çevirmək olar? Nələr boş və faydasızdır?

Boş və faydasız şeylərdən üz çevirmək insanın yalnız Allah’ın razılığını qazanacağı davranışları etməsi ilə mümkündür. Mömin dünyada ona verilən vaxtı çox yaxşı qiymətləndirməli olduğunu bilir. Çünki bu dünyada etdiyi işlər nəticəsində axirətdə sonsuza qədər yerləşəcəyi yer müəyyən olunacaq. Buna görə, hər etdiyi işlə axirətdə xeyir qazanmağa çalışır. Əlbəttə, hər insan kimi o da danışır, əylənir, yemək yeyir, gülür, düşünür, işləyir, amma bunları edərkən həmişə insanlara, dinə xeyir verən düşüncələri olur. Oxumağa davam et

Başqalarına Nəsihət Verib Özünü Unutmamaq

“Siz in­san­la­ra yax­şı iş­lər gör­mə­lə­ri­ni əmr et­di­yi­niz hal­da, özü­nü­zü unu­dur­su­nuz? Hal­bu­ki, özü­nüz ki­tab oxu­yur­su­nuz. Mə­gər ba­şa düş­mür­sü­nüz?” (Bə­qə­rə su­rə­si, 44).

Quranı yax­şı bi­lən zə­ka­lı və təc­rü­bə­li in­san baş­qa­la­rı­nın din­lə bağ­lı səhv və nöqsan­la­rı­nı ən ki­çik in­cə­li­yi­nə qə­dər dü­zəl­də, bu mə­sə­lə­də on­la­ra nə­si­hət ve­rə, xə­bər­dar­lıq edə bi­lər. Bu, müs­bət hal­dır, la­kin bu, in­sa­na hə­min səhv və gü­nah­la­rı özü­nün də et­mə­si­nə haqq qa­zan­dı­ra bil­məz. Ək­si­nə, in­san baş­qa­la­rı­na ver­di­yi nə­si­hət­dən özü də ib­rət al­ma­lı və hə­min səhv­lə­ri et­mə­mə­yə diq­qət ye­tir­mə­li­dir. Yox­sa baş­qa­la­rı­na ver­di­yi nə­si­hət əcr de­yil, axi­rət­də onun əley­hi­nə də­lil ki­mi çı­xar. Oxumağa davam et