PEYĞƏMBƏRİMİZ (S.Ə.V) MUSİQİ DİNLƏYİRDİ


peygemberimiz musiqi dinleyirdiPeyğəmbərimiz (s.ə.v) səhabələrlə birlikdə musiqi çalınan mühitlərdə olmuş, insanları şənlənməyə təşviq etmişdir.

Rəsulullah bir qrup rəqs edən həbəşi gördükdə təqdir edərək: “Yəhudilər və xristianlar bilsinlər ki, bizim dinimizdə genişlik var”, -buyurmuşdur.

Buxari və Müslimdə bildirilir:

Hz. Aişə rəvayət edir: “Bayraq günü iki cariyə qəhrəmanlıq şeirlərini dəf çalaraq tərənnüm edirdi. Rəsulullah yatağına uzandı. Sonra atam (hz. Əbubəkr) içəri girdi. Mənə: “Rəsulullahın hüzurunda bu nə vəziyyətdir?” – dedikdə, Rəsulullah: “Mane olma onlara, hər millətin bir bayramı var, bu da bizim bayramımızdır”,  -buyurdu”.

Sələmə ibn Əqvadan rəvayət edilmişdir: “Peyğəmbər (s.ə.v) ilə birlikdə Xeybərə yola düşmüşdük. Gecə gedirdik. Karvandan bir nəfər Əmir ibn Əqvaya – Əmir şairliyi ilə tanınırdı – “Bizə bildiyin şeylərdən oxu, dinləyək”, -dedi. Əmir dəvəsindən düşərək bu nəğməni oxumağa başladı:

“Ey Allah’ım! Sən diləməsəydin, biz hidayət tapmazdıq. Sədəqə verib namaz qılmazdıq. Hər şeyimiz sənə fəda olsun, bizi bağışla. Düşmənlə qarşılaşsaq, ayaqlarımızı möhkəm et. İçimizə rahatlıq və hüzur ver. Biz çağırıldıqda gedərik. Səsləndikdə köməyə çatarıq”.

Peyğəmbər (s.ə.v):  “Bu sürücü kimdir?” -soruşdu. “Əmir ibn Əqva”, -dedilər. Peyğəmbər (s.ə.v): “Allah onu qorusun”, -buyurdu. (Beyhaki, Şuab, 5112)

Muaz ibn Cəbəl rəvayət edir: “Ənsardan birinin toyunda idik. Həzrəti Peyğəmbər kəbini kəsdikdən sonra: “Allah yaxşı güzəran, xeyir və uğur nəsib etsin, ruzinizə bolluq-bərəkət versin, sizi mübarək etsin”, -deyə dua edir. Adəti üzrə bəyin başı üzərində dəf çalınmasını buyurur. Dəf çalınır”.

Əmir ibn Saddan rəvayət edilmişdir:

“Bir toy üçün Karaza ibn Kab və Əbu Məsul əl-Ənsarinin yanına getdim. Kiçik qız uşağı mahnı oxuyurdu. Mən: “Siz Rəsulullahın (s.ə.v) dostları və Bədir əshabından olduğunuz halda, sizin yanınızda bunlar necə edilir?” -dedim. Onlar: “İstəsən, bizimlə qalarsan; istəsən, gedərsən. Bizə toyda əylənməyə icazə verilib”, -dedilər. (İbn Hacer, Metâlib, II, 54; Cüdey’, Ehâdîs-ü Zemmî’l-Gınâ, səh. 50)

Aişə (r.ə) rəvayət edir: “Rəsulullah (s.ə.v) bir toyda ənsarın qadınlarına baş çəkdi. Onlar mahnı oxuyurdular…” (İbni Mace, Nikah:21, Buhari, Nikah:48, Megazi:12)

… Mauvviz ibn Əfranın qızı ər-Rubey gəlin olduqda toy məclisinə Peyğəmbərimiz (s.ə.v) də getmiş və onun yanında oturmuşdu. Bu zaman bəzi qızlar dəf çalıb Bədr günü şəhid olanlar haqqında nəğmələr oxuyurdular… (Buhari , Nikah, 49/1, VII/25, Tirmizi, Nikah, III/399)

İbn Macə bildirir ki, Hz. Aişə mədinəli qohumunu evləndirirdi. Toy yerinə gələn Peyğəmbərimiz (s.ə.v): “Qızı gəlin etdinizmi?” -deyə soruşur. “Bəli”, -deyirlər. Peyğəmbərimiz (s.ə.v): “Qızla birlikdə mahnı oxuyacaq birini də göndərdinizmi?” -buyurur. Həzrəti Aişə: “Xeyir”, -dedikdə, Peyğəmbərimiz (s.ə.v) buyurdu: “Ənsar arasında belə günlərdə əyləncə adət-ənənəsi var. Kaş, qızla birlikdə mahnı oxuyacaq birini göndərsəydiniz, onlar da belə mahnı oxusaydılar: “Sizə gəldik, sizə gəldik. Bizə şənlik, sizə şənlik”.

Hz. Aişə (r.ə) bir qadını ənsardan bir nəfərlə evləndirmişdi. Peyğəmbərimiz (s.ə.v) dedi: “Ey Aişə, sizinlə birlikdə dəf çalan, mahnı oxuyan müğənniləriniz yoxdur? Çünki ənsarın belə oyun və əyləncələr xoşuna gəlir”. (Buhari, Nikah 64/1, VII/28)

İbn Macə bildirir: “Hz. Peyğəmbər bir dəfə Mədinədə bir yerdən keçərkən dəf çalıb mahnı oxuyan qızların “Nəhnu cəvarin min bəni’n nəccar/ Yə həbbəza Muhammədin min car” (Biz Nəccaroğulları qəbiləsinə mənsub qızlarıq. Hz. Muhəmməd nə yaxşı və nə xoş qonşudur) beytlərini oxuyan qızlara: “ALLAHU YA”LƏMU İNNİ UHİBBUKÜNNƏ” (Allah bilir ki, mən də sizi sevirəm) -deyərək iltifat etdi. (Kettani, et-Teratib, II, 130; Canan, Hadis Ansiklopedisi, XVII, 199-200) ve (İBNİ MACE, NİKAH 21/1899, I/612)

Əmr İbn Şüeyb ən əbihi ən cəddihidən rəvayət edilmişdir: “Bir qadın (gəlib): “Ey Allah’ın Rəsulu! Mən sənin yanında dəf çalmağı əhd etmişəm”, -dedi. Əleyhissəlatu vəssəlam: “Əhdini yerinə yetir!” -buyurdu”. (Ebu Davud, Eyman 27, (3315)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma