Yanlış olmayan davranışlar deyil, ən gözəl davranışlar idealdır


3490_476040469104716_1442326604_nGündəlik həyatda insanların bəzi davranışlarına baxdıqda yanlış olmadığını görürük. Ancaq buna ən gözəl davranış demək olmaz. Yanlış olmadığı üçün insanlar arasında çox diqqət çəkməz və ya narahatlıq yaratmaz. Əslində, bəzən nəzakətə, bəzən estetikaya, bəzən sevgi və hörmətə və bəzən də etikaya o qədər də uyğun olmaz. İnsan bir digərinin çatışmayan cəhətini bu şeydə özündən daha gözəl əxlaqa malik insanla qarşılaşdıqda anlayır. Bu şəkildə, iki insan eyni mühitdə olarkən danışıq və hərəkətlərindəki fərqlər daha aydın nəzərə çarpır. Məhz o zaman insan adı qoyulmayan, lakin yanlış olduğu hiss edilən davranışlar haqqında daha düzgün qənaətə gəlir.

İnsanlar gündəlik həyatlarında söhbət vaxtları və yaxın insanların davranışlarında bu nümunələrlə tez-tez qarşılaşırlar. Məsələn, bəzən birisi zarafat edir, lakin bu zarafat ordakı insanlarda istənilən təsir meydana gətirmir. Zarafat etməkdə məqsəd mühiti şənləndirmək, insanlar arasında yaxınlıq əmələ gətirməkdir. Ancaq bəzən deyilən sözlərlə bu məqsədə nail olmaq olmur. Əksinə, zarafatdakı eyham, seçilən yanlış söz, yanlış yerdə yersiz gülüş, zarafatın lazım olduğundan artıq uzadılması, zarafatla müəyyən şəxsin hədəf seçilməsi, qarşı tərəfi şövqləndirməyən, narahat edən üslubdan istifadə edilməsi o mühiti şənləndirmək əvəzinə narahatlıq meydana gətirir. Zarafat edən şəxs, həqiqətən, yaxşı niyyətli ola bilər. Dediyi sözləri ölçüb-biçmədiyinə, hərtərəfli düşünmədiyinə və ya istəmədən yanlış sözlər seçdiyinə görə belə vəziyyət yarana bilər. Ancaq bunları əvvəldən ölçüb-biçərək, təfərrüatını düşünərək hərəkət etmək gözəl əxlaqın tələbidir. İnsan ağlı, vicdanı ilə hərəkət edərək ən gözəl sözü və davranışları seçməklə məsuldur. Ona görə də insan bütün bunları düşünəcək əxlaqda olmalıdır.

Bu mövzuya dair nümunələri artıra bilərik. Məsələn, bir şeyə qonaq edilərkən ən nəzakətli sözləri seçib, qarşı tərəfi hörmət və sevgi ilə şövqləndirib, şişirdilmiş hərəkətlərdən çəkinib uyğun qaydada razı olduğunu  bildirmək lazımdır. Bu məsələdə çatışmayan kiçik bir cəhət belə qarşı tərəfin qəlbini narahat edə bilər. Bəlkə də ortada yanlış görünən bir davranış olmaz. Lakin bu rəftardan doğan səmimi razılıq və bu narahatlıq müqayisə edildikdə davranışda çatışmazlıq olduğu üzə çıxar.

Bəzən də bir insana özündən daha təcrübəli, ağıllı, daha dərin düşünən şəxs məsləhət verir. Burada da ən gözəl rəftar həmin şəxsin Allah rizası üçün verdiyi məsləhətə eyni şəkildə Allah rizası üçün ən gözəl söz və davranışla qarşılıq verməkdir. Tənqid edən şəxs qarşısındakı insanın nəfsini nəzərə alaraq onun daha yaxşı, daha mükəmməl olması üçün diqqətlə və düşünərək danışar. İnsan belə gözəl əxlaqa ən az eyni tərzdə, hətta daha gözəl şəkildə qarşılıq verməlidir. Qarşı tərəfin də sözlərini qəbul etdiyini, dəstəklədiyini, deyilənlərə könüldən inandığını, daxilən qəzəblənmədiyini, qarşı tərəfə haqq verdiyini, heç bir narahatlıq hiss etmədiyini ən yaxşı tərzdə vurğulamalıdır. Bunun əvəzinə, sadəcə bir neçə qısa cümlə ilə qarşılıq verərsə, razı olub-olmadığını bildirməzsə, narazı ifadə ilə baxıb səs tonunu dəyişərsə və qarşı tərəfə razı olduğuna dair açıqlama verməzsə, əlbəttə, bunun mənası çox fərqli olar. Əslində, bu insan yanlış söz deməmiş, etiraz etməmiş, tərs üslubdan istifadə etməmişdir. Ona görə, yanlış bir şey etməmiş kimi görünə bilər. Ancaq daha incə vicdan anlayışı ilə baxdıqda belə vəziyyətdə həmin rəftarın ən gözəl davranış olmadığı aydın olur. Əvvəlki sətirlərdə deyildiyi kimi, əgər bu insan qarşı tərəfə olan hörmətini, sevgisini, razılığını ən gözəl söz və davranışlarla ifadə edərsə, əlbəttə, bu, Quran əxlaqına ən uyğun davranış olar.

Bir insana sevgi ifadə edən söz dedikdə və iltifat etdikdə qarşı tərəf də eyni şəkildə hərtərəfli düşünərək ən gözəl şəkildə qarşılıq verməlidir. Bu insan ona iltifat edənə sadəcə: “Təşəkkür edirəm”, -deyərək keçə bilər. Əlbəttə, bu da gözəl sözdür və yanlış görünmür. Əslində isə, kafi deyil. Bir insanın qarşı tərəfə sevgi ilə yanaşmasında, iltifat edib gözəl söz söyləməsində məqsəd, Allah rizası üçün qarşılıqlı sevgini, hörmət və yaxınlığı artırmaq, gözəl mühit təmin etmək, sevindirmək və şənləndirməkdir. İnsanın bu məqsədlə göstərdiyi əxlaqa ən az qarşı tərəf qədər, hətta daha artıq iltifat edib gözəl sözlərlə qarşılıq verməsi daha gözəl əxlaq anlayışına sahib olduğunu göstərir.

Bütün bu nümunələr mühüm həqiqəti göstərir: gözəl əxlaqı incə xüsusiyyətlərdə axtarmaq lazımdır. Bir insan ümumi mənada, həqiqətən, möhkəm xarakterə malik ola bilər və etibarlı, xoşniyyətli və çalışqan ola bilər. Ancaq xüsusiyyətlərdəki bu çatışmazlıqlar da olduqca vacibdir. Çünki bunlar insanı  könüldən sevdirir və etibarlı edir.

Hər məsələdə olduğu kimi, insanın adı qoyulmayan və yanlış hesab edilməyən, ancaq qəlbən narahatlıq verən bu hərəkətləri müəyyən edərkən, əlbəttə, Quran ayələrini və vicdanını əsas götürməlidir. Ən gözəl davranışlar ətrafdakı insanlarda dərin sevgi, mərhəmət, mehribanlıq və razılıq meydana gətirir. Orta dərəcəli gözəl davranışlar isə qarşı tərəfdə ancaq orta dərəcədə təsir meydana gətirir.

Allah’dan qorxan insan Allah’ın ən çox razı olduğu əxlaqla davranmalıdır. Allah rizasının ən çoxu insanın bütün davranışlarında bu incəliklərə diqqət etməsindədir. Quranda Allah möminlərə bu əxlaqla bağlı belə tövsiyə edir:

Qullarıma de ki, ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma