“Adam Olsaydın, Bunlar Başımıza Gəlməzdi!”


İçerik

“Hər şeydən əvvəl adam ol!”

“Adam olsaydın, bunlar başımıza gəlməzdi!”

Bu sözləri həyatımız boyu dəfələrlə eşitmişik. Xüsusilə də gənclik illərində böyüklərimizin istəmədikləri, bəyənmədikləri bir şeyi söylədiyimizdə və ya etdiyimizdə…

Bu sözü istifadə edən insan üçün adam olmaq hər şeydən önəmlidir. Adam olmaq cəmiyyət tərəfindən qəbul olunmuş bir anlayışa, mədəniyyətə və davranışa sahib olmaq, müəyyən xüsusiyyətləri üzərində daşımaqdır. Bu dəyərlər sistemi forma və qaydaları ilə cəmiyyətin böyük  əksəriyyəti tərəfindən qəbul edilir  və tətbiq olunur. Bu qaydaların haradan meydana gəldiyi, nə dərəcədə doğru olduğu isə müzakirə edilmir və yanlışları mühakimə olunmur. Çünki cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən bu sistemi sorğulamaq və ona zidd olmaq geniş bir kütlənin hədəfi olmaq təhlükəsi deməkdir.

Doğru olduğuna qəti şəkildə inanılan bu sistem yalnız müəyyən cəmiyyətlərə xas bir xüsusiyyət olaraq qiymətləndirilməməlidir. Bu sistem istər  şərqdə, istərsə də qərbdə hər növ mədəniyyətin olduğu mühitdə özünəxas bir inanc sistemi olaraq varlığını davam etdirir. Qadağa və tövsiyələri ilə sanki öz başına, müstəqil bir din -adam olmağın dini- halında tətbiq olunur: adamlıq dini.

Adam olmaq müsəlman olmaqdan, Allah`a inanmaqdan, gözəl əxlaqlı olmaqdan, hətta insan olmaqdan ayrı bir anlayışdır. Allah`ın Quranda bildirdiyi davranış  və əxlaqın bu dində qətiyyən yeri yoxdur. Onsuz da adamlıq dini Quran əxlaqının  əsl mənada yaşanmadığı mühitlərdə meydana gəlir və inkişaf edir. Cəmiyyətdə, xüsusilə diqqət mərkəzində olan kəslər adamlıq dinini çox yaxşı öyrənən və yaşayan kəslərdir.

Burada Quranda tövsiyə edilən əsas əxlaq prinsiplərini və adamlıq dininin bunlara tamamilə zidd olan səhv məntiqini vurğulamaqda fayda var. Quranda bütün insanların Allah`a qarşı məsul olduğu bildirilir. Buna görə, insan yalnız Allah`ı razı etməklə məsuldur və başqa insanların təqdiri, ya da razılığı üçün çalışmamalıdır. Quran əxlaqını yaşayan mömin “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. (Zumər surəsi, 36)” və yol göstərici və yardımçı olaraq “Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər! (Furqan surəsi, 31)”  ayələrinə görə düşünür və yaşayır. Bütün həyatı Rəbbimizi razı etmək  məqsədinə yönəlmişdir. Dinin əsası da budur. Quranda hz. İbrahimdən bu günə qədər gələn  haqq dinin xüsusiyyətinin bütün həyatın Allah`a həsr edilməsi olduğu xəbər verilir. Bir ayədə belə buyurulur:

De: “Şübhəsiz, Rəbbim məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!” De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”  (Ənam surəsi, 161-162)

İnsanın həyatdakı  əsas  məqsədinin Allah`ın razılığı olması, digər insanlarla olan əlaqələrini də, şübhəsiz, kökündən dəyişdirir. Bir az  əvvəl ifadə etdiyimiz kimi, insanın digər insanlara qarşı müstəqil məsuliyyəti yoxdur. Amma Allah digər insanlara qarşı necə münasibət göstərməyin lazım olduğunu Quranda bildirmişdir. Allah`a qarşı duyulan məsuliyyət digər insanlara qarşı da ən şəfqətli, ən mərhəmətli, ən ədalətli, ən dürüst davranışı təmin edir. Ayələrdə möminlərin bu dünyagörüşü belə təsvir edilir:

Onlar elə kimsələrdirlər ki, verdikləri sözü yerinə yetirər və dəhşətli gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!”  (İnsan surəsi, 7-10)

Ayələrdən də aydın olduğu kimi, möminlərin digər insanlardan qarşılıq gözləmək kimi bir davranışları yoxdur. Bu, möminə çox güclü və möhkəm bir xarakter qazandırır. Mömin hər mühitdə doğru olanı, yəni Allah`ın əmrlərini yerinə yetirir. Nə kimsədən təqdir gözləyir, nə də kimsədən çəkinir. Yalnız Allah`ın razılığını istəyir. Necə ki, Allah Quranda möminləri “qınayıcının qınamasından qorxmayanlar. (Maidə surəsi, 54)” olaraq adlandırır. Bu səbəblə, möminin hadisələr və insanlar qarşısında xüsusiyyət və davranışı heç bir şəkildə dəyişmir. Nə özünə verilən vəzifəyə görə öyünür, nə də çətinliyə görə ümidsizliyə qapılır. Quranda möminlərin bu sabit xarakterinə tez-tez diqqət çəkilir, mal-mülkə sahib olduqları zamankı davranışları ilə çətinlik və yoxsulluq içindəki davranışlarının eyni olduğu ayələrdə bildirilir. Çünki mömin özünə verilən hər cür nemət (mülk, iqtidar, vəzifə və s.) və ya çətinliyin (insanlar tərəfindən qınanmaq, zülmə uğramaq, yoxsul qalmaq, həbs edilmək və s.) Allah`dan gəldiyinin və bütün bunların sınanmaq üçün yaradılmış imtahan olduğunun şüurundadır.

Buna qarşılıq adamlıq dini Allah`ı  lazımi  kimi təqdir etməyən, Allah`ın razılığı yerinə insanların razılığını qazanmağa çalışan, axirət həyatı yerinə dünyadan mədət uman  insanların dinidir. Bu şeytani dində insanlar bir-birlərinə qarşı məsul olduqlarını düşünürlər. Digər insanları razı salmaq, digər insanların razılığını qazanmaq, cəmiyyətdə müəyyən mövqe qazanmaq həyatlarının ən vacib məqsədidir.

Buna görə də möminlərin əksinə, adamlıq dininin mənsubları hadisələr və insanlara görə dəyişən xüsusiyyətə malik olurlar. Başqa ifadə ilə desək, adamlıq dini uyğunlaşma dinidir. Yerinə, zamanına, adamına görə davranış, baxış və səs formalarını tələb edir. Səmimiyyət və təbiilik bu batil dində yeri olmayan anlayışlardır. Bu batil inanca görə, insanlar cinsinə, yaşına, hadisələrə, malik olduqları mövqeyə görə  davranmalıdırlar.

Qadınlar cəmiyyətin özləri üçün qoyduğu qaydalarla yaşamalı, kişilər və uşaqlar da özlərinə verilən rolları oynamalıdırlar. Əgər şagirddirsə, adamlıq dini qaydaları şagirdin özünü necə aparmasını tələb edirsə, elə də davranmalıdır. Məmur, həkim, müəllim və işçi üçün də eyni qaydalar tətbiq edilir. Adamlıq dininin mənsubları yaşadıqları cəmiyyətdə  sahib olduqları mövqeyi  özlərində şəxsiyyət kimi formalaşdırır və bu şəxsiyyətin tələb etdiyi kimi davranırlar. Halbuki, möminin şəxsiyyətini inancı formalaşdırır, əvvəldə də ifadə etdiyimiz kimi, cəmiyyətin özünə olan münasibəti, olduğu  mövqe bu şəxsə heç bir təsir  göstərmir.

Adamlıq dininin yaşandığı cəmiyyətdə yaşayan insana bu əxlaq və şəxsiyyət avtomatik olaraq yerləşir və bu batil dinin qaydaları dərhal tətbiq olunmağa başlayır. Cəmiyyətdə etibarlı şəxs olmağın, üstün olmağın yolları bu  davranışlardan keçir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma