Uca Allah’ın Göy Üzündəki Rəngli İşıq Sənəti: Göy Qurşağı


Göy qurşağı nə üçün və necə əmələ gəlir?images

Göy qurşağındakı rənglər hansı mərhələlərlə meydana gəlir?

Göy qurşağının forması necədir?

Xüsusilə yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü metereoloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsirilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks  olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar.

Göy üzündəki bu möhtəşəm rəng nümayişinin meydana gəlməsi üçün uca Allah bir çox təfərrüat yaratmışdır. Bu incəliklər uca Allah’ın üstün ağlının və Alim (hər şeyi çox yaxşı bilən) isminin təcəllilərindən biridir.

Uca Allah göy qurşağının əmələ gəlməsi üçün çox sayda təfərrüat yaratmışdır:

 

İşıq: göy qurşağının əmələ gəlməsi üçün lazımi ilkin şərt işıqdır. Ona görə, əvvəlcə, Günəşdən gələn şüalar rəng əmələ gətirmək üçün müəyyən dalğa uzunluğunda olmalıdırlar. Günəşin yaydığı bütün şüalların içindən ancaq “görünən işıq” adlandırılan bu işığın yer üzünə gəlmə ehtimalı 1025-də 1-dir. Bu inanılmaz ehtimal reallaşır və göy qurşağının rənglərinin əmələ gəlməsi üçün lazımi şüalar Günəşdən Yerə çatır.

Zərərli şüaları süzən atmosfer: Günəşdən gəlib kosmosa yayılan işıq, əslində, göz üçün zərərli xüsusiyyətlərə malikdir. Odur ki, Yerə çatan işığı gözün rahatlıqla qavraması və zərər çəkməməsi şərtdir. Bunun üçün də şüalar süzgəcdən süzülməlidir. Bu nəhəng süzgəc Yeri əhatə edən atmosferdir.

Günəşlə üfüqün kəsişmə bucağı: Günəş zenitdə olduqda göy qurşağını görmək olmaz. Çünki göy qurşağının görünməsi üçün Günəşlə üfüqün kəsişmə bucağı ən az 42º  olmalıdır.

Su damcıları: atmosferdən keçən işıq su damcılarının içinə girir. Ancaq damcılar bu işığı əks etdirməlidir. Ona görə, damcı içinə girən işığı udmayıb əks etdirən xüsusiyyətdə olmalıdır. Bunun üçün su damcılarının quruluşu da şüa ilə rəng meydana gətirəcək şəkildə işığa uyğun olmalıdır. Bu şərt də reallaşarsa, Günəşdən gələn işığı sındıran su damcıları asanlıqla yeni işıq spektrini əks etdirər.

İşığın su damcıları içində müxtəlif bucaq altında sınması: göy qurşağı rənglərinin son mərhələsi isə gələn işıq şüalarının kürəvi formada olan su damcılarının içində sınaraq bir neçə daxili yansımadan sonra yavaşca istiqamətini dəyişməsi və damcının içindən fərqli istiqamətdə çıxması ilə meydana gəlir. Hər biri fərqli rəngdə olan bu şüaların son istiqaməti kəsişmə bucağı etibarilə ilk işıq şüasından fərqlidir. Günəşdən gələn ağ işıq fərqli dalğa uzunluqlarında bir çox rəngdən ibarət olduğuna görə, damcının içinə girdikdən sonra daxili yansıma ilə damcının içindən çıxdıqda 40.5º-42º arasında dəyişən rənglərə ayrılır, ən içəridə bənövşəyi, ən kənarda qırmızı olmaqla, rənglər sıralanır.

Göründüyü kimi, göy qurşağının əmələ gəlməsi üçün çox dəqiq və bir-birinə bağlı əməliyyatlar lazımdır.

Belə rəng ardıcıllığının və ahəngin təsadüfən əmələ gəlmə ehtimalının olmadığı isə çox açıqdır. Belə bir sistemin tədricən meydana gəlməsi də qeyri-mümkündür. Çünki gözləyərək və ya təsadüflərlə rəngli göy qurşağı əsla meydana gəlməz. Bu mükəmməl sistem ancaq xüsusi dizayn nəticəsində ortaya çıxır ki, bu, onun yaradıldığını göstərir. Uca Allah bütün kainatı bürüyən sonsuz gücün və ağılın sahibidir. Kainatdakı bütün nizamda Allah’ın bənzərsiz yaratma sənətinin nümunələri var. Rənglərin əmələ gəlməsindəki bənzərsiz sənət də Allah’ın qüsursuz yaratması ilə meydana çıxmışdır. Allah hər şeyə qadirdir. Bir ayədə bu həqiqət belə bildirilir:

Göyləri və yeri icad edən  Odur. Bir işin yaranmasını istədiyi zaman, ona  yalnız: “Ol !” –deyər, o da  olar”. (Bəqərə surəsi, 117)

Göy qurşağı uca Allah’ın müxtəliflik sənətinə aid nümunələr daşıyır

İşığı əks etdirmə formasına görə bir neçə növ göy qurşağı əmələ gəlir: uca Allah’ın yaratdığı göy qurşağı müxtəlif formalarda olur. Göy qurşaqları içində ən çox rast gəlinəni yağış damcısında bir işıq şüasının sınması ilə meydana gələnlərdir. Parlaq, aydın rənglərə malik bu göyqurşağı növünə “ilkin göy qurşağı” deyilir. Göy qurşağının bu növündə rənglər bənövşəyi ən içəridə, qırmızı ən kənarda olmaqla sıralanır.

Bəzən işığı daha zəif olan ikinci göy qurşağı əmələ gəlir. İkinci göy qurşağının əmələ gəlməsinə səbəb isə işığın yağış damcısının içində iki dəfə əks olunmasıdır. İşıq daxili səthin ətrafından keçərək gedir və çıxmadan əvvəl ilk girdiyi yerin üzərindən çarpaz keçir. İki dəfə əks etdirilmiş şüalarla ilk işıq spektrinin kəsişmə bucağı 510-540 arasında dəyişir. İşıq spektriləri iki dəfə əks olunduqdan sonra öz yolları üzərindən çarpaz keçdiklərinə görə ikinci göy qurşağının rəngləri içəridə qırmızı, kənarda bənövşəyi olmaqla sıralanır, yəni rənglər birinci göy qurşağının rənglərinin əksinə düzülür. İşıq spektrləri hər dəfə əks olunduqda gücünü bir az itirdiklərinə görə, rənglər ilk göy qurşağındakına nisbətən solğun olur.

Habelə, ancaq dar qırmızı və ya qırmızı-yaşıl rəng zolaqlarından ibarət bəzi kiçik qurşaqlar da əmələ gəlir. Bunlar birinci göy qurşağının daxili tərəfində və ikincinin kənarında görünürlər.

Göy qurşağı hər insan üçün ayrıca tək-tək yaradılan işıq oyunudur: göy qurşağının əmələ gəlmə mexanizmi eyni olsa da, görüntüsü hər insan üçün fərqli yaradılır. Bir insanın gördüyü qurşaq günəşdən o insanın gözünə uzanan şüa üzrə su damcılarının içində sınan işıqdır. Bu insanın yanındakı başqa insanın gördüyü zolaq isə həmin insan üçün ayrıca yaradılır. Çünki işıq spektrləri fərqli tərəflərdən əks etdirildiyinə görə, hər insan üçün fərqli göy qurşaqları meydana gəlir. Ona görə göy qurşağı əmələ gəldikdə orada olan adamların sayı 1000 nəfərdirsə, əslində, 1000 fərqli göy qurşağı olur.

Göy qurşağı daima uzaqdadır: göy qurşağının yerlə kəsişdiyi uc hissəsi uzaqdan görünsə də, heç vaxt həmin uc hissəyə çatmaq mümkün deyil. Çünki göy qurşağına doğru yeridikcə o, insandan uzaqlaşır. Bunun səbəbi yağış damcısı ilə günəş şüasının yerlə kəsişmə bucağı arasındakı əlaqədən qaynaqlanır. İnsan göy qurşağına yaxınlaşdığını düşündükcə həmin su damcıları yerdə görünməz olur.

Göy qurşağı halqa formasındadır: Göy qurşağı halqa formasında olmasına baxmayaraq, həmişə yarımdairəvi görünür. Çünki yerdən müşahidə etdikdə Günəş üfüqün üzərində olduğuna görə göy qurşağının alt yarısından da böyük hissəsi yerin üstündə gözdən itir. Gözdən itmə iki cür baş verir. Baxılan nöqtə yerə çox yaxın olduğuna görə, burada kifayət qədər damcı yoxdur, ona görə, görüntü yerdə itir və ya kifayət qədər su damcısı var, ancaq yerin görüntüsü zəif göyqurşağının seçilməsinə mane olur. Lakin göy qurşağına təyyarədən və ya hündür dağın təpəsindn baxdıqda tam dairə formasında görünür. Bu, uca Allah’ın mövqeyə görə göy qurşağı üzərində meydana gətirdiyi fərqli görüntülərdir.

Aləmlərin Rəbbi, kainatın yaradanı uca Allah kiçik qum dənəsindən nəhəng dağlara, su damcısından heyranedici səmaya qədər kainatdakı hər şeyi qüsursuz nizam və ağılla yaratmışdır. Sonsuz mərhəmət sahibi Rəbbimiz göy qurşağını da insanlara gözəllik və düşünmək üçün imkan kimi müxtəlif xeyirlərlə yaratmışdır. Uca Allah üstün ağlının əsəri olan və bir çox nemət bəxş edən göy üzünü “Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona  yalnız: “Ol !” –deyər, o da  olar. (Bəqərə surəsi, 117)” ayəsində də xəbər verdiyi kimi, yoxdan var etmiş və hələ böyük əksəriyyətindən xəbərimiz belə olmayan qeyri-adi nizamla yaratmışdır.

Göy qurşağının yaradılışında düşünən insanlar üçün dəlillər var

Uca Allah’ın göy üzündə işıq oyunu kimi yaratdığı, lakin möhtəşəm görüntü olan göy qurşağı insan ruhuna böyük zövq verir. Göy qurşağının bu rəngarəng, heyranedici görüntüsünü dünyadakı gözəlliklərdən zövq almağımız üçün Rəbbimiz lütf olaraq yaratmışdır. Əlbəttə, göy qurşağı insana təkcə zövq vermək üçün yaradılmamışdır. Göy qurşağının əmələ gəlmə mərhələlərini müşahidə etmək, işığın sınma bucağı, rənglərin düzülüşündəki nizam bunların təsadüflər zəncirinin meydana gətirdiyi məqsədsiz dəyişikliklərlə meydana gəlmədiyini açıq-aşkar göstərir. Nizamsız təsadüflər hər dəfə işığın eyni bucaq altında sınmasını, buna uyğun olaraq rənglərin də həmişə eyni sırayla düzülməsini təmin edə bilməz. Çünki həmişə səhvsiz, mükəmməl əmələ gələn bu rəng nümayişi xüsusi yaradılır. Dünyada kainatdakı bu cür nizamın varlığını anlayan yeganə varlıq ağıl sahibi olan insandır. Bütün bu məlumatlar işığında bu nəticə çıxır:

Yaratmada heç bir ortağı olmayan, hər şeyi bir-birinə uyğun yaradan, bizi milyonlarla rənglə bəzənmiş saysız-hesabsız gözəlliyin olduğu dünyaya yerləşdirən uca Allah’dır. Allah’ın yaratmasında hər şey bir-birinə uyğundur. Allah yaratma sənətindəki bənzərsizliyi Quran ayələrində belə xəbər verir:

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb təkrar bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)

Göy qurşağı maddənin xarici aləmdə mövcud olan əsli ilə əsla təmasda olmadığımızı və görüntünün hər insan üçün ayrıca yaradıldığını sübut edir

Bircə göy qurşağının həm müşahidə edənə, həm də olduğu mövqeyə əsasən dəyişməsi, əslində, insanın heç vaxt maddənin əsli ilə təmasda olmadığını, hər görüntünün hər insan üçün xüsusi yaradıldığını sübut edir. İnsanların təqribən 1 kq çəkiyə malik qaranlıq ət parçası olan beyinin içində rəngli, formalı, üçölçülü dünyada yaşaması Allah’ın qüsursuz yaratmasının əsəridir. Hər insan doğulduqda bu bənzərsiz yaradılış möcüzəsi onun üçün hazırdır. Nə funksiyalarının meydana gəlməsində,  nə davamlılığında, nə də başqa mərhələsində insanın heç bir rolu yoxdur. Quranda Rəbbimiz belə buyurur:

De: “Mənə bir göstərin görüm, Allah’dan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allah’la) bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar bir-birinə ancaq yalan vəd verirlər. Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 40-41)

Uca Allah Quranın bir çox ayəsində düşünən insnalar üçün kainatın hər bucağında Öz varlığına və Birliyinə dair dəlillər olduğunu bildirmişdir. “Ali-İmran” surəsinin 191-ci ayəsində möminlər haqqında: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” -deyə bildirilir. Möminləri iman gətirməyənlərdən fərqləndirən ən böyük xüsusiyyətlərindən biri, Allah’ın iznilə, yaradılış dəlillərini görmələri və bunlar haqqında düşünmələridir. Ona görə, göy qurşağının əmələ gəlməsi və bu rənglərin müəyyən edilməsi kimi şahid olduğumuz yaradılış dəlilləri üzərində hərtərəfli düşünən insanın bu cür nümunələri gördükcə, Allah’ın iznilə, həyəcanı və uca Allah’a olan imanı artır, Onun qarşısındakı acizliyini daha yaxşı dərk edir.

Uca Allah’ın Göy Üzündəki Rəngli İşıq Sənəti: Göy Qurşağı” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma