Uca Allah’ın Sonsuz Gücündən Bir Nümunə: Qasırğalar


Tayfun, qasırğa kimi atmosfer hadisələri tez-tez rast gəlinən təbii fəlakətlərdəndir. Bu hadisələr zamanı əmələ gələn küləklərİçerikn bəzən evləri, binaları, taxta komaları, ağacları, elektrik dirəklərini və isanları sovuracaq qədər güclü olur.

  • Bu güclü küləklər necə əmələ gəlir?
  • Son illərdə qasırğalarının artmasının hikməti nədir?

Qasırğa dünyadakı ən təhlükəli və dağıdıcı küləklərdəndir. Atlantik okeanının şimalında iyun-oktyabr aylarında, cənubunda isə sentyabr ayında baş verən bu küləklər tropik dənizlərin isti suları üzərində meydana gəlir. Qasırğaların əmələ gəlmə mexanizmi və təsirləri isə uca Allah’ın sonsuz gücünü və insanların bu güc qarşısındakı acizliklərini bir daha göstərir. Rəbbimiz bu həqiqəti qullarına belə xatırladır:

Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir. Ya da ki, göydə olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Mənim onları cəzalandırmağım necə oldu. (Mülk surəsi, 16-18)

Qasırğalar necə əmələ gəlir?

Uca Allah qasırğaların əmələ gəlməsi üçün bir çox fərqli amili birləşdirir. Qasırğalar həmişə tropik iqlim qurşağının keçdiyi okeanlarda meydana gəlir. Çünki qasırğalar temperaturla işləyən dəzgaha bənzəyir. Onlar əmələ gələrkən suyun üzərindəki isti və rütubətli hava yüksəlməyə başlayır. Bu zaman tropik isti havanı kiçik bir bölgəyə sıxışdırır. Bu ilıq hava yüksəldikcə içindəki su buxarı da sıxlaşaraq fırtına buludları və yağış damlaları əmələ gətirir. Sıxlaşma gizli kondensasiya temperaturu adlanan istilik əmələ gətirir. Bu gizli temperatur yuxarıdakı havanı isidir və yüksəlməsinə səbəb olur. Yüksələn havanın yerini aşağıdan gələn ilıq rütubətli okean havası doldurur. Bu dövran əmələ gələn fırtına bölgəsinə aşağıdakı okeandan daha rütubətli havanı çəkir və fasiləsiz şəkildə isti havanı səthdən atmosferə doğru hərəkət etdirir. Səthdən gələn temperatur dəyişikliyi bu havanın ətrafında bir mərkəzin ətrafında girdab kimi fırlanan külək əmələ gətirir. Bu girdab əlüzyuyan çanağın dəliyindən aşağıya axan suyun girdabına bənzəyir. Ardınca şimşəklər və yağış əmələ gəlir. Yağış havanı bir az da isidir və təzyiqi azaldır. Külək bu alçaq hava təzyiqinin əmələ gətirdiyi boşluğu doldurmağa davam edir. Əslində, qasırğalar bir çox kiçik fırtınadan ibarət olur. Bu kiçik fırtınaların hamısı birlikdə dairəvi şəkildə hərəkət edir. Qasırğa gücünü artırdıqca ortasında “qasırğa gözü” adlanan boşluq əmələ gəlir. Bu boşluqda yağış və küləyin gücü daha azdır.

Bütün bu təfərrüatlar uca Allah’ın Alim (hər şeyi çox yaxşı bilən) isminin təcəllisidir. Rəbbimiz bu incəliklər ilə qullarını bir daha sonsuz gücü, elmi və ağlı haqqında düşünməyə dəvət edir. Rəbbimiz Qurani-kərimin “Ali-İmran” surəsində belə buyurur:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində təmiz ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 190-191)

Qasırğaların əmələ gəlməsində uca Allah’ın rəhmət təcəlliləri

Allah dünya həyatında insanlara rəhmətindən bir çox nemət verdiyi kimi, cənnəti arzulamaları üçün çox sayda çatışmazlıq və acizlik də yaradır. Qasırğalar da dünya həyatının müvəqqətiliyini və çatışmazlıqları xatırlatmaq, Allah’ın gücünü qavramaq üçün böyük nemətdir. Bundan əlavə, uca Allah bu güclü küləklərin əmələ gəlməsində bir çox hikmət yaradır və qullarına lütf edir.

Qasırğaların dünyanın hər yerində əmələ gəlməməsi uca Allah’ın rəhmətidir

Qasırğa, tornado və ya tayfun kimi güclü küləklər zamanı tropik alçaq təzyiq 200 kilotonluq enerji hasil edir. Bu enerji Xirosimaya atılan atom bombasının yaydığı enerjidən 10 dəfə çoxdur. Ancaq uca Allah bu qeyri-adi gücün dünyanın hər yerində əmələ gəlməsinə izin vermir.

Qasırğanın əmələ gəlmə mexanizmi temperatur fərqinə əsaslanır. Bu mexanizm okeanın səthindəki rütubətli havanın sürətlə yüksəlməsi, soyuq hava ilə qarşılaşması və bu ilıq su buxarının sıxlaşaraq fırtına buludları və yağış damcıları əmələ gətirməsi prinsipinə əsaslanır. Ən böyük temperatur və təzyiq fərqi isə ekvator və qütblər arasındadır. Əgər Allah qasırğaları müəyyən ərazidə və nizam içində yaratmasaydı, Yer ekvatordan qütblərə qədər güclü küləklərə məruz qalardı.

Qasırğa ilə bərabər əsən külək və yağan yağış böyük dağıntıya səbəb olar, qasırğa nəticəsində dənizlərdə nəhəng dalğalar əmələ gələr və dünyanın hər yeri bəzən sahil bölgələri belə su altında qalardı. Şübhəsiz ki, səthində daima şiddətli qasırğaların baş verdiyi dünya ölü planetə çevrilərdi. Ancaq Allah qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınlarını yumşaldır, bunları sadəcə müəyyən ərazidə toplayır, beləcə, qullarına sonsuz qüdrətindən nümunə göstərir, rəhməti ilə onları qoruyur.

Uca Allah’ın rəhməti olaraq qasırğalar qəflətən meydana gəlmirlər. Qasırğaların əmələgəlmə mərhələlərini izləmək mümkündür

Qasırğaların leysan yağış gətirən topa və topa-qara buludları külək qurşağında spiralvari forma alırlar. Buludların bu cür formaya düşməsi Allah’ın qulları üzərindəki rəhmətidir. Çünki bu formada buludlar radar ekranında görünür və qasırğanın yaxınlaşması məlum olur. Bu isə insanlara qasırğaya qarşı tədbir görməyə imkan verir. Quru stansiyaları, təyyarələr və dənizdəki gəmilər radarlar vasitəsilə qasırğaları izləyərək lazım gəldikdə səfəri təxirə salır və ya insanlara evlərini, yaşayış yerlərini boşaldaraq daha təhlükəsiz yerlərə getmələrini tövsiyə edir. Uca Allah istəsəydi, insanlar bu güclü küləklərin əmələ gəlməsini əvvəlcədən bilməz və küləklər ani surətdə əsməyə başlayaraq çox böyük itkilərə və ölümə səbəb ola bilərdi.

Dəniz suyunun temperaturunun qasırğa vasitəsilə aşağı düşməsi uca Allah’ın rəhmətidir

Məlum olduğu kimi, planktonlar okeanlardakı qida zəncirinin əsas halqasıdır və yer üzündəki həyatın davam etməsi üçün xüsusi əhəmiyyətə malikdir. Ancaq dəniz suyunun isinməsi dənizin dibindəki mikrobioloji canlılar olan planktonların ölümünə səbəb olur. Belə ki, iqlimdə El Nino kimi qısamüddətli dəyişikliklərin baş verdiyi dövrlərdə planktonların sayının temperaturla əlaqədar olaraq azalması balıqların, dəniz quşlarının və dəniz məməlilərinin kütləvi aclıqdan ölmələrinə səbəb olmuşdur.

Qasırğa isə nəhəng “bağlayıcı kran” funksiyası yerinə yetirərək okeanların tropik bölgələrindəki artıq temperaturun qarşısını alır. Fırtınadan sonra dənizin suyu soyuyur. Dəniz suyunun soyuması isə planktonların ölməsinin qarşısını alır və dənizlərdəki həyat fasiləsiz, nizamla davam edir.

Allah hər hadisədə olduğu kimi, burada da insanları qoruduğunu göstərir, arabir göndərdiyi fırtınalarla onlara xəbərdarlıq edir. Bu xəbərdarlıq ona görədir ki, insanlar dünyaya nə məqsədlə gəldiklərini, Allah’ın gücü qarşısındakı acizliklərini və Onun hüzurunda sorğu-sual olunacaqları günü unutmasınlar.

Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də olunmayacaqdır. (Fussilət surəsi, 16)

Qasırğaların güclənməsi və tez-tez baş verməsi Peyğəmbərimizin (s.ə.v.) hədislərdə bildirdiyi axırzaman əlamətlərindəndir

Peyğəmbərimiz (s.ə.v) “Qiyamətdən əvvəl 10 əlamət baş vermədən qiyamət qopmayacaq. Onuncusu, insanları dənizə atan qasırğadır. (Kıyamet alametleri, səh. 288)” hədisi ilə axırzamanda qasırğaların artacağına diqqət çəkmişdir. Belə ki, amerikalı meteoroloq Kris Lendsi 1990-cı ildən etibarən qasırğaların baş verməsinin və gücünün artdığını bildirmişdir. Lendsinin elmi faktlarla sübut etdiyi bu həqiqət Peyğəmbərimizin (s.ə.v.) hədisləri ilə üst-üstə düşür.

1989-cu ildə Hüqo qasırğasının ABŞ-na verdiyi zərər 7 milyard dollardır, 21 nəfərin ölümünə səbəb olmuşdur.

1992-ci ildə Endryu qasırğası 43 nəfərin ölümünə və 250.000 nəfərin evsiz qalmasına səbəb olmuşdur.

13 may 1996-cı ildə Banqladeşin qərbində baş verən fırtınalarda 500-1000 nəfər həyatını itirmişdir. Həmin fırtınalarda 30.000 nəfər yaralanmış, 100 min nəfər evsiz qalmışdır.

1998-ci ilin oktyabr ayında baş verən Miç qasırğasında 9000-dən çox insan ölüb. Bundan əlavə, 15.000 nəfər itkin düşüb, 2.3 milyon nəfər qasırğadan zərər çəkib.

2004-cü ildə Çarli qasırğası Floridaya dağıdıcı təsir edib.

2005-ci ilin avqust ayında baş verən Katrina qasırğası Misisipinin 8 şəhərini xarabalığa çevirmiş, Nyu Orleansın 80%-ni yerlə yeksan etmiş, təxminən 2000 nəfərin ölümünə səbəb olmuşdur. 100 milyard dollardan çox maddi zərər dəymişdir. İtkin düşənlərin sayı təqribən 35.000 nəfər olmuş, yüz minlərlə bina əlverişsiz vəziyyətə düşmüşdür.

2005-ci ilin iyul ayında baş verən Rita qasırğası Texas-Luiziana sərhədinə təsir etmişdir.

2007-ci ilin noyabr ayında Banqladeşdə baş verən 250 km sürətlə əsən Sidr qasırğası 3200 nəfərin ölümü və böyük dağıntı ilə nəticələnmişdir. Qasırğanın təsiri ilə 6 metrə çatan dalğalar minlərlə evi yerlə yeksan etmiş, 1000 nəfərin itkin düşməsinə səbəb olmuşdur. 5 milyon insana zərər verən bu qasırğa əsrin ən böyük fəlakətlərindən hesab edilir.

2008-ci ildə Myanmarda baş verən Narqis qasırğasında yüz minlərlə insan itkin düşmüş, 10 minə yaxın adam həlak olmuşdur.

2009-cu ildə Tayvanda meydana gələn Morakot tayfununda yüzlərlə insan ölmüşdür. Tayfun kənd təsərrüfatına 267 milyon dollar ziyan vurmuşdur.

2009-cu ildə Ketsana qasırğası Cənubi Asiya ölkələrini darmadağın etmişdir.

2009-cu ilin noyabr ayında Mərkəzi Amerikada baş verən İda qasırğası 120-dən çox insanın ölümünə səbəb olmuşdur.

2010-cu ilin may ayında baş verən Aqata qasırğasında ən az 73 nəfər həyatını itirmişdir.

2010-cu ilin iyul ayında meydana gələn Aleks qasırğasının sürəti saatda 150 km-ə çatırdı.

2010-cu ilin iyul ayında gücü saatda 215 km-ə çatan Erl qasırğası ABŞ-nın şərqində böyük dağıntıya səbəb olmuşdur.

2011-ci ilin fevral ayında Avstraliyada meydana gələn Entoni tayfunu ağacları kökündən çıxarmış, elektrik dirəklərini aşırmış, 35 min insanın ölümünə səbəb olmuşdur.

2011-ci ilin aprel ayında ABŞ-nın Alabama və cənub əyalətlərində baş verən qasırğalar ən az 240 nəfərin ölümü ilə nəticələnmişdir.

Saatda 120 km sürətlə əsən və sürəti 240 km-ə çatan qasırğalar sabit mərkəzin ətrafında bir növ nəhəng girdab kimi fırlanırlar. Qasırğaların əmələ gəlmə mexanizmi çox qüsursuz nizamla baş verir. Uca Allah bu həqiqəti bir Quran ayəsində belə bildirir:

Gecə və gündüzün bir-birini əvəz etməsində, Allah’ın göydən yağış endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. (Casiyə surəsi, 5)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma