İşdə Və Gündəlik Həyatda Qəribə Xüsusiyyətlərdən Çəkinmək


İçerik

Mömin gündəlik həyatda dünyəvi hadisələrə qapılaraq əsl məqsədini unutmamalıdır. Möminin əsl məqsədi Allah’ın qulu olduğunu dərk etmək, Quranda bildirilən əmr və tövsiyələri dəqiqliklə yerinə yetirməkdir. İnsan əldə etdiyi imani yaxınlığı müntəzəm təzələmək və artırmaq üçün səy göstərmədikdə mövcud imani vəziyyətini də qoruya bilməz. Mənəviyyatı sürətlə zəifləməyə, imani həssaslığı və ağlı azalmağa başlayar.

Bəziləri üçün rahat mühit çətinliyə görə daha böyük imtahandır. Çətinlik və əziyyət zamanı ağıl və şüur açıldığına görə, Allah’la olan mənəvi əlaqəni qorumaq bəzi insanlara daha asan olur. Ancaq bu əlaqəni hər cür şəraitdə qorumaq əsasdır.

Allah yolunda bir çox çətinliklərdən, ağır imtahanlardan keçmiş bir insan belə təfəkkürünü, imandan qaynaqlanan şövqünü, həyəcanını canlı saxlamalı, əsl məqsədini unutmamalıdır. Əks təqdirdə, insanın qəlbi qatılaşar, vicdani həssaslığını itirər, ona görə də düşdüyü fəlakəti dərk etməz və öyüd almaz vəziyyətə düşər. Allah istəməsə, dönüşü olmayan yola girər. Kor olan qəlbi artıq axirəti görmədiyi üçün müvəqqəti dünyaya yönələr. Dünya və dünyanın fani saxta bər-bəzəyi ona Allah’dan, Rəsulundan və Allah yolunda mübarizə aparmaqdan daha sevimli gələr. Allah belə bir təhlükəyə qarşı möminləri Quranda belə xəbərdar etmişdir:

 

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizə Allah’dan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah’ın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)

 

Mömin fərqinə varmadan dünya həyatına meyil etmək təhlükəsinə qarşı olduqca ayıq-sayıq olmalıdır. Möminin bəzən qəflətə qapılaraq Allah’ın rizasının olduğu işi tərk edib nəfsinin istəklərinə görə bəzi dünyəvi mənfəətlərə tamahlanması ona yaraşmayan haldır. Bu cür hərəkətlər davam etdikdə həmişə küfrə, münafiqliyə qapı açar. Şüurları qapanaraq dünyəvi mənfəəti Allah’ın Rəsulundan üstün tutaraq onu yarı yolda qoyub gedənlərin vəziyyəti də belədir:

 

Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır. (Cumuə surəsi, 11)

 

İçində daima Allah qorxusu, qiyamət və cəhənnəm qorxusu olan ixlaslı möminlər isə dünyanın aldadıcı yönünə aludə olmazlar.

 

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur surəsi, 37)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma