Arıquşunun Uçuşu və Enerjisi


İçerik

Məgər onlar (Allah`a) tabe olub havada uçan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allah`dır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 79)

Necə olur ki, bu kiçik quş şiddətli küləkdə belə hədəfinə rahat şəkildə çatır, havada durur və mükəmməl dalma hərəkətləri edir?

Bu, Allah`ın fövqəladə yaradılış möcüzəsidir. Arıquşuları bir neçə qramdan 20 qrama qədər olurlar. Kiçik olmalarına baxmayaraq, havada qalma xüsusiyyətlərinə görə ən qabiliyyətli canlılardır. Arıquşuları uçuş tərzlərinə görə digər quşlardan fərqlənirlər. Digər quşlardan fərqli olaraq, qanadlarını aşağı-yuxarı yox, əksinə, “8” şəklində hərəkət etdirirlər. Həm aşağı, həm də yuxarı hərəkət əsnasında qaldırma qüvvəsi meydana gəlir. Havada asılı uçuş əsnasında arıquşularının qanadlarının kənarında hava girdabı yaranır və əlavə qaldırma qüvvəsi meydana gəlir. Bu girdablar qısa zamanda öz təsirini itirir. Arıquşularına bu problemi həll etmək üçün ağıllı sistem verilmişdir. Qanadlarının yüksək bucaqlı aşağı hərəkəti zamanı girdab yaranır. Yuxarı hərəkət əsnasında bir girdab bitir, qanadın digər üzündə yeni girdab meydana gəlir. Beləliklə, yüksək qaldırma qüvvəsinin davamlılığı təmin edilir. Bu həssas tarazlığı şiddətli külək belə poza bilmir.

Başqa möcüzəvi hadisə isə arıquşularının enerji istehlakları ilə əlaqədardır

İnsanlar məşq etməzdən bir neçə saat əvvəl yanacaq (yemək) almağa ehtiyac duyarkən, arıquşuları, Allah`ın hikməti ilə, uçarkən yeni yanacaq alaraq bunu sürətlə enerji əldə etmək üçün istifadə edirlər. Şirin nektarı yedikləri bir neçə dəqiqə ərzində yedikləri yanacaq istifadə edilərək uçmaq üçün lazımi enerjiyə çevrilir. Beləliklə, uçuş davam edir və daha çox nektar istehlak edilir.

Arıquşuları ən çox enerji istehlak edən istiqanlı canlılardır. Ürəkləri dəqiqədə 500 dəfə döyünür və gözlə görülməyəcək qədər sürətli qanad hərəkətləri ilə havada asılı uçuşları təmin edilir. Bu quşlar enerjiyə daha çox ehtiyac duyduqlarından, demək olar ki, həmişə ac olurlar. Onlar hər gün öz ağırlıqlarından çox nektar içməlidirlər.

Elm adamları arıquşularını ac saxlayandan sonra müəyyən miqdarda tərkibində karbon 13 izotopu olan şəkər qamışı nektarı verərək bir təcrübə aparmışlar. Quşlar nektarı içməyə başlayarkən, elm adamları xüsusi mexanizm ilə quşların oksigen alışını (enerji istifadəsini təyin etmək üçün) və nəfəslərindəki karbonun miqdarını ölçmüşlər. Bu araşdırma nəticəsində arıquşularının şəkər qamışı nektarını içdikləri 20 dəqiqə ərzində havada asılı uçuşları üçün lazımi enerjinin 90 %-ni təmin etdikləri müəyyən edilmişdir.

Eyni vəziyyəti bir insanla müqayisə edək: bir atlet, bədəninin 60 %-i ilə məşq edəndə, yeni istehlak edilən şəkər onun bütün enerji ehtiyacının ancaq 15-30 %-ni ödəyir. Əzələlərinin ehtiyacı olan enerjini təmin etmək üçün insan bir gecə əvvəl tərkibində daha çox karbohidrat olan yemək yeməlidir.

Arıquşları Allah tərəfindən həyat formasına tam uyğun olan maddələr mübadiləsi və sistemlə yaradılmışdır. Əks halda, onun yaşaması mümkün olmaz. İnsan kimi, digər canlılara da belə bir mexanizm, yüksək enerji ehtiyacı olmadığı üçün verilməmişdir. Allah hər şeyi yerli yerində və mükəmməl şəkildə yaradır.

Uca Rəbbimiz bir ayəsində belə buyurur:

(Bu,) hər şeyi kamil şəkildə edən Allah`ın işidir. (Nəml surəsi, 88)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma