Görən Gözdürmü?


images

Bu səhifədəki şəkillərə baxdıqdan sonra gözlərinizi yumun və gördüyünüz mənzərələri təsəvvürünüzdə canlandırmağa çalışın. Bəlkə də xəyalınızda daha gözəllərini və rənglilərini görəcəksiniz…

Bu görüntülər xəyalımızdadır və bunları görən göz deyil; qarşımızda bu görüntünün olmadığına baxmayaraq,xəyalımızda bu görüntü eyni şəkildə təsəvvür edilir.

Zehnimizdə görüntünü görən göz olmasa da, görüntünün yaradılması onu görənin gözdən fərqli şey olduğunu, maddədən asılı olmadığını sübut edir.

Görən, Allah’ın maddədən müstəqil yaratdığı və Özündən insanlara bəxş etdiyi RUHdur…

Yuxularınızı düşünün… Belə ki, yuxuda görüntünün gerçək olmadığına inanmaq qeyri-mümkündür. Yuxuda olduğumuz yer, insanlar, hadisələr həqiqi və o qədər canlı olur ki, baş verənlərə həyəcanlanır, təngnəfəs oluruq. Yuxuda bir təhlükədən  xilas olmaq üçün var gücümüzlə qaçır, təhlükədən həyəcanlanır, qorxu hissi keçiririk. Saatlarla davam edən bu qaç-qov əsnasında isə, əslində, gözləriniz yumulu vəziyyətdə rahat çarpayınızda yatırsınız.

Əslində, yuxuda gözünüzlə bir şey görməyiniz qeyri-mümkündür, çünki gözləriniz yumuludur. Ancaq açıq olsa da, olduğunuz yer gördüyünüz yer deyil. Yuxuda burnunuza çox yaxşı tanıdığınız gül qoxusu gəlir. Əslində isə siz o əsnada bir binanın onuncu mərtəbəsində yatırsınız…

Əgər siz, həqiqətən, o mühitdə deyilsinizsə, sizə bunu göstərən, bütün bunları gerçək kimi hiss etdirən qüvvə nədir?

Xəyallarınızdakı mənzərələr kimi, bəlkə onları əvvəllər heç görməsəniz də, təsəvvürünüzdə bu hissi yaradan Kimdir?

 

Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma