Gözəl Sözlərdə Yarışmaq


images

Allah möminləri haqq dini və gözəl əxlaqı başqa insanlara da təbliğ etməklə məsul etmişdir. Ona görə, insanlara Allah’ın varlığı, birliyi və ucalığından bəhs edib onları Quran əxlaqına dəvət edən möminlərədanışmaq böyük ibadətdir. Allah’ın böyüklüyünü anlayan və din əxlaqı ilə yaşayan insanların bu barədə məlumatı olmayanlara düşündüklərini səmimi şəkildə ifadə etmələri bir çoxlarının İslama yönəlməsinə və qəlbinin Allah qorxusu ilə dolmasına vəsilə ola bilər. Bu isə Allah qatında çox xeyirli əməldir. Ona görə, iman gətirənlər Allah’dan həmişə ağıl, hikmət və xeyirli danışa bilməyi istəyərlər. Söhbətlərində Allah’ı zikr edər,insanlara sözün ən gözəlini söyləyər, onlara din əxlaqını təbliğ edər, yaxşılığı əmr edib pislikdən çəkindirərlər. Beləliklə, danışmaq möminlər üçün həyatlarının sonuna qədər əcir qazandıran ibadətə çevrilər.

Uca Allah gözəl sözü bizlərə “Allah’a tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?! (Fussilət surəsi, 33)” ayəsi ilə açıqlamışdır.Yəni əsl gözəl söz insanları Allah’a çağıran, Qurana əməl etməyə dəvət edən sözdür.Gözəl söz söyləyən, yəni Allah’a çağıranlar isə yalnız iman gətirənlərdir.

Din əxlaqından uzaq yaşayan insanlar arasında rəqabətin ən bariz şəkildə müşahidə edildiyi vaxt söhbət zamanıdır. Bu insanlar bir-birlərinə sözlə üstün gəlməyə çalışır, incidici sözlər deməkdə yarışırlar.Xüsusilə də, haqlı olduqlarınıvə ya yaxşı bildiklərini düşündükləri mövzularda bu üslubları daha çox nəzərə çarpır. Halbuki, Allah Quranda insanlara həmişə sözün ən gözəlini deməyi əmr edir:

 

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar…(İsra surəsi, 53)

Allah’ın bu hökmünü yerinə yetirməkdə yarışan möminlər danışarkən ən gözəl sözü deməyə səy göstərər, insanlarla hörmətlə danışar, sözləri seçərək, səhv başa düşülməyəcək şəkildə işlədərlər.

İnsanları İslam əxlaqına dəvət etmək və onlara Allah’ın varlığından və yaradılış dəlillərindən bəhs etmək hər bir müsəlmanın vəzifəsidir. Allah “İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir.(Ali İmran surəsi, 104)” ayəsilə bu məsuliyyəti bütün müsəlmanlara bildirmişdir. Allah (c.c) Quranda insanları İslama necə dəvət etməyi də bildirir:

 

 Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)

Ayədə də bildirildiyi kimi, Allah bu cür üstün rəftarın əvəzində möminlərin düşmənlərini yaxın dosta çevirir. Bu, Allah’ın bir sirridir.Çünki bütün insanların ixtiyar sahibi uca Allah’dır və Allah kimi istəsə, onun qəlbinə sevgi ilham edər. Allah gözəl, mülayim sözün təsirini bir çox ayədə də bildirir. Bu ayələrin birində Allah hz. Musa və hz. Haruna fironun yanına getməyi və ona yumşaq söz deməyi əmr edir. Allah bunun səbəbini də Quranda bu cür bildirmişdir:

 

Fironun yanına gedin. Çünki o, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! (Taha surəsi, 43-44)

Bu ayələrdə möminlərin iman gətirməyənlərə və düşmənlərinə qarşı necə davranmalı olduqları bildirilmişdir. Bu, səbir, güc, təvazökarlıq və ağıl tələb edən davranışdır.

Allah möminlərin bu əmrlərə riayət edərək gözəl əxlaqla davrandıqları təqdirdəəməllərini təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini Quranda bildirmişdir:

Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən! Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur. (Fussilət surəsi, 34-35)

Əməlisaleh möminlər “Onlar Allah`a, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)” ayəsi ilə də vurğulanan bu vəzifənin əhəmiyyətini anlayırlar.Buna görə də ətraflarındakı hər kəsi, yaxınlarını, ailələrini və bütün insanları Allah’a iman gətirməyə, Ondan qorxub çəkinməyə və gözəl əxlaqla yaşamağa dəvət edirlər. Möminlərin bu gözəl xüsusiyyəti “Tövbə”surəsində belə xəbər verilir:

 

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah’a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)

Bu ayədən də başa düşdüyümüz kimi, iman gətirən hər insan dünya həyatı boyu daima gözəl əxlaqı təbliğ etməklə, şəxsən özü bu əxlaqlayaşamaqla və insanlara yaxşı işləri tövsiyə edib onları pislikdən çəkindirməklə məsuldur.Allah “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar…(İsra surəsi, 53)” ayəsi ilə iman gətirənlərə gözəl söz söyləməyi əmr etmişdir. Gözəl və pis sözdən “İbrahim”surəsində bu cür bəhs edilir:

 

Məgər Allah`ın necə bir məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər. (İbrahim surəsi, 24-27)

Gözəl həyat istəyən insan digər insanları gözəl şeylərə həvəsləndirməli, yaxşılıq istəyən yaxşılığı yaymaq üçün əmək sərf etməli, vicdanlı hərəkətlər görmək istəyən insan vicdanlı olmağı tövsiyə etməli, zülmə razı olmayan zalımları xəbərdar etməli, qısaca desək, doğruluq istəyən insan digər insanları da doğruluğa dəvət etməlidir. Bu dəvəti edərkən unutmamalıdır ki, hidayəti verən və gözəl sözü qarşı tərəfdə təsirli edən ancaq Allah`dır.

GÖZƏL SÖZƏ ƏMƏL ETMƏK?

Allah’ın dinini təbliğ etmək, Quranla öyüd vermək, yaxşılığı əmr edib pislikdən çəkindirmək, Allah’ın ayələrini xatırlatmaq- bunların hamısı dəvətdir və ən xeyirli, ən gözəl sözlərdir.Bütün bu sözləri deməkdə niyyət Rəbbimizi razı etmək və qarşımızdakı insanın da Allah’ın razı olduğu əxlaqa yiyələnməsinə vəsilə olmaqdır. Bu niyyətlə Allah’ı zikr etmək, gözəl əxlaqdan danışıb axirətdən bəhs etmək kimi,insana səhvlərini bildiribonu Quran ayələri ilə xəbərdar etmək və qorxub çəkinməsini xatırlatmaq da gözəl sözdür.

Gözəl sözlərlə və Quranla öyüdalan, məhşər günü ilə qorxudulan və o gün bütün etdiklərinə görə hesab verəcəyini bilən insanlar artıq doğru olana dəvət etməklə məsuldurlar. Çünki xəbəri olan insan artıq nəyin doğru, nəyin səhv olduğunu bilir və bunlara riayət etməklə məsuliyyət daşıyır.

Amma tarixən insanların böyük hissəsi bu məsuliyyətləri görməməzliyə vurmuşdur.Allah’ın ayələrini eşitdikləri halda, sanki heç eşitməyibmiş kimi yaşamağa davam etmiş, Quranda ifadə edildiyi kimi “…xəbərdar edildikləri şeylərdən pay almağı unutmuşlar… (Maidə surəsi, 13)”

YOXSA BOŞ VƏ FAYDASIZ SÖZƏ ƏMƏL ETMƏK?

Allah Quranın bir ayəsində iman gətirənlər haqqında:“O kəslər ki, lağlağıdan üz döndərərlər (Muminun surəsi, 3)” – deyə buyurmuşdur.Başqa bir ayədə də Allah:“O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları  zaman onlardan üz çevirib vüqarla keçərlər.(Furqan surəsi, 72)” – sözləri ilə möminlərin belə vəziyyətlə qarşılaşdıqda şərəf və ləyaqətlərindən keçmədiklərini və belə insanlara baş qoşmadıqlarını bildirmişdir.

Boş sözlərə aludə olub boş işlərlə vaxt itirmək cahil cəmiyyətdə tez-tez rast gəlinən haldır.Dünya həyatının mənfəətlərindən başqa böyük idealları olmayan bəzi insanlar bu səhvə tez-tez yol verirlər. Həyatını Allah’ın rizasını qazanmağa həsr etməyən bir insanın bütün gününü heç bir faydası olmayan verilişlərə baxmasına çox rast gəlinir. Bundan başqa,  telefonda uzun danışır, söhbət edərkən hər şeydən şikayət edir, qeybət edir və digərlərinin nöqsanlarından danışırlar. Allah Quranın “Qəlbləri qəflət içində vaxt itirirlər…(Ənbiya surəsi, 3)” ayəsi ilə onların dünya həyatına həvəslə bağlandıqlarını bildirmişdir.

Allah Peyğəmbərimizin (s.ə.v) yüksək şəxsiyyətinin və üstün əxlaqının təzahürü olaraq insanlarla daima gözəl rəftar etdiyini bildirmiş və onu bütün insanlara nümunə göstərmişdir. Bu gün də müsəlmanlar insanları haqq yola dəvət edərkən Peyğəmbərimizin (s.ə.v) mülayim, yumşaq, mərhəmətli, alicənab, xeyirxah üslubundan nümunə götürməlidirlər.

 

GÜLƏRÜZ VƏ GÖZƏL SÖZLÜ OLMAĞIN ƏHƏMİYYƏTİ

Müsəlmanların sevgi və təvazökarlıqlarından biri də gülərüz və gözəl sözlü olmalarıdır. Rəbbimiz iman gətirənlərin üslubunu bir ayədə bu cür bildirmişdir:

 

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Bu ayə müsəlmanların bütün insanlara və bir-birlərinə olan üslubuna çox diqqət yetirməli, incidici, kobud və tənqidi ifadələrdən qətiyyətlə çəkinməli olduğunu göstərir.

Allah’ın iman gətirənlərə əmr etdiyi əxlaqa riayət edənlər,beləcə, pisliyə yaxşılıqla cavab verərlər. Allah rizası üçün səbirli, mülayim olar və qəzəbli, kobud davranmazlar.Üslub və təmkinləri insanlarda onlara qarşı etibar qazandırar. Hz. Əli mübarək Peyğəmbərimizin (s.ə.v) gözəl rəftarını möminlərə belə nümunə verir:

…İnsanları bir-birinə sevdirən, bir-birlərinə isindirən şeylərdən danışırdı.Onları qorxutmaz, qaçırmazdı. Hər qövmün rəhbərinə dəyər verərdi; onlara bəxşişlər verərdi… (İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, cild 5, İz Yayıncılık, səh.33)

Gördüyümüz kimi, Peyğəmbərimizin (s.ə.v) gözəl sözü və hikmətli davranışları insanların bir-birini sevməsinə, bir-birilə dost olmasına vəsilə olmuş, onları İslam əxlaqına yönləndirmişdir. Hz. Muhəmmədin (s.ə.v) başqa tayfalarınrəhbərlərinə dəyər verməsi, onlara bəxşiş verməklə göstərdiyi nəzakət də möminlər üçün nümunədir. Peyğəmbərimizin (s.ə.v) nəvəsi hz. Həsən də möminlərə hz. Muhəmmədin (s.ə.v) söhbətlərindəki hikmət və xeyirdən bu cür bəhs edir:

Mani (az sözlə çox məna ifadə edən)kəlmələrlə olduqca gözəl və yığcam danışırdı. Sözlərində nə artıqlıq olardı, nə də əksiklik. (Tirmizi; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2-ci cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh.33)

Bütün bunlar möminlərin danışıq üslubunun necə olmasını göstərənçox dəyərli məlumatlardır.Müsəlmanların sözlərindən əlavə, hərəkətlərindəki nəzakət və alicənablıq da olduqca əhəmiyyətlidir.Bütün şərtlərdəgülərüz olmaq möminlərin alicənab olduqlarını göstərir.Bunda da Quran əxlaqı və hz. Muhəmmədin (s.ə.v) rəftarı möminlərə ölçüdür. Peyğəmbərimizin (s.ə.v) həyatına şahid olan möminlər onun gülərüz, nəzakətli, incə düşüncəli və insanpərvər olduğunumüxtəlif nümunələrlə ifadə etmişlər:

Onun gülərüz olması və hər kəslə gözəl davranması, demək olar ki, ona xalq içində ata ünvanı vermişdi.Hamı onun nəzərində bərabər idi. (İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, cild 5, İz Yayıncılık, səh. 33)

Allah Rəsulu daima gülərüz, yumşaq xasiyyətli idi… (İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, cild 5, İz Yayıncılık, səh.34)

Allah Rəsulu… xalqın ən çox gülümsəyəni və ən sevinclisi idi. (Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2. cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh.801)

Peyğəmbərimiz (s.ə.v) səhabələrinə də gülərüz olmağı tövsiyə etmişdir:

Siz insanları mallarınızla razı sala bilməzsiz , onları gülərüz və gözəl xasiyyətlə razı edə bilərsiniz. (Bezzar, Ebu Yala, Taberani; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 3. cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh. 111)

Allahu-Təala asanlıq göstərən və gülərüz insanı sevir. (Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2. cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh.444)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma