Müsəlman Şən Və Nikbin Olur


images

  • Bəzi insanlar hər cür imkana sahib olsalar da, nə üçün ürəkdən sevinmirlər?
  • Möminlərin güclü olduqlarının və sevinclərinin mənbəyi nədir?
  • Hz. Mehdi (ə.s) dövründə imani sevinc necə artacaq?

Bəzi insanlar maddi cəhətdən nə qədər güclü olsalar da, ən kiçik çətinlik zamanı dərhal ümidsizliyə qapılır, bədbinləşirlər, ona görə də sevinclərini tez itirirlər. Həyat sevincini və əzmlərini itirdiklərinə görə, qarşılaşdıqları çətin vəziyyətlərdə heç bir şeydən güc və dəstək ala bilmirlər. Bu, təbii olaraq onların gündəlik həyatına, hərəkət və davranışlarına da mənfi təsir edir. Hər hansı yerə getmək və ya hər hansı işi görmək üçün güc və istəkləri qalmadıqlarına görə ərincək və halsız olurlar. Cəhd etməkdən uzaqlaşır, faydalı fəaliyyətlərdən üz çevirirlər. Hətta özlərinə mənfəəti olan şeylərdə belə üstlərinə çökən bu ağırlıq və ərincəkliyə görə, heç bir şey etməyə həvəsləri olmur.

Bu insanlar cavan olsalar da, gücsüzlük təlqininə görə özlərini fiziki cəhətdən yaşlı insan kimi hiss edirlər. Əslində isə fiziki deyil, ruhi cəhətdən yaşlanırlar. Yaşlı insanın gücdən düşməsi, özünü yorğun hiss etməsi, dincəlməyə ehtiyac duyması normaldır. Hətta bəzən yaşlı insanların eynilə gənclər kimi dinamik və aktiv olduğuna şahid oluruq. Bədənləri yaşlansa da, ruhları aktiv qalır. Həyat sevincini itirənlər isə, tam əksinə, gənc olduqları halda, deyilən vəziyyətə düşür və mənəvi cəhətdən yaşlı insandan fərqlənmirlər. Göründüyü kimi, bəzi insanlar iman gətirmədiklərinə görə, Allah’ın qəlblərinə verəcəyi mənəvi gücdən məhrumdurlar. Allah bu insanların pis əxlaqının əvəzində qəlblərindəki gücü alır. Ona görə, bir növ yaşayarkən ölmüş kimi ruhi vəziyyətə düşürlər. Bu, onların hər halından, davranışından bəlli olur.

 

Möminlər güclü imanlarının qazandırdığı sevinc hissi ilə mənəvi güclərini artırırlar

 

Möminlər daima Allah’ı dost tutduqlarına və Onun rizasına uyğun davrandıqlarına görə, uca Allah’ın onlara nemət kimi verdiyi mənəvi güc sayəsində həmişə canlı olurlar. Əsla ərincək davranmır, bunun özlərinə zərər və itki olduğunu bildiklərinə görə, belə hala düşməkdən çəkinirlər. Bu mənəvi güc onları Allah’ın rizasını daha çox qazanmağa, həmişə əvvəlkinə nisbətən daha ciddi cəhd göstərməyə yönəldir. Allah yolunda qarşılaşacaqları çətin vəziyyətlərdə səbir etmələrinin də səbəbi budur. Beləliklə, heç bir işdə və heç yerdə Allah’ın bəyənmədiyi davranışı etmirlər. Həmişə xeyir işlərdə yarışmaq və nümunə olmaq üçün daima sürətli və aktiv olmağı üstün tuturlar. Bu cəhdləri onların günbəgün cənnət əxlaqına daha da yaxınlaşmalarına səbəb olur. Allah’ın rizasını və cənnətini ümid etməyin verdiyi güc hər dəfə getdikcə artır və Allah’ın Quranda tərif etdiyi üstün əxlaqa yiyələnmələrinə səbəb olur. Saleh əməllərin verdiyi sevinc hissi başqa xeyirli işlərə təşviq edir. Göstərdikləri cəhd nə qədər çox olsa da, buna görə yorulmurlar. Allah Öz rizası üçün səmimi cəhd göstərən qullarının imanını artıraraq onlara qətiyyət verir. Allah Quranda möminlərə dayanmadan cəhd etməkdə davam etməyi belə bildirir:

 

(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! (Ancaq) Rəbbinə üz tut! (Şərh surəsi, 7-8)

 

Allah’ın bu əmrinə tabe olan və bütün həyatını Allah’ın rizasını qazanmaq üçün dayanmadan cəhd göstərən möminlər həm dünyada, həm də axirətdə xoşbəxt yaşayırlar. Allah möminlərin dünyada və axirətdə xoşbəxtliklə müjdələndiyini Quranda belə bildirir:

 

O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçündür Axirət yurdu – (Rad surəsi, 22)

 

 

Möminlər ancaq Allah rizasını istədiklərinə görə daima şövqlü, şən və enerjili olurlar

 

Şövq bir işi və ya bir məqsədi həyata keçirmək üçün güclü istək və arzudur. İnsan hər işdə nə qədər ixlaslı olsa, şövqü də o qədər böyük olar. İnkar edənlərin isə gördükləri işlərdə – hər hansı mənfəətləri olmasa – şövqlü olması, demək olar ki, qeyri-mümkündür. Onlar ancaq nəfslərinin istəklərini təmin etmək üçün şövqlənir, lakin öz mənfəətləri olmayan işlərdə çox istəksiz və şövqsüz olurlar. Bu davranışları da gördükləri işlərə mənfi təsir edir. Şövqsüz olduqlarına görə, işdə səy göstərə bilmir, ortaya çıxan nəticə də faydasız və bərəkətsiz olur. Əksər hallarda başladıqları işləri yarımçıq qoyur, hətta başlamırlar. Ona görə, başladıqları işi sona çatdırmaları onlar üçün böyük uğur, hətta təqdirəlayiq haldır. Allah Quranda bu insanların istəksiz gördükləri işlərin tamamilə boş cəhddən ibarət olduğunu və ona görə ziyana uğrayacaqlarını bildirmişdir:

 

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini zənn edirdilər. (Kəhf surəsi, 103-104)

 

Möminlər isə imanlarından doğan sevinclə tükənməz enerji, şövq və istəyə malikdirlər. Günbəgün Allah’ın rizasını daha artıq qazanmaq üçün daha çox saleh əməl etmək istəyirlər. Bitirdikləri işlə kifayətlənmir, əksinə, bu, onları daha da şövqləndirir, yeni saleh əməllər etmələrinə səbəb olur. Öhdələrinə düşən işləri ən yaxşı, ən gözəl və insanlar üçün ən faydalı şəkildə etmək üçün Allah’a dua edir, düşünür və səmimi cəhd göstərirlər. Bütün bunların nəticəsində ən yaxşı iş ortaya çıxır. Bu, Allah’ın möminlərə verdiyi uğurun mühüm sirridir.

Bu qısa dünya həyatında Allah’ın rizasını qazanmaq üçün nə qədər çox saleh əməl etsələr, axirətdəki mükafatının o qədər böyük olacağını bildiklərinə görə aza qane olmayıb daha artığını etməyə can atır, Allah’a “…Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver…” (Əhqaf surəsi, 15) şəklində dua edirlər. Allah möminlərin bu ixlaslı davranışının əvəzində qəlblərinə rahatlıq hissi endirərək onların imanlarını günbəgün artırır. Allah möminlərə olan bu rəhmətini Quranda belə bildirmişdir:

 

Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur… (Fəth surəsi, 4)

 

Möminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədi ilə edilən hər iş sevinc mənbəyidir. Onların keçirdiyi bu sevinc hissi imanın sevincidir. İmanın sevinci qəlbində həqiqi iman olmayan insanların əsla təqlid edə bilmədiyi səmimi sevincdir. Çünki bu, uca Allah’ın rizasını, rəhmətini və sonsuz cənnət həyatını ümid edən möminin qəlbinin Allah’dan gələn sevinclə dolmasıdır. Möminlərin dünya həyatında keçirdiyi bu sevinclə dolu həyat, Rəbbimizin izni ilə, cənnətdə getdikcə artaraq davam edəcək. Bir Quran ayəsində iman gətirənləri cənnətdə gözləyən xoşbəxt həyat belə müjdələnmişdir: “İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində qalacaqlar”. (Rum surəsi, 15)

 

Peyğəmbərimiz (s.ə.v) həmişə gülərüz idi və ətrafındakılara da gülərüz olmağı tövsiyə edərdi. Peyğəmbərimiz (s.ə.v) ağır məsuliyyətinə və qarşılaşdığı müxtəlif çətinliklərə baxmayaraq, çox təvəkküllü, təslimiyyətli və arxayın insan idi. Həyatının hər anında imanın sevinci və şövqü içində idi. Həm imani sevinci, həm də gözəl əxlaqına görə daima gülərüz və istiqanlı davranırdı. Səhabələr Peyğəmbərimizin (s.ə.v) bu xüsusiyyətindən belə bəhs edirlər:

Hz. Əli (r.ə): “Onun gülərüz olması və hamı ilə nəzakətli davranması onu bir növ xalqın atasına çevirmişdi. Hər kəs onun nəzərində və hüzurunda bərabər idi”. (İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, cilt 5, İz Yayıncılık, s. 33)

Allah Rəsulu daima gülərüz, mülayim idi… (İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, cilt 5, İz Yayıncılık, s.34)

“Allah Rəsulu… xalqın ən çox gülümsəyəni və ən sevinclisi idi…” (Huccetü’l İslam İmam Gazali, İhya’u  Ulum’id-din, 2-ci cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 801)

Peyğəmbərimiz (s.ə.v) səhabələrinə də gülərüz olmağı tövsiyə etmiş və belə demişdir:

“Siz insanları mal-mülkünüzlə məmnun edə bilməzsiniz, onları gülərüz və gözəl xasiyyətlə məmnun edə bilərsiniz”. (Bezzar, Ebu Yala, Taberani; Huccetü’l İslam İmam Gazali, İhya’u  Ulum’id-din, 3-cü cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111)

“Allah-Təala asanlaşdıran və gülərüz insanı sevər”. (Huccetü’l İslam İmam Gazali, İhya’u  Ulum’id-din, 2-ci cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.444)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma