Axir Zamanın Mühüm Şəxslərindən Olan Hz. Xızır Hal-Hazırda Fəaliyyətdədir


İçerikHz. Xızır (ə.s) kimdir?

Axırzamanda hansı vəzifələri var?

Hz. Xızır (ə.s) dövrümüzdə hansı mühüm hadisələrdə fəaliyyət göstərir?

Uca Allah Quranın bir çox ayəsində peyğəmbərlərinə və bəzi elçilərinə xüsusi elmlər öyrətdiyini bildirir. Qeyb elmi, lədün elmi, hikmət və təsirli nitq qabiliyyəti kimi üstün elmləri istədiyi qullarına bəxş edən Rəbbimiz bu rəhməti ilə həyatlarının hər anında olduğu kimi təbliğ zamanı da elçilərini dəstəkləyir.

Rəbbimizin peyğəmbərlərdən başqa elm bəxş etdiyi mübarək şəxslərdən biri də hz. Xızırdır (ə.s). Quranda adı bildirilmir, ancaq “Kəhf” surəsinin 65-ci ayəsində “Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər” şəklində bildirilən şəxsin hz. Xızır (ə.s) olduğu haqqında bütün əhli-sünnə alimləri həmfikirdir (doğrusunu Allah bilir). “Kəhf” surəsində (65-82-ci ayələrdə) hz. Xızır (ə.s) və Allah’ın ona öyrətdiyi lədün elmindən bəhs edilir. Hədislərdən ayələrdə bəhs edilən bu mübarək şəxsin hz. Xızır (ə.s) olduğu başa düşülür. Uca Allah’ın seçdiyi və müxtəlif elmlər lütf etdiyi bir qul olan hz. Xızır (ə.s) mühüm hadisələrdə və vaxtlarda ortaya çıxır.

Hz. Xızır (ə.s) Uca Allah’ın xüsusi elmlər bəxş etdiyi bir quldur

 

Allah’ın Quranda elm sahibi kimi tanıtdığı hz. Xızır (ə.s) “Lədün” adlandırılan elmin sahibi olan mübarək şəxsdir. Allah’ın seçdiyi insanlara bəxş etdiyi xüsusi elm olan lədün elmi, başqa sözlə batin elminin sahibi olan şəxslər Allah’ın ilhamı ilə qeyb haqqında məlumatlanırlar. Rəbbimizin təqdir etdiyi qədər hadisələrin gedişini və gələcəkdəki nəticələrini əvvəlcədən bilir, buna əsasən hərəkət edirlər. Mövzu ilə əlaqədar bir ayə belədir:

“Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər”. (Kəhf surəsi, 65)

 

Allah hz. Xızıra (ə.s) Öz dərgahından üstün elm bəxş etmişdir. Quranda hz. Musanın (ə.s) hz. Xızırla (ə.s) görüşdüyü, onunla birlikdə səyahət etdiyi və Rəbbimizin hz. Xızıra (ə.s) vəhy etdiyi elmdən faydalanmaq istədiyi hərtərəfli bildirilmişdir (Kəhf surəsi, 66). Hz. Xızır (ə.s) hz. Musa (ə.s) ilə birlikdə səyahəti qəbul etdikdən sonra hz. Musanın (ə.s) öyrənməsinə səbəb olan bir neçə hadisə baş verir. Hz. Musa (ə.s) hz. Xızırın (ə.s) lədün elmini bilmədiyinə görə, hz. Xızırın (ə.s) ilk baxışda səhv, qəribə görünən bəzi hərəkətlərini anlamayaraq ondan səbəblərini soruşmuş və öz fikirlərini bildirmişdir. Ancaq ayrılma vaxtı gəlib çatdıqda hz. Xızırdan (ə.s)  etdiklərinin əsl səbəbini öyrəndikdə onun bunları müəyyən hikmətlə etdiyini anlamışdır (Kəhf surəsi, 78-82).

Quranda xəbər verilən “Kəhf” qissəsi ilə yanaşı, bəzi ayələrdə, hədislərdə, İslam alimlərinin müxtəlif izahlarında və İslam tarixi mənbələrində hz. Xızırın (ə.s) müəyyən dövrlərdə peyğəmbərlərə və Allah’ın əməlisaleh qullarına kömək edib dəstəklədiyinə dair bəzi məlumatlar var (doğrusunu Allah bilir).

Hz. Xızır (ə.s) istədikdə zaman və məkandan çıxır və cildini dəyişir

 

Hz. Xızır (ə.s) uca Allah’dan lütf olaraq zaman və məkanın xaricinə çıxa bilir, istədikdə, bəzən insan, bəzən də ruh olur. Hz. Xızır (ə.s) bu xüsusiyyəti ilə mələklərə bənzəyir. Çünki eynilə mələklər kimi məkan ölçüsündən çıxır. Birdən dünya ölçüsündən çıxıb başqa məkan ölçüsünə keçir və ya çox sürətlə yenidən dünyanın məkan ölçüsünə daxil olur. İnsan cildinə girdikdə belə bir yerə girdikdə bir cilddə, həmin yerdən çıxdıqda fərqli fiziki görünüşdə ola bilir. Ani surətdə əşyaya və ya bitkiyə çevrilə bilir.

Quranda hz. Xızırın (ə.s) hz. Musanın (ə.s) dövründə də sarayda fəaliyyətdə olduğuna dair işarələr var. Məlum olduğu kimi, hz. Musa (ə.s) bir misirlini səhvən öldürmüş, firon və saray əhli də hz. Musanın (ə.s) cəzalandırılmasına və hətta öldürülməsinə qərar vermişdilər. Lakin bu söhbəti eşidən bir insan hz. Musanın (ə.s) yanına gəlib onu xəbərdar etmiş və hz. Musaya (ə.s) şəhərdən ayrılıb Misirdən uzaqlaşmasını bildirmişdir. Hz. Musanı (ə.s) xəbərdar edən və birdən hz. Musanın (ə.s) qarşısına çıxan bu şəxs hz. Xızırdır (ə.s) (doğrusunu Allah bilir). Bu mövzu ilə əlaqədar ayələr belədir:

Saraydan bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat  çıx get. Mən, həqiqətən, sənin yaxşılığını istəyənlərdənəm!” (Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi. (Qasas surəsi, 20-21)

 

Hz. Xızır (ə.s) Quranda bildirildiyi kimi, bəzən hər hansı yerdə hər hansı şəxs kimi insanların qarşısına çıxır, salamlaşıb söhbət edir, ancaq insanlar hz. Xızırı (ə.s) tanımırlar. Çünki uca Allah’ın hz. Xızıra (ə.s) buyurduğu vəzifəyə görə, o, özünü insanlara tanıtmır.

Hz. Xızır (ə.s) İslama zərər verəcək insanları və ya cisimləri zərərsizləşdirməklə mükəlləfdir

 

Hz. Xızırın (ə.s) bir xüsusiyyəti də İslama zərər verəcək insanları və ya cisimləri zərərsizləşdirməkdir.. Zərərsizləşdirəcəyi cisim bina, bölgə və ya ərazi ola bilər. Quranda hz. Xızırın (ə.s) hz. Musa (ə.s) ilə səfəri zamanı bu xüsusiyyətinə diqqət çəkilmişdir:

 

Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün”. (Kəhf surəsi, 71)

 

Bu hadisədə hz. Xızır (ə.s) bir gəmini deşir. Ancaq bu gəmini deşməsinin çox mühüm səbəbi var. Quranda hz. Xızırın (ə.s) bu hərəkətinin səbəbi açıqlanır:

 

Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi onların önündə hər bir gəmini zorla ələ keçirən hökmdarın olması idi. (Kəhf surəsi, 79)

 

Quranda diqqət çəkilən bu hadisədə olduğu kimi, hz. Xızır (ə.s) cisimləri yararsız hala saldığı kimi, İslama və din əxlaqına zərər verəcək insanı da zərərsizləşdirə bilər. Bu baxımdan, hz. Mehdinin (ə.s) qan axıtmayan xüsusiyyətinin tam əksidir. Hz. Mehdi (ə.s) uca Allah əmr etdiyi üçün qan tökülməsinə qəti qarşıdır, şəfqətli və mərhəmətlidir, yatan insanı oyatmaz. Ancaq hz. Xızır (ə.s) Allah’ın İslama qarşı çıxanları zərərsizləşdirmək əmrini tərəddüdsüz yerinə yetirir. “Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun” (Kəhf surəsi, 74) ayəsində bu həqiqət xəbər verilir. Hz. Xızır (ə.s) qeyri-adi hadisələri və işləri həyata keçirərkən daima zamanın içinə girib-çıxdığı və cildini dəyişdirdiyi üçün tapılması, yerinin müəyyən edilməsi də mümkün deyil.

Heç kimə hiss etdirmədən müxtəlif qrupların tərkibində olur

 

Hz. Xızırın (ə.s) başqa xüsusiyyəti də hər dildə danışa bilməsidir. Ona görə, müxtəlif millətlərin içinə diqqət çəkmədən girə bilir. Bəzən müsəlman qrupun içində, bəzən də dövlət sistemində ola bilər. Belə ki, dövlətin sistemində fəaliyyət göstərdiyinə Quranda (Qasas surəsi, 20-21) diqqət çəkilmişdir. Ayələrdə hz. Musanın (ə.s) dövründə saraydan bir nəfərin çaparaq gəlməsi və hz. Musaya (ə.s) əyan-əşrəfin onu öldürməyə qərar verdiklərini bildirməsi hz. Xızırın (ə.s) fironun dərin dövlətinə mənsub şəxs olduğuna işarə edir (doğrusunu Allah bilir). Bu şəxsin hz. Musaya (ə.s) qaçmasını dedikdən sonra hz. Musanın (ə.s) bu şəxsi bir daha görməməsi də bu şəxsin hz. Xızır (ə.s) olduğuna işarə edir.

Uca Allah axırzamanda hz. Xızıra (ə.s) çox mühüm vəzifələr vermişdir

 

Hz. Xızır (ə.s) hz. Mehdinin (ə.s) qarşısındakı maneələri aradan qaldıracaq

 

Bədiüzzaman Səid Nursi əsərlərində hz. Mehdinin (ə.s) SİYASƏT MEHDİSİ, SƏLTƏNƏT MEHDİSİ VƏ DİN İŞLƏRİ MEHDİSİ xüsusiyyətlərinin üçünə də eyni anda sahib olacağını və bu üç sahədə eyni anda mehdilik edəcəyini yazmışdır. Ancaq hz. Mehdi (ə.s) dünyadakı siyasi quruluşu istiqamətləndirməyəcək, sadəcə siyasətlə bağlı fəaliyyəti olacaq, ancaq hamıya məlum olan klassik şəkildə siyasətlə məşğul olmayacaq. Evindən siyasəti idarə edəcək. Hz. Xızır (ə.s) isə dünya dövlətinin, dünya hökumətinin rəhbəridir. Dünyada iki hökumət var: biri dəccalın, digəri isə Allah tərəfdarlarının hökumətidir. Hz. Xızır (ə.s) bu hökumətin iclaslarını aparır, devriləcək və qurulacaq dövlətləri müəyyən edir və İslam birliyinin qurulması üçün hz. Mehdinin (ə.s) qarşısındakı maneələri, Allah’ın izni ilə, aradan qaldırır.

                                     

Hz. Xızır (ə.s) İslam əxlaqının dünyaya hakim olması, hz. Mehdiyə (ə.s) və müsəlmanlara qarşı olanların mənəvi cəhətdən əzilməsi kimi çox mühüm məsələlərdə fəaliyyət göstərir

 

Uca Allah hz. Xızıra (ə.s) çox mühüm vəzifələr tapşırır. Dövrümüzdə ən təcili məsələ Quran əxlaqının dünyaya hakim olmasıdır. Hz. Xızır (ə.s) bunun uca Allah’ın istədiyi kimi baş verməsi üçün axırzamanın mühüm şəxsləri olan hz. İsa (ə.s) və hz. Mehdiyə (ə.s) qarşı olanların mənəvi cəhətdən əzilməsində iştirak edir. Hz. İsanın (ə.s) düşmənlərinin ideoloji cəhətdən əzilməsini, hz. Mehdiyə (ə.s) qarşı olanların məğlub olmasını, əsas mövqelərdəki İslam düşmənlərinin və müsəlmanlara mane olanların məğlub edilməsini təmin edir.

HAL-HAZIRDA DÜNYANI HZ. İSA (Ə.S), HZ. XIZIR (Ə.S) VƏ HZ. MEHDİ (Ə.S) İDARƏ EDİR

Dövrümüzdə hz. İsa (ə.s), hz. Xızır (ə.s) və hz. Mehdi (ə.s) birlikdə hərəkət edərək dünyanı İslam əxlaqının hakim olması üçün idarə edirlər. Hz. İsa (ə.s), hz. Xızır (ə.s) və hz. Mehdi (ə.s) müharibələrin və xüsusilə böyük hazırlıq görülən armaqedon müharibəsinin qarşısının alınmasına səbəb olublar. Dünyada armaqedon müharibəsinin olması üçün, əvvəlcə, İraqda müharibə başladılmış, sonra isə qanlı hadisələr və müharibələrin Yaxın Şərqə yayılması planlaşdırılmışdı. Lakin hz. İsanın (ə.s), hz. Mehdinin (ə.s) və hz. Xızırın (ə.s) səyləri ilə bu müharibə dayandırılmışdır. Dünyadakı hadisələr hal-hazırda hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) duası ilə istiqamətlənir.

Hz. Xızır (ə.s) da Türk-İslam Birliyinin qurulması üçün üzərinə böyük vəzifələr götürmüşdür. Bu birliyin qurulması üçün sosial hadisələri istiqamətləndirir, böyük hadisələr həyata keçirir, Müsəlmanların qarşısındakı bütün maneələri aradan qaldırır. Allah’ın izni ilə, müsəlmanların, hz. Mehdinin (ə.s) və hz. İsanın (ə.s) köməkçisi kimi vəzifəsini tam yerinə yetirir.

Axir Zamanın Mühüm Şəxslərindən Olan Hz. Xızır Hal-Hazırda Fəaliyyətdədir” üzərinə 4 şərh

  1. Salam.
    Məqalədə bu cümləni nə isə başa düşmədim. Hz. Xızır (ə.s) da Türk-İslam Birliyinin qurulması üçün üzərinə böyük vəzifələr götürmüşdür. Başa düşmədim türkün bura nə dəxli? Hələ bir dəfə biri demişdi güya Axirətdə türkcə danışacaqlar. Gülməlidir. Belə çıxır ərəb dili əsas deyil. Camaat elə Namazlarıda, Quranıda türkcə oxusunlar. Məncə burda türk söhbəti əlavədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma