Din Allah Üçün Yaşamaqdır


images“Allah üçün yaşamaq” nə deməkdir?

Müsəlmanlar Allah’ın varlığını və böyüklüyünü dərk edən, Onu çox sevən, Ondan qorxub çəkinən və həyatlarını bu həqiqətə uyğun tənzimləyən insanlardır. Digər insanlar isə (Allah’ı tənzih edirik) ya Allah’ı inkar edənlər, ya da Allah’ın varlığını qəbul etmələrinə baxmayaraq, Allah’dan qorxub çəkinməyənlərdir.

Bu cür insanlar onları yaradan Allah’ı yada salmadan yaşayırlar. Böyük ağılsızlıqla, həyatlarının kim tərəfindən, necə və nə üçün başladığına etinasız yanaşırlar. Beyinlərində (Allah’ı tənzih edirik) Allah’a və Onun dininə yer olmayan yeni həyat qurmağa çalışırlar. Quranda isə belə həyatın boş təməl üzərində qurulduğu xəbər verilir və uçub dağılacağını Rəbbimiz bu hikmətli bənzətmə ilə bildirir:

 

Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)

 

Allah’ın ayədə xəbər verdiyi kimi, Quranda tərif edilən imana malik olmayanların həyatı uçurumun kənarında qurulmuşdur. Onların həyatdakı yeganə məqsədi bu dünyada xoşbəxtlik və rahatlıq əldə etməkdir. Əlbəttə, dünyada insanın rahat yaşamaq istəməsi normaldır, ancaq bunun sadəcə dünyəvi istəklərlə olması doğru deyil.

Bu cür insanların hədəfi bəllidir. Bəziləri varlı olmaq istəyir və məqsədinə nail olmaq üçün – lazım gələrsə, gözəl əxlaqlı davranmaz – əlindən gələni edər, bütün fiziki və zehni gücünü varlı olmaq üçün sərf edir. Bəzisi də həyatdakı məqsədini yüksək mövqeli və məşhur insan olmağa həsr edir. Bunun üçün hər cür çətinliyə tab gətirir, hər yola əl atır. Ancaq bunların hamısı ölümlə yox olan, dünya həyatına aid məqsədlərdir. Həmin insanlar bu məqsədlərinə nail olsalar, həyatları boyu istədikləri kimi yaşasalar, hətta planlarında olandan artığını əldə etsələr də, əsla mənəvi cəhətdən rahat olmaz, axtardıqları rahatlıq, xoşbəxtlik və sevgini tapa bilməzlər. Çünki əsl xoşbəxtlik, dərin sevgi və qəlbən rahatlıq ancaq səmimi imanla qazanılan nemətlərdir.

Mömin Allah’ın varlığını və gücünü dərk edir

 

Möminin ən əsas xüsusiyyəti Allah’ın onu nə üçün yaratdığını və ondan nələr istədiyini bilməsidir. Ona görə də dünyadakı əsl məqsədi Allah’ın razı qaldığı qul olmaq üçün çalışmaqdır. İman gətirən insan məqsədinə çatmaq üçün hər yola əl atar, ciddi səy göstərər. Bu yolla digər insanlar üçün son hesab edilən ölümün də əsl mənasını bilir: ölüm yox olmaq deyil, əsl həyata keçiddir.

Mömin olmayanların bir qismi böyük ağılsızlıqla həyatlarının təsadüfən və öz-özünə əmələ gəldiyini hesab etdikləri kimi, həyatlarına son qoyan ölümün də öz-özünə baş verdiyini zənn edirlər. Halbuki, həyatı da, ölümü də yaradan Allah’dır. Əsla təsadüf və ya qəza olmayan ölüm uca Allah’ın xüsusi yaratdığı, hər kəs üçün ayrı zamanı və yeri müəyyən edilmiş hadisədir.

Mömin də Allah’ın hər şeyə hakim olduğunu bilir, ölümün son deyil, əsl həyata – axirətə keçid olduğunu qavrayır. Bu həqiqətləri dərk edərkən, əlbəttə, digərləri kimi həyatını uçurumun kənarında qurmaz. Onu və bütün kainatı yaradanın uca Rəbbimiz olduğunu, həyatın, ölümün və ölümdən sonrakı əsl həyatın sahibinin Allah olduğunu bildiyinə görə uca Allah’a üz tutur. Pulun, mövqe və məqamın, fiziki gözəlliyin Allah’ın yaratdığı və hər an yaratmaqda davam etdiyi bu sistemin içində xilas yolu olmadığını görür. Bunlar ancaq Allah’ın qoyduğu qanunlar sayəsində bir müddət qüvvədə olan səbəblərdir. Allah’ın yaratdığı sistemin təməli isə Allah’ın rizasıdır. Çünki Allah Quranda ancaq Onun rizasını istəyənləri doğru yola yönəldəcəyini bildirmişdir:

 

Allah, Onun rizasını arayan şəxsləri  əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

 

Allah’ın gücünü təqdir edən və həyatını Allah rizası üzərində quran insanın ən əsas xüsusiyyətlərindən biri hər an ancaq Allah’ın rizasını və rəhmətini düşünərək hərəkət etməsidir. O, həyatını Allah’ın razılığını qazanmaq, Ona qul olmaq məqsədi üzərində qurduğuna görə, bütün kainatı Allah’ın yaratdığını və idarə etdiyini qavramış və fərqli düşüncə tərzinə malikdir. Yalnız Allah’ı tək İlah kimi tanıdığına görə, saxta ilahlar mömin üçün heç nə ifadə etmir. Allah Quranda bu mövzunu hz. İbrahimin (ə.s) sözləri ilə belə vurğulamışdır:

Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, doğru danışan kimsə  və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?” (Məryəm surəsi, 41-42)

Müsəlmanlar Allah’ın rizasını istədiklərinə görə dindardırlar

 

Müsəlmanlar dinin Allah’ın rizasını qazanmaq üçün haqq yol olduğunu bilirlər. Bəzi insanların cahil fikirlərinə görə, din bəzi inanclardan ibarət qayda-qanunlar toplusudur və həyatda dinin mühüm yeri yoxdur. Şübhəsiz ki, bu insanlar yanlış düşüncələrinin ağır cəzasını dünyada çəkirlər, axirətdə qarşılaşacaqları vəziyyət isə daha əziyyətli olacaq. Əsl möminlərlə özlərini mömin kimi göstərən ikiüzlü insanlar (münafiqlər) arasındakı fərq də burada üzə çıxır.

Möminlər dini Allah rizası üçün şövqlə, istəklə yaşayır, münafiqlər isə öz mənfəətləri üçün sadəcə mömin kimi görünməyə çalışırlar.

Dinə səmimi inanmadıqları və din əxlaqı ilə yaşamadıqları halda, özlərini inanırmış və din əxlaqı ilə yaşayırmış kimi göstərirlər.

Möminlər beş vaxt namazlarını huşu (Allah’a qarşı hörmət dolu qorxu) ilə (Muminun surəsi, 1-2), münafiqlər isə namazı insanlara göstəriş üçün qılırlar (Maun surəsi, 6).

Münafiqlər mallarını Allah yolunda deyil, insanlara göstəriş üçün sərf edirlər.

 

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah’a və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

 

Dini Allah üçün yaşamaq, başqa sözlə, müsəlman olmaq Allah’a qul olmaq və Onun verdiyi nemətlərdən Ona şükür edərək istifadə etməkdir. Allah’ı tanımaq və həqiqətən, üstün əxlaqlı insan olmaq üçün cəhd etməkdir. Əsl müsəlman onu yaradan sonsuz qüdrət sahibi Allah’ın rizasını istəyən, Onun rizasından başqa heç bir maddi və ya mənəvi qarşılıq gözləməyən insandır. Müsəlmanlığın təriflərindən biri budur.

Din əxlaqı ilə yaşamaq hər şeydən əvvəl Allah’ın rizasını və sonsuz cənnətini qazanmaqdır

 

Allah Onun əmr və tövsiyələrini yerinə yetirdikdə, Quranda qoyduğu hədlərə riayət etdikdə insanlara əbədi cənnət nemətlərini vəd edir. Allah’ın vədindən dönməyəcəyi isə Quranda bildirilən qəti həqiqətdir. Elə isə din əxlaqı ilə yaşayan insan həyatının hər anında cənnətə girmə ümidi və sevinci ilə yaşayar. Keçən hər an, hər gün onu cənnətə yaxınlaşdırdığına görə bu sevinci daha da artar. Digər insanların sıxıntılı və bədbin əhval-ruhiyyəsi dindar insanda qətiyyən yoxdur. Bu baxımdan cənnət sevinci din əxlaqının qazandırdığı gözəlliklərdən biridir. Cənnət isə ən böyük nemətlərdəndir. Bu həqiqətə Quranda belə diqqət çəkilmişdir:

 

Bunlar Allahın hədləridir  Hər kəs Allah’a və Peyğəmbərinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük qurtuluşdur! (Nisa surəsi, 13)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma