Keçmiş Sivilizasiyaların Heyranedici İzləri Tarixin Təkamülü İddialarini Təkzib Edən Başqa Bir Sivilizasiya: Mayyalar


images

Təkamülçü KİV-lərin hamısının bir ortaq cəhəti var. Bir canlıya aid bioloji quruluş və ya xüsusiyyətin nə üçün təkamül keçirdiyinə dair xəyali ssenarilərdən bəhs edirlər. Diqqətçəkən cəhət isə budur ki, təkamülçülərin təxəyyül gücüylə uydurduğu hekayələr elmi fakt kimi verilir. Halbuki, bu KİV-də yayımlananlar “darvinist nağıllardan” başqa bir şey deyil. Təkamülçülər zehinlərində uydurduğu ssenariləri cəmiyyətə elmi dəlil kimi təqdim etməyə çalışırlar. Lakin bunların hamısı yalandır. Darvinist nağılların heç bir elmi dəyəri yoxdur, təkamülçü iddialar üçün də əsla dəlil təşkil etmirlər.

Bəzi təkamülçü elm adamları mayyaların metal əşyalardan istifadə etmədiyini iddia edirlər. Ancaq mayya sivilizasiyasının qalıqlarındakı daşların üzərindəki oyma işlərinin necə edildiyini açıqlaya bilmirlər. Çox rütubətli olan Amazon meşələrinin hündür ərazilərində metal əşyalar qısa müddətdə oksidləşərək çürüyürlər. Ona görə, dövrümüzə mayyaların istifadə etdiyi metal əşyaların izləri qalmaya bilər. Ancaq qalan daş əşyalar metaldan istifadə edildiyini göstərir. Çünki bu qədər incə, zərif naxışlar təkcə daş alətlərlə oyula bilməz.

Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər. Onlar torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər… (Rum surəsi, 9)

Təkamülçü ədəbiyyatda tez-tez rast gəlinən hekayələrdən biri də “meymunabənzər” varlıqların insana çevrilməsi və əvvəllər “ibtidai” olan insanın da müəyyən proses nəticəsində sosiallaşaraq təkamül keçirməsidir. Heç bir elmi dəlili olmasa da, yarı dik yeridiyi, qırıq-qırıq səslər çıxardığı fərz edilən, ailəsi ilə birlikdə gəzərkən, əllərindəki kobud alətlərlə ov ovlayarkən və ya tonqalın ətrafında oturarkən rəsmləri çəkilən mağara adamları, ibtidai insan fərziyyələri bu hekayənin tərkib hissəsidir.

“İnanın və belə təsəvvür edin” mənasını verən bu rəsmlər təkamülçülərin insanları konkret faktlarla deyil, xəyali nağıllarla inandırmağa çalışdığının göstəricilərindəndir. Çünki bunlar elmi dəlillərə deyil, onları çəkənin xəyallarına və ön mühakimələrinə əsaslanan hekayələrdir.

Təkamülçülər bu hekayələrin yanlış olduğunu bilə-bilə onları professional ədəbiyyata yerləşdirir, cəmiyyətə elmi həqiqətlər kimi təqdim etməkdən çəkinmirlər. Ancaq darvinistlərin tez-tez danışdığı bu ssenarilər təkamül nəzəriyyəsinə heç bir elmi dəlil təşkil etmir. Çünki insanın meymunabənzər əcdadlarından törədiyini dəstəkləyən bircə elmi tapıntı belə yoxdur. Eyni şəkildə, xalqların ibtidaidən aliyə doğru təkamül keçirdiyini göstərən heç bir arxeoloji və tarixi tapıntı da yoxdur. İnsan mövcud olduğu ilk gündən bəri insandır və hər dövrdə müxtəlif sivilizasiyalar qurmuşdur. Bunlardan biri də heyranedici mayya sivilizasiyasıdır.

Tarixi mənbələrdə bu bölgədə yaşayan xalqlara gələn uzunboylu, ağ paltarlı şəxsdən bəhs edilir. Yazılı mənbələrdə qısa müddətlik tək Allah inancının yayıldığı və elmdə, incəsənətdə inkişaf olduğu bildirilir.

RİYAZİYYAT MÜTƏXƏSSİSİ MAYYALAR

E.ə. 1000-ci ildə Mərkəzi Amerikada digər sivilizasiyalardan çox uzaqda yaşayan mayyalar eynilə Misir, Yunanıstan və Mesopotamiyadakı sivilizasiyalar kimi inkişaf etmiş sivilizasiya qurmuşdular. Mayyaların ən əsas xüsusiyyətləri isə astronomiya və riyaziyyat sahəsindəki fəaliyyətləri və mürəkkəb yazı dilləri ilə elmdə lider olmalarıdır.

Daş üzərindəki zərif oyma işləri mayyaların daş oyma sənəti üçün lazımi texniki təcrübəyə malik olduqlarını göstərir. Polad yeyə, ling kimi alətlər olmadan oyma işi qeyri-mümkündür.

Mayyalar zaman, astronomiya və riyaziyyat sahələrindəki biliklərinə görə, həmin dövrdə qərb dünyasından min il öndə idilər. Məsələn, Yerin bir illik dövretməsi ilə bağlı hesablamaları kompyuter icad edilmədən əvvəl aparılan hesablamalardan daha dəqiq və səhvsiz idi. Riyaziyyatda sıfır rəqəmi avropalı riyaziyyatçıların kəşfindən min il əvvəl mayyalılar tərəfindən istifadə edilirdi. Riyaziyyatda öz müasirlərindən daha qabaqcıl rəqəm və işarələrdən istifadə edirdilər.

MAYYA TƏQVİMİ

Mayyaların istifadə etdiyi təqvim də inkişaf etmiş sivilizasiyalarını göstərən dəlillərdəndir. Mayyalar tərəfindən istifadə edilən “Haab təqvimi” 365 gündən ibarət idi. Habelə, mayyalar bir ilin 365 gündən daha uzun olduğunu da hesablayıblar. Mayyaların apardığı hesablamalara görə, bir il 365.242036 gündən ibarətdir. Dövrümüzdə istifadə edilən Qriqori təqvimi isə 365.2425 gündən ibarətdir. Göründüyü kimi, iki rəqəm arasında çox az fərq var. Bu isə mayyaların riyaziyyat və astronomiya sahəsində mütəxəssis olduqlarını göstərir.

MAYYALARIN ASTRONOMİYA BİLİYİ

Veneranın orbitinin hər 6000 ildə bir gün geri çəkilməli olduğunu müəyyən edəcək qədər mükəmməl astronomiya biliyi keçmişdə yaşamış insanların necə sivilizasiya qurduğunu göstərir.

Mayyalardan dövrümüzə gəlib çatan və Kodeks adlandırılan üç kitabda mayyaların həyatına və astronomiya biliklərinə dair mühüm məlumatlar var. “Madrid kodeksi”, “Paris kodeksi” və “Drezden kodeksi” adlandırılan bu üç kitabdan “Drezden kodeksi” mayyaların astronomiya haqqında nə qədər dərin biliyə malik olduqlarını göstərir. Mayyaların çox mürəkkəb yazı üslubu var və bu günə qədər mayya yazısının 5-30%-i oxunmuşdur. Bu belə mayyaların nə qədər inkişaf etmiş elmi səviyyəyə malik olduğunu göstərmək üçün kifayətdir.

“Drezden kodeksi”nin 11-ci səhifəsində Venera planetinə aid məlumatlar var. Mayyalılar Venera ilinin 583.92 gün olduğunu hesablamış və bu rəqəmi yuvarlaqlaşdıraraq 584 gün qəbul etmişlər. Bununla yanaşı, minlərlə illik Venera səfhələrinin şəkillərini çəkiblər. Eyni kodeksdə iki səhifə Mars, dörd səhifə Yupiter və peyklərinə, səkkiz səhifə də Ay, Merkuri və Saturna aid məlumatlara yer verilmişdir. Bu səhifələrdə sözügedən planetlərin Günəş ətrafında dövr etməsi, Günəşlə birlikdə hərəkətləri, planetlərin bir-biri ilə əlaqəsi, Yerlə əlaqəsi kimi çox mürəkkəb hesablamalarla göstərilən məlumatları açıqlayıblar.

Bir çox tədqiqatçı aşağıdakı şəklin mayyalıların kosmik vasitədən istifadə etdiklərini göstərən şəkil olduğuna inanır.

Mayyalıların astronomiya biliyi o qədər mükəmməldir ki, Veneranın orbitinin hər 6000 ildə bir gün geri çəkilməli olduğunu bilirdilər. Bu qədər dərin biliyi necə əldə etdikləri isə hələ də mübahisəlidir. Dövrümüzdə bu cür mürəkkəb hesablamalar kompyuter texnologiyasının köməyi ilə edilir. Bu gün elm adamları kosmos haqqındakı bilikləri hər cür texnoloji və elektron cihazla təchiz edilmiş rəsədxanalarda əldə edirlər. Mayyalar isə bundan 2000 il əvvəl dövrümüzün texnologiyası ilə əldə edilmiş bilik və hesablamalara malik idilər. Bu, bir daha göstərir ki, xalqlar heç də həmişə ibtidaidən aliyə doğru təkamül keçirməyiblər. Tarixdə yaşamış bir çox xalq dövrümüzdəki xalqlar qədər, hətta bəzilərindən daha qabaqcıl sivilizasiyaya malik olublar. Dövrümüzdə də keçmiş xalqların səviyyəsinə belə çatmamış bir çox xalq var. Qısaca desək, sivilizasiya bəzən irəliləyir, bəzən geriləyir, bəzən isə həm qabaqcıl, həm də geridə qalmış sivilizasiyalar eyni dövrdə yaşayır.

Mayya mədəniyyətinə aid bu şəkil mayya hökmdarlarından Pakalın qəbrinin qapağında çəkilmişdir. Pakalın üstündə oturduğu nəqliyyat vasitəsi bir növ motosikleti xatırladır. Bu, mayyaların dövründə istifadə edilmiş motorlu nəqliyyat vasitəsi ola bilər.

QƏDİM MAYYA ŞƏHƏRİ OLAN TİKALDAKI YOL ŞƏBƏKƏSİ

Darvinistlər heç bir elmi dəlilləri olmasa da, insanın qədim dövrlərdə ibtidai canlı olduğunu, ibtidai həyat tərzi keçirdiyini və zaman ərzində zəka səviyyəsinin inkişaf etdiyini irəli sürürlər. Arxeoloji tapıntılar isə bu iddiaların əsassız olduğunu göstərir. Qədim mayya şəhərlərindən biri olan Tikalda aparılan qazıntılarda mühəndislik və şəhər planlaşdırmanın şah əsərləri üzə çıxarılmışdır. Hündürlükdən çəkilmiş şəkillərdən mayya şəhərlərinin geniş yol şəbəkəsi ilə bir-birlərinə bağlı olduğu görünür. Bütün bunlar tarixin hər dövründə inkişaf etmiş sivilizasiyaların olduğunu göstərir.

Tikal ən qədim mayya şəhərlərindən biridir. E.ə. VIII əsərdə əsası qoyulmuşdur. Meşəliyin içində salınmış Tikal şəhərində aparılan arxeoloji qazıntılarda indiyə qədər evlər, saraylar, piramidalar, məbədlər, toplantı əraziləri aşkar edilmişdir. Bütün bu sahələrin bir-birləri ilə yollar vasitəsilə bağlı olduğu məlum olub. Hətta təyyarədən çəkilən bəzi radar fotoşəkillərində ümumi kanalizasiya sistemi ilə yanaşı, şəhərin hər tərəfini əhatə edən suvarma sisteminin də olduğu üzə çıxıb. Nə dəniz, nə də çay kənarında yerləşən Tikalda suvarma işləri üçün 10 nəhəng su anbarından istifadə edildiyi aşkar edilmişdir.

Tikaldan meşəyə doğru uzanan 5 əsas küçə var. Bunlar arxeoloqlar tərəfindən mərasim yolları adlandırılır. Hündürlükdən çəkilmiş fotoşəkillər isə mayya şəhərlərinin geniş yol şəbəkəsi ilə bir-birlərinə bağlı olduğunu göstərir. Ümumilikdə təqribən 300 km olan bu yolların hərtərəfli mühəndislik işi ilə çəkildiyi görünür. Bütün yollar qırılmış qayalardan tikilmiş və üstü açıq rəngli möhkəm təbəqə ilə örtülmüşdür. Xətkeşlə çəkilmiş kimi düz xətt üzrə salınmış yolların necə inşa edildiyi,  yolları inşa edərkən mayyaların istiqaməti necə müəyyən etdiyi, hansı vasitə və alətlərdən istifadə etdiyi hələ bilinmir. Təkamülçü anlayışla bu suallara məntiqli, ağıllı cavab vermək mümkün deyil. Çünki söhbət mühəndislik şah əsəri olan, kilometrlərlə uzunluqdakı yollardan gedir. Aydındır ki, bu yollar istiqamət müəyyən etmə, dəqiq hesablama və ölçmə ilə, həmçinin lazımi alət və vasitələrdən istifadə edilərək salınıb.

MAYYALARIN İSTİFADƏ ETDİYİ DİŞLİ ÇARXLAR

Mayyaların yaşadığı ərazilərdə aparılan tədqiqatlar onların dişli çarx mexanizmi olan alətlər hazırladıqlarını göstərir.

Kopanda tapılan mayya dişli çarxları

Dişli çarx mexanizmindən istifadə edən sivilizasiyanın mühəndislik biliyi olmalı, qüvvə və hərəkətin qarşılıqlı əlaqəsindən xəbərdar olmalıdır.

Bu biliklərə yiyələnməyən birisinin dişli çarx mexanizmi qurması qeyri-mümkündür. Məsələn, sizdən bu şəkildəkinə bənzər mexanizm düzəltməyi istəsələr, lazımi təhsil almadan bunu bacarmazsınız.

Halbuki, mayyalar bunu bacarıblar. Bu isə mayyaların bilik səviyyəsinin mühüm göstəricisi, təkamülçülərin iddia etdiyi kimi, qədim dövrlərdə yaşayan insanların geridə qalmış olmadığının sübutudur.

Buraya qədər təhlil edilən məlumatlar  qədimdə yaşamış xalqların qabaqcıl mədəniyyət səviyyələrini göstərir. Bu nümunələr çox mühüm həqiqəti göstərir. İllərlə təkamülçü təfəkkürlə təlqin edilən qədim xalqların geridə qalmış olduğu, ibtidai həyat tərzi keçirdiyi iddiası doğru deyil. Tarixin hər dövründə müxtəlif sivilizasiya səviyyələrinə malik xalqlar yaşamışdır. Ancaq heç biri digərindən təkamüllə meydana gəlməyib. Bundan 1000 ilə əvvəl bəzi geridə qalmış xalqların yaşaması tarixin təkamül keçirdiyini, insanların ibtidaidən aliyə doğru inkişaf etdiyini göstərmir. Çünki bundan 1000 il əvvəl geridə qalmış bu xalqlarla yanaşı, elm və texnologiya sahəsində irəliləmiş, köklü sivilizasiyalar qurmuş xalqlar da yaşamışdır. Xalqların inkişaf etməsində sivilizasiyaların bir-birləri ilə qarşılıqlı münasibəti, nəsildən-nəslə ötürülən bilik və təcrübə, şübhəsiz ki, mühüm rol oynayır. Ancaq bu, təkamül deyil.

Qurani-kərimdə də keçmişdə yaşamış xalqlardan misal çəkilərkən bunlardan bəzilərinin inkişaf etmiş sivilizasiya qurduğu xəbər verilir:

Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi… (Ğafir surəsi, 21)

Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları onlara bir fayda vermədi. (Ğafir surəsi, 82)

Neçə-neçə məmləkəti (əhalisi) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı. (Həcc surəsi, 45)

Quranda xəbər verilən bu həqiqətləri arxeoloji tapıntılar da dəstəkləyir. Yer üzündəki bir çox arxeoloji tapıntını və qədim xalqların yaşayış məskənlərini tədqiq etdikdə, həqiqətən də bu xalqların əksəriyyətinin dövrümüzdəki xalqlardan daha irəli səviyyədə yaşadıqlarını, inşaat texnologiyasında, astronomiyada, riyaziyyatda, tibdə çox böyük nailiyyətlər əldə etdiklərini görürük. Bu da darvinistlərin tarixin və xalqların təkamülü yalanlarını bir daha əsassız edir.

Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki, onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah’ı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir, qadirdir! (Fatir surəsi, 44)

HƏLƏ DƏ AÇIQLANA BİLMƏYƏN NAZKA RƏSMLƏRİ

Perunun Lima şəhərində yerləşən Nazka rəsmləri elm adamlarının açıqlaya bilmədiyi tapıntılardan biridir. 1939-cu ildə Nyu York Universitetindən dr. Paul Kosokun bu bölgəni havadan tədqiq etməsi ilə üzə çıxan bu rəsmlər çox təəccüblüdür.  Kilometrlərlə uzanan rəsmlər bəzən hava limanına, bəzən müxtəlif quşlara, meymunlara, bəzən də hörümçəklərə bənzəyir. Rəsmlərin Perunun quraq ərazisində kim tərəfindən, nə məqsədlə, necə çəkildiyi hələ də naməlumdur. Müxtəlif elm adamları bu barədə fərqli tezislər irəli sürmüş, ancaq bunlardan heç biri hələ təsdiqlənməmişdir. Digər tərəfdən, kilometrlərlə uzanan, müəyyən formalarda olan bu rəsmləri çəkən insanların ibtidai həyat tərzi keçirmədiyini bəzi elm adamları da qəbul edir. Bu insanlar ancaq müəyyən yüksəklikdən görünən və nə olduğu başa düşülən formaları qüsursuz nizamla meydana gətiriblər. Əlbəttə, bu, üzərində düşünməli heyrətamiz vəziyyətdir.

Əlbəttə, tarixən hər sahədə irəliləyiş olmuş, elm və texnologiyada böyük nailiyyətlər əldə edilmişdir. Lakin bu dəyişiklikləri təkamülçülərin və materialistlərin iddia etdiyi kimi, təkamül prosesi adlandırmaq ağıllı və elmi yanaşma tərzi deyil. Mədəniyyət və təcrübə sayəsində texnologiya və elm sahəsində daima irəliləyiş baş verir. Ancaq burada mühüm cəhət bundan ibarətdir ki, dövrümüzdə yaşayan insanla min illər əvvəl yaşamış insan arasında fiziki cəhətdən fərq olmadığı kimi, zəka və qabiliyyət baxımından da fərq yoxdur. XX əsrdəki insanların beyni və zəkası daha çox inkişaf etdiyi üçün daha inkişaf etmiş sivilizasiya qurduqları fikri təkamül nəzəriyyəsinin təlqinləri nəticəsində meydana gəlmiş yanlış düşüncə tərzidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma