Dünya Yaradılmamışdan Əvvəl Allah Bizim Qədərimizi Yaratmışdır


imagesŞübhəsiz ki, Biz hər şeyi qədərlə yaratdıq. (Qamər surəsi, 49)

 Hz. Musa (ə.s) və yanındakılar hal-hazırda yarılan dənizdən keçərək xilas olurlar. Fironun ordusu hal-hazırda suları birləşən dənizdə boğulur. Hz. Nuhun (ə.s) gəmisi və hz. Süleymanın (ə.s) sarayı hal-hazırda inşa edilir…

Bütün bu hadisələr bizim bildiyimizdən də aydın və canlı şəkildə hal-hazırda uca Allah’ın dərgahında mövcuddur. Çünki Allah dünya yaradılmazdan əvvəl bütün varlıqların qədərini (taleyini) yaratmışdır.

Qədər Allah’ın bütün keçmiş və gələcək hadisələri tək bir an içində yaratmasıdır. Bu isə Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin baş verib bitdiyini göstərir. İnsanların böyük əksəriyyəti Allah’ın hələ baş verməmiş hadisələri əvvəlcədən necə bildiyini, Allah qatında bütün keçmiş və gələcək hadisələrin necə baş verib bitdiyini və qədəri heç cür qavraya bilmir. Halbuki, baş verməmiş hadisələr bizim üçün baş verməyib. Çünki biz Allah’ın yaratdığı zamana tabeyik və hafizəmizə verilən məlumatlar olmadan heç nə bilmərik. Allah dünyadakı imtahan mühitinin tələbinə uyğun olaraq gələcək adlandırdığımız hadisələri hafizəmizə vermədiyinə görə gələcəkdə nə olacağını bilmirik. Allah isə zamana və məkana tabe deyil, bunların hamısını yoxdan yaradan Özüdür. Ona görə, Allah üçün keçmiş, gələcək və indi birdir və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləmir. Onsuz da bir hadisənin əvvəli də, sonu da Onun dərgahında bir anda baş verir. Məsələn, fironun sonunun necə olduğunu Allah hələ hz. Musanı (ə.s) fironun yanına göndərmədən, hz. Musa (ə.s) hələ doğulmadan, hətta Misir dövləti qurulmadan əvvəl bilir və bütün bu hadisələr fironun sonu ilə birlikdə Allah qatında bir an kimi baş vermişdir. Bundan əlavə, Allah’ın keçmişi xatırlamağa ehtiyacı yoxdur. Keçmiş və gələcək hazır şəkildə Allah qatında eyni anda mövcuddur.

Allah bütün hadisələrin əvvəlini və sonunu eyni anda görür və bilir

 

Bir insanın bütün həyatını film lenti kimi düşünək. Biz bu filmə video kasetdən baxırıq və lenti irəliyə çəkmək imkanımız yoxdur. Allah isə bu film lentinin hamısını eyni anda görür və bilir. Çünki bu filmi bütün təfərrüatı ilə müəyyən edən və yaradan Odur. Biz bir cədvəlin başını, ortasını və sonunu bir dəfədə görə bildiyimiz kimi, Allah bizim asılı olduğumuz zamanı əvvəlindən sonuna qədər bir an kimi ehtiva etmişdir. İnsanlar isə ancaq vaxtı çatdıqda bu hadisələrlə qarşılaşıb Allah’ın onlar üçün yaratdığı qədərə şahid olurlar. Dünyadakı bütün insanların qədəri də belədir. Bu günə qədər yaradılmış və bu gündən sonra yaradılacaq bütün insanların dünya və axirətdəki həyatının hər anı Allah’ın dərgahında hazır şəkildə durur. Allah’ın sonsuz hafizəsində itmədən saxlanılır. Qədər Allah’ın Hafiz (mühafizə edən, qoruyan) isminin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir. Allah Quranda insanların başına gələn hər şeyin əvvəlcədən bir kitabda yazıldığını belə bildirir:

 

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 22-23)

 

Həyatımıza daxil olan insanlar, təsirli bir söz, vicdanımızı narahat edən bir şey, şər kimi görünən bir hadisə, bəzən nə üçün yaşadığımızı anlamadığımız, şahid olduğumuz hadisələrin hər biri Allah’ın qədərdə yaratdığı incəliklərdir. Hər insan bunlardakı xeyiri görmək üçün vicdanının səsini dinləməli və Quran əxlaqına əsasən düşünüb hərəkət etməlidir.

Keçmiş, hafizəmizdəki məlumatlardan ibarətdir

Bizə verilən təlqinə görə, biz keçmiş, indi və gələcək kimi hissələrə bölünmüş zaman kəsiklərində yaşadığımızı zənn edirik. Halbuki, keçmiş anlayışımızın olmasının yeganə səbəbi, daha əvvəl də bildirdiyimiz kimi, hafizəmizdə bəzi hadisələrin qalmasıdır. Məsələn, ibtidai sinfə getdiyimiz an hafizəmizdəki məlumatdır və biz ona görə, bu hadisəni keçmiş kimi qavrayırıq. Gələcəkdə baş verəcək hadisələr isə hafizəmizdə yoxdur. Ona görə, bizə hələ xəbərdar olmadığımız bu hadisələri gələcəkdə baş verəcək hadisələr kimi qəbul edirik. Halbuki, keçmiş baş verib bitdiyi kimi, gələcək də eyni şəkildə baş vermişdir. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyinə görə, bunları bilmirik.

Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşlı insanın hafizəsində 30 illik xatirələr, hadisələr var və buna görə, bu insan 30 illik keçmişinin olduğunu düşünür. Əgər bu insanın hafizəsinə 30-70 yaş arasındakı gələcəyinə dair hadisələr verilsə, onda 30 yaşlı bu insanın həm 30 ili, həm də 30-70 yaş arasındakı gələcəyi keçmişə çevrilir. Çünki keçmişi də, gələcəyi də hafizəsində olacaq, hər ikisi onun üçün baş vermiş hadisələr olacaq.

Ancaq Allah bizə hadisələri müəyyən ardıcıllıqla, kiçikdən böyüyə doğru deyil, keçmişdən gələcəyə gedən zaman şəklində hiss etdirdiyinə görə, bizə gələcəyimizlə bağlı hadisələri bildirmir, bunlar haqqında hafizəmizə məlumat yerləşdirmir. Gələcək bizim hafizəmizdə yoxdur, ancaq Allah’ın sonsuz hafizəsində bütün insanların keçmişi və gələcəyi mövcuddur. Bu, əvvəl də qeyd etdiyimiz kimi, bir insanın öz həyatına onsuz da mövcud olan filmdə baxması kimidir. Film çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəliyə çəkmə imkanı olmayan insan kadrlara bir-bir baxdıqca həyatını görür. Hələ baxmadığı kadrların isə gələcək olduğunu zənn edərək yanılır.

Hər insan qəbul edib-etməsə də, Allah’ın yazdığı qədəri yaşayır

Keçmiş və gələcəyin, əslində, Allah qatında yaradıldığı və baş verib bitdiyi, Allah’ın dərgahında saxlandığı və hazır hadisələr olması bizə çox mühüm həqiqəti göstərir: hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan keçmişini dəyişdirə bilmədiyi kimi, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də baş verib bitmişdir. Gələcəyindəki bütün hadisələr-nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə haqqında danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, nə vaxt, necə, harada öləcəyi- hamısı bəllidir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah dərgahında Allah’ın sonsuz hafizəsində hazır durur. Ancaq bunlar haqqında məlumat insanın hafizəsində yoxdur.

Ona görə, başlarına gələn hadisələrə kədərlənənlər, qəzəblənənlər, gələcəyi üçün qayğı çəkənlər özlərini əbəs yerə yorurlar. Çünki necə olacağından qorxub qayğısını çəkdikləri gələcəkləri onsuz da olub-bitmişdir. Nə etsələr də, bunları dəyişdirmə imkanları yoxdur.

Allah bir ayədə: “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (qədər ilə) yaratdıq. (Qamər surəsi, 49)” – deyə bildirir. Sadəcə insanların deyil, bütün canlıların, əşyaların, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında müəyyən edilmiş qədəri var. Məsələn, sınan bir antik vaz, qədərində müəyyən edilmiş anda sınır. Bir neçə əsrlik bu vaz ilk dəfə emal edildikdə ondan kimlərin istifadə edəcəyi, hansı evin hansı guşəsində, hansı əşyalarla yanaşı qoyulacağı, vazın hər naxışı, üstündəki hər rəng qədərdə əvvəlcədən müəyyən edilmişdir. Vazın hansı gün, hansı saat, hansı dəqiqə, kim tərəfindən sındırılacağı da Allah’ın hafizəsində hazır saxlanılır. Hətta vazın ilk dəfə emal edildiyi an, ilk dəfə satılmaq üçün vitrinə qoyulduğu an, bir evin guşəsinə durduğu an və sınaraq çilik-çilik olduğu an, qısaca desək, vazın əsrlər ərzində mövcud olduğu hər an Allah dərgahında bircə an kimi mövcuddur. Ona görə, Allah insanlara əllərindən çıxan şeylərə kədərlənməməyi bildirir. Çünki əllərindən çıxan şeylər qədərlərində olduğu üçün baş vermişdir və o insanların bunu dəyişdirməyə gücü çatmır. Ancaq insanlar qədərlərində baş verən hadisələrdən ibrət almalı, özlərini tərbiyə etməli, bu hadisələrdəki hikməti və xeyirli cəhətləri görərək daima qədərlərini yaradan çox mərhəmətli, şəfqətli, ədalətli, qullarını bağışlayan və qoruyan Rəbbimizə üz tutmalıdırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma