Xurafatçıların Səhv Din Anlayışı və Bunun Dinə Verdiyi Zərər


imagesXurafatçıların insanların İslamdan çəkinməsinə səbəb olan səhv din bilgisinin mənbəyi nədir?

Əsl İslam inancı ilə xurafatçı inancı arasındakı fərqlər hansılardır?

Xurafatçılıq Allah’ın Quranda bildirdiyi və Peyğəmbərimizin (s.ə.v) yaşadığı İslamdan fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. Dövrümüzdə xurafatçıların İslam anlayışı tamamilə fərqli inanca çevrilmişdir. Çünki xurafatçılıqda Quran və sünnə deyil, xurafat və bidətlər əsas götürülür. Ancaq xurafatçılar İslam adından danışırlar. Peyğəmbərimiz (s.ə.v) də axırzamanda xurafatçılığın bu cəhətinə diqqət çəkmiş və xurafatçılığın böyük təhlükə olduğunu hədislərində xəbər vermişdir:

“ELM ALİMLƏRİN VƏFATI İLƏ ARADAN QALXACAQ. HEÇ BİR ALİM QALMAYACAQ. NƏHAYƏT İNSANLAR CAHİLLƏRİ RƏHBƏR SEÇƏCƏKLƏR. MƏSƏLƏLƏRİNİ ONLARA ÇATDIRACAQLAR. ONLAR ELMƏ ƏSASLANMADAN XALQA FƏTVA VERƏCƏKLƏR. HƏM ÖZLƏRİ AZACAQ, HƏM DƏ XALQI AZDIRACAQLAR”/ (Buhari, nr. 100, 7307; Müslim, İlim 13 (nr. 2673); Tırmizi, İlim 5 (nr. 2652))

Xurafatçılar İslam dininin təməli olan sevgi və sülhə düşməndirlər

Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxırlar. Çiçəyə, uşağa, heyvanlara, qısaca desək, Allah’ın yaratdığı hər gözəlliyə nifrət edirlər. Sevgisiz olduqlarına görə, daxilən qaranlıq düşüncəyə malikdirlər. Bu səbəbdən, mövhumatçı və anlayışsızdırlar. Belə ki, hər cür gözəllik və estetikaya, elm və incəsənətə, həmçinin sevinc və xoşbəxtliyə, hətta həyata belə qarşıdırar. Sevginin olmadığı, nifrət və qəzəbin hakim olduğu, qadınlara və uşaqlara kin bəsləyən bu sistem şeytanın insanları dindən uzaqlaşdırmaq üçün meydana gətirdiyi bəladır. Ona görə də bu təfəkkürün hakim olduğu dünya cəhənnəm kimi cansıxıcı və qaranlıqdır. İnsanlar məhz bu xurafatçılıqdan çəkinirlər. Halbuki, gerçək İslam sevgini, dostluğu, qardaşlığı, xeyirxahlığı, mərhəməti və hər cür gözəl əxlaqi xüsusiyyəti əmr edir. Uca Allah bir ayədə İslam dininin bu üstün xüsusiyyətini belə xəbər verir:

Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr surəsi, 9)

Xurafatçılar sevgidən uzaq yaşayırlar

Xurafatçı heç kimi sevmədiyi kimi özü də sevilmir, çünki hər kəs xurafatçının məntiq və düşüncə tərzinə nifrət edir. Onların hər biri digərinə nifrət edir. Ona görə, öz aralarında da daima ayrılıq və düşmənçilik vardır. Əsla birlik içində rahat və xoşbəxt yaşaya bilmirlər. Həqiqi İslama uyğun yaşayan müsəlmanlar isə sevgini, şəfqəti, dostluğu, qardaşlığı və həmçinin azadlığı müdafiə edən, müasir  insanlardır. Ətrafdakı insanlar tərəfindən üstün əxlaqına görə sevilən möminlər xurafatçılardan fərqli olaraq canlı sosial həyat sürürlər.

Xurafatçılar incəsənət və estetika anlayışından məhrumdurlar

Xurafatçılar Quranda olmayan əmrləri İslam dininə daxil etməyə çalışırlar. Quranda öz xurafatlarına uyğun olmayan hökmləri və əmrləri inkar edirlər. Quranda bütün gözəlliklərin təriflənməsi, incəsənət və elmə təşviq edilməsi (Allah’ı tənzih edirik) onların qəzəbinə səbəb olur. Halbuki, gözəllik və estetikadan zövq almaq dərin imana malik insan xüsusiyyətidir. Allah insan ruhunda gözəlliyə həssaslıq hissi yaratmışdır. Ancaq bu estetika anlayışının üzə çıxması və inkişaf etməsi insanın imanı və ağlı ilə mütənasibdir. Möminlər bütün gözəllikləri Allah’ın  yaratdığını bildiklərinə görə, bu gözəlliklərə heyran olurlar. Onlara bunları bəxş edən Allah’ın gücünü və sənətini layiqincə təqdir etməyə çalışırlar. Cənnət həsrəti də gözəlliklərdən zövq almaq hisslərini artırır. Allah’ın Quranda xəbər verdiyi cəhənnəmi düşünüb müqayisə etdikdə isə ruha zövq verən estetikanın dəyərini daha yaxşı dərk edirlər.

Xurafatçılar qadına düşməndirlər

Xurafatçılar insanı dəyərləndirmir, heç bir canlıya əhəmiyyət vermirlər. Ruhlarında heç bir incəliyə, şəfqət və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsində xurafatçı qadına da nifrət edir. Xurafatçıların başlıca xüsusiyyətlərindən biri də qadına düşmən olmalarıdır. Qadına üçüncü sinif varlıq kimi baxmaq xurafatçının əsas xüsusiyyətidir.

Allah qadınların qorunması, habelə onlara hörmət və sevginin bəslənilməsi üçün lazım olan hər şeyi Quranda bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) Quran hökmlərinə əsasən, qadınların tərəfində olmuş və onların zərər çəkmələrinin qarşısını almışdır. Peyğəmbərimizin (s.ə.v) həyat yoldaşlarına və səhabə xanımlara göstərdiyi gözəl münasibət bütün möminlər üçün gözəl nümunədir. Quranda qadınlara verilən dəyər bir ayədə belə bildirilir:

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır! (Rum surəsi, 21)

Xurafatçılar səmimiyyət və dürüstlükdən uzaqdırlar

Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allah’a qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allah`a qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)

Ayədə bildirildiyi kimi, xurafatçılar saxta hərəkətlərinin üstünü örtmək üçün həmişə Allah’ın adına yalan uydururlar. Əslində, xurafatçılar hər məsələdə yalan danışmağı vərdişə çeviriblər. Dini çətin göstərmək üçün dində olmayan məsələləri var kimi göstərir və ya dində olanları dində yox kimi tanıdırlar. Özlərini daha təqvalı göstərmək üçün halal olan şeyləri özlərinə və ətrafdakı insanlara haram edirlər. Halbuki, Allah halal və haram etdiyi hər şeyi Quranda bildirmiş, Peyğəmbərimizin (s.ə.v) hədislərində də bu mövzular açıqlanmışdır. Ona görə, gerçək İslam əxlaqı ilə yaşayan insanlar ancaq Qurandakı haram və halallara və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə tabedirlər. Belə ki, cidd-cəhdlə Allah’ın hədlərini qorumaları onları dürüst və səmimi edir. Xurafatçılardan fərqli olaraq, möminlər sözlərini sübut etmək üçün və insanlara səmimi olduqlarını göstərmək üçün səy göstərməyə ehtiyac duymurlar. Davranışlarının səmimi olduqlarını göstərəcəyini, Allah`ın izni ilə, bilirlər. Gerçək İslam anlayışına malik insanın hər bir hərəkətindən səmimi olduğu açıq-aşkar başa düşülür.

Xurafatçılıq tarix boyu İslama ziyan vurmuşdur

Dünyada İslam adına ortaya çıxan, sevgi və mərhəmətdən uzaq, elm, incəsənət və gözəlliyə qarşı olan, müharibələr törədən, zülm edən, qan tökməyə meyilli müsəlman mödeli bəzi insanların İslam dini haqqında yanlış qənaətə gəlməsinə səbəb olur. Onlar İslam adı altında ortaya çıxan xurafatçılığı İslam zənn edirlər. Bu qantökən vəhşi sistemin İslamla əlaqəsinin olmadığını, hətta İslama tamamilə zidd olduğunu bilmir, xurafatçıların təqdim etdiyi və yaşadığı bu modeli İslam dini zənn edərək çəkinirlər. Gerçək İslam və müsəlmanlıq isə Allah’ın Quranda bildirdiyi, Peyğəmbərimizin (s.ə.v) təfsir etdiyi İslamdır. Ona görə, şəfqət və sevgi dolu olan, həmçinin elm və incəsənətə önəm verən, təmizliyə, nəzakətə dəyər verən İslam anlayışının ideal olduğunu ictimaiyyətə çatdırmaq çox vacibdir.

İnsanların əsl İslam əxlaqını tanıması İslam əxlaqının yer üzünə yayılmasına səbəb olacaq

Xurafat üzündən bəzi insanlar İslam əxlaqının cəmiyyətə gətirəcəyi gözəlliyin fərqinə varmırlar. Halbuki, bu yanlış düşüncə tərzinin əksinə, uca Rəbbimizin Quranda bildirdiyi əxlaq təzyiq və məcburiyyətdən  uzaq olan, sevgi, hörmət, anlayış və ədalətə əsaslanan üstün əxlaqdır. Bu üstün xüsusiyyətlərlə yaşamaq, Allah’ın iznilə, yaxın gələcəkdə azadlığın, dostluğun və sülhün dünyaya hakim olmasına, insanların iman sevinci ilə yaşamasına vəsilə olacaq.

Ayələrin işarə etdiyinə görə və Peyğəmbərimizin (s.ə.v) hədislərinə və böyük İslam alimlərinin sözlərinə əsasən, yaşadığımız dövr axırzamandır. Axırzamanın əziyyət, sıxıntı və çətinlik dolu günləri hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) vasitəsilə bu əsrdə sona çatacaq və dünya tamamilə yeni dövrə qədəm qoyacaq. Allah’ın varlığını və birliyini ən gözəl və hikmətli şəkildə təbliğ etmək və insanlara Qurandakı və əsri-səadət dövründəki İslamı tanıtmaq yaxın gələcəkdə qovuşacağımız aydın günlər üçün zəmin hazırlayır. Allah’dan bu məqaləni gözəlliklərə vəsilə etməsini və insanların Allah’ın dininə dəstə-dəstə girdiklərini görəcəyimiz günlərin tezliklə çatmasını diləyirik. Nurun yeganə sahibi olan Allah’ın bu müjdəsi Quranda belə xəbər verilir:

Allah’ın köməyi və zəfər gəldiyi zaman; insanların dəstə-dəstə Allah’ın dininə daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma