Zəlzələyə Qarşı Həşərat Qanadı


123RC2OUİrlandiyada aparılan tədqiqatda məlum olub ki, binalar həşəratların qanad sistemi nümunə götürülərək dizayn edilərsə, zəlzələyə qarşı daha davamlı olar.

İrlandiyadakı Triniti Kollec Universitetindən tədqiqatçılar çəyirtkələr də daxil olmaqla, müxtəlif həşəratların qanadlarını tədqiq ediblər.

Tədqiqatın nəticələrinə əsasən, çox kövrək görünən həşərat qanadları, əslində, çox davamlıdır. Tədqiqat saniyədə 2000 dəfə qanad çalan milçəklərin də qanadlarının davamlı olduğunu göstərib.

Saç telindən təqribən 10 dəfə incə qanadları olan çəyirtkələrin günlərlə uçaraq, okeanları və səhraları keçərək uzun köç etdiklərinə diqqət çəkən tədqiqatçılar çəyirtkələrin bu köç zamanı təxminən yüz minlərlə dəfə qanad çırpdıqlarını göstərib.

Tədqiqatın nəticələri dəyərləndirərək təbiətdəki canlıları tədqiq etməklə dövrümüzdəki mühəndislik problemlərinə mükəmməl həll yolları tapmaq irəli sürülüb.

Zəlzələyə davamlı bina

Təkcə çəyirtkənin qanadlarındakı sistem təqlid edilərək yüngül materialla davamlı tikililər inşa etməyin mümkün olduğunu bildirən tədqiqatçılar bu yolla zəlzələyə davamlı hündür binalar  tikməyin mümkün olacağını bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma