Rudiment Orqanlar Xətası

imagesTəkamülçü ədəbiyyatda uzun müddət yer alan, amma əsassızlığı məlum olduqdan sonra səssiz-sədasız bir kənara qoyulan iddialardan biri də “rudiment orqanlar” anlayışıdır. Ancaq bəzi yerli təkamülçülər rudiment orqanları hələ də təkamülün böyük dəlili hesab edir və elə göstərməyə çalışırlar.

Rudiment orqanlar iddiası bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya əsasən, canlıların orqanizmlərində əcdadlarından onlara miras qalmış, ancaq istifadə edilmədiyi üçün zaman ərzində funksiyasını itirmiş orqanlar mövcuddur. Oxumağa davam et

Maddə Ruhun İzahıdır

imagesMusiqi dinləyərkən ritmdən zövq alan, yemək yeyərkən dadından ləzzət alan və ya almayan, qarşısındakı insanı sevən, şəfqət göstərən, öz mənliyini araşdıran, beynini laboratoriyada tədqiq edən, kəşflər edən, problemləri həll edən, uğurlarına görə sevinən, qərar verən, musiqi bəstələyən, kitab yazan varlıq, görəsən, şüursuz təsadüflər nəticəsində meydana gələ bilərmi?

Görəsən, hansı təsadüfi kimyəvi reaksiya insana gözəl davranmağı, incə düşüncəli olmağı, fədakarlıq etməyi öyrədə bilər?

Görəsən, hansı təsadüfi hadisə nəticəsində insan öyrənmə, hafizəsində saxlama, qarşısındakını tərbiyə etmə, dövlətləri idarə etmə qabiliyyəti qazanmışdır? Oxumağa davam et

İnsan Möcüzəsi: Bədənimizdəki Suyun Miqdarı Necə Tənzimlənir?

İçerik

Bədənimizdəki su miqdarının biz yatarkən belə müəyyən tarazlıqda saxlanılması nə üçün vacibdir?

Su ölçən xüsusi reseptorların təhlükəli vəziyyətdə ifraz etdiyi ADH hormonu su tarazlığını necə təmin edir?

Su insan orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Çünki insan bədənindəki suyun 10%-i itirilsə, insan üçün həyati təhlükə baş verər. Bu təhlükə ilə üzləşməmək üçün:

Hər gün yediyimiz yemək və qəbul etdiyimiz maye ilə neçə litr su qəbul etdiyimiz,

Bu suyun nə qədərini orqanizmimizdən xaric etdiyimiz,

Qanımızda nə qədər su olduğu,

Toxumalarımızdakı su miqdarı gün ərzində hər saniyə yoxlanılmalıdır. Oxumağa davam et

İnsan Bədəni Mütənasib Şəkildə Necə Böyüyür?

images

Minlərlə kimyəvi və fiziki hadisə bədəninizin dərinliklərində insanın məlumatı və iradəsi xaricində reallaşır. Məsələn, insan boyunun uzunluğu, orqanlarının böyüklüyü ilə bağlı qərar verə bilməz. Bunları hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu yerinə yetirir. Böyümə prosesi iki fərqli şəkildə reallaşır. Bəzi hüceyrələr həcmlərini artırırlar, bəzi hüceyrələr də bölünərək çoxalırlar. Böyümə hormonu bütün bədən hüceyrələrinə təsir edir. Hər hüceyrə hipofiz vəzindən özünə gələn mesajın mənasını bilir. Əgər böyüməsi lazımdırsa, böyüyür, bölünərək çoxalması lazımdırsa, çoxalır. Məsələn, yeni anadan olmuş körpənin ürəyi yetkin insanın ürəyinin təxminən 16-da biri (1/16) qədərdir. Buna baxmayaraq, bütün hüceyrələrin sayı yetkin insanın ürəyindəkilərlə eynidir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə tək-tək təsir edir. Oxumağa davam et

Hüceyrələrin Müxtəlif Orqanlara Çevrilməsi Dünyadakı Ən Böyük Möcüzələrdən Biridir

imagesAna və atadan gələn xromosomlar ana bətnində yeni mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür.

Hüceyrələrin proqramlanmış şəkildə müxtəlif zülallar hasil edib fərqli orqanlara çevrilməsinə tibbi dildə “müxtəlifləşmə” və ya “morfogenez” deyilir. Hüceyrələr bu bölünmə mərhələsində çox dəqiqliklə və müştərək işləyirlər. Bəs bu qədər mükəmməl nizam və mütəşəkkillik necə baş verir? İsrailli biofizik dr. Li Spetner də buradakı möcüzəvi yaradılışa belə diqqət çəkir: Oxumağa davam et

Dəniz Dibində Yaşayan “Elektrik Naqili”

İçerikElm adamları üç il əvvəl dənizin dibində kəşf edilmiş, ancaq səbəbi aşkar edilməmiş elektrik axınlarının mənbəyini tapıblar. Beynəlxalq tədqiqat qrupu dəniz dibində elektrik naqilləri kimi işləyən bakteriyaları kəşf ediblər.

Danimarka və ABŞ-dan elm adamları biomühəndislik sahəsində çox mühüm kəşfə imza atıblar. Tədqiqatçılar dəniz dibində kəşf edilmiş yeni bakteriya növünün elektrik axını hasil etdiyini müəyyən ediblər. Sözügedən bakteriyanın çox kiçik hissəsində cərəyan ötürən naqiləbənzər çıxıntıları olduğu məlum olub.

Elm adamları elektrikli bakteriyanın üzvi elektronika sahəsində yeniliyə səbəb olacağını, hətta insan bədəninə nəql edilən protezlərin təkmilləşdirilməsinə imkan verəcəyini bildiriblər. Oxumağa davam et