Həqiqi sevgi ancaq hörmətlə yaşana bilər

baris_cocuklarSevgi hər bir insanın istədiyi Allah’ın çox böyük nemətidir. Əxlaqından, şəxsiyyətindən, inancından, mədəniyyətindən, həyat tərzindən asılı olmayaraq, bütün insanlar ətrafındakı insanlarda sevgini axtarırlar.

Ancaq sevgini dəyərli görən insanların çox az qismi bilir ki, hörmət də sevgi qədər əhəmiyyətlidir.

Sevgi nə qədər gözəl nemət olsa da, hörmət olmadan bu hiss tam mənada və daim yaşana bilməz. Bir insana duyulan sevginin həqiqi sevgi olması üçün bu insana hörmət etmək vacibdir.

İnsan həyatda çox şeyi sevə bilər. Pişiklərə, itlərə, çiçəklərə, yeməklərə, evlərə, maşınlara və bir çox şeyə qarşı coşğun sevgi bəsləyə bilər. Oxumağa davam et

Uca Allahın rəng sənətinin ən gözəl təcəllilərindən biri: qızılqazlar

imagesQızılqazların çəhrayı rəngi nədən qaynaqlanır?

Töküldükdə belə tüklər rəngini necə qoruyur?

Bəzi qızılqazların daha parlaq rəngdə olmasının səbəbi nədir?

Parlaq rəngləri ilə diqqət çəkən qızılqazlar uca Allah’ın rəng sənətinin ən gözəl nümunələrindən biridir. Bu quşlardakı zəngin rəng müxtəlifliyi tüklərinin içində yerləşən, tük əmələ gəlməyə başladıqda toplanan piqmentlərdən və ya tüklərin quruluşu ilə əlaqədar işıq hərəkətlərindən asılı olaraq meydana gəlir. Bu rəngarəng tüklərin ən əsas xüsusiyyətlərindən biri cansız olmalarıdır.

Bir tükün cansız olması qopan tükün rəngini qorumasının əsl səbəbidir. Oxumağa davam et

Ən ağıllı vicdan Türk-İslam birliyini istəyən mehdiyyət vicdanidir

imagesQuranın “Həqiqətən, insan çox həris və tamahkar yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar…” (Məaric surəsi, 19-20) ayələrində insanın nəfsindəki eqoist əxlaqa diqqət çəkilmişdir. Hər insan nəfsinə çətin gələn vəziyyətlə qarşılaşdıqda, sıxıntıya düşdükdə özünü xilas etmək üçün çox ciddi səy göstərir.  Ancaq nəfsindəki eqoistliyə görə, bir çox insan özünə zərəri olmayan, özünü narahat etməyən hallarda başqalarının düşdüyü çətin vəziyyətlə maraqlanmır. Öz canının dərdinə düşdükdə göstərdiyi kimi başqaları üçün səy göstərmir.

Əsl müsəlman əxlaqına isə belə davranış xas deyil. Səmimi iman gətirən insan dünyanın uzaq yerində olsa da, başqa müsəlmanın düşdüyü çətinliyi, sıxıntını öz problemi kimi görər. Oxumağa davam et

Tanrı zərrəciyini kəşf etdik

imagesİsveçrədə həyata keçirilən CERN fizika tədqiqat mərkəzi kainatın əmələ gəlməsi haqqındakı ən böyük sirlərdən biri qəbul edilən subatom zərrəcik “Hiqs bozonu”nun qəti müəyyən edildiyini bildirib.

CERN Nəhəng Nüvə Toqquşdurucu qurğuda (LHC) keçirilən təcrübələrdə “Tanrı zərrəciyi” adlandırılan Hiqs bozonunun tapıldığını açıqlayıb.

CERN layihəsinin baş direktoru Rolf Heyer 4 iyun 2012-ci ildə təşkil olunan konfransda verdiyi tarixi açıqlamada “yeni subatom zərrəcik kəşf etdiklərini” bildirmişdi. Ancaq bu yeni zərrəciyin Hiqs bozonu olub-olmadığına dair qəti nəticə əldə edilməmişdi. Oxumağa davam et

Robot əl gələcəkdə insanlara kömək edə biləcəkmi?

imagesParisdə yerləşən Pier və Mariya Küri Universitetində aparılan bir Avropa Birliyi layihəsinin hədəfi ağıllı robot əl icad etməkdir. Avropa Birliyi ölkəsinin robot mütəxəssislərindən ibarət tədqiqat qrupu insan kimi düşünən və hərəkət edən robot əl icad etmək üçün işə başlayıb.

Layihənin koordinatoru, robot mütəxəssisi Veronik Perdero robot əl icad etməyin çətinliyinə diqqət çəkir: “Süni əl düzəltmək çox çətindir. Çünki insan əlinin xeyli mürəkkəb hərəkətlərini yenidən dizayn etmək lazım gəlir”.

İnsanın müxtəlif cisimləri tutmaq üçün barmaqlarını təbii şəkildə düzgün yerləşdirməsi kifayətdir. Oxumağa davam et

Texnologiyanın yeni məhsulu: sürücüsüz avtomobil

imagesBir çox tədqiqatçı uzun müddətdir elmi-fantastik filmlərin fantaziyası olan sürücüsüz avtomobil fikrini reallaşdırıb insanların istifadəsinə vermək üçün çalışırdı. Oksford Universitetinin elm adamlarından ibarət tədqiqat qrupu yeni robot avtomobil düzəldiblər.

Avtomobilin əsas xüsusiyyəti iPad tərəfindən idarə edilməsidir.

Avtomobil avto-pilota birləşdirilmiş təyyarə kimi tıxaclı yolda idarəetməni sürücüdən alır.

Sistem avtomobilin önündəki iPad vasitəsilə aktivləşdirilir. Oxumağa davam et

Dəniz suyunun ekosistemə təsiri

imagesDəniz suyunun duzluluğu necə meydana gəlmişdir?

Dəniz suyunun duzluluq faizi nə üçün dəyişmir?

Okeanlarda yaşayan planktonlar dünyanın temperaturuna necə təsir edir?

Dəniz suyunun duzlu olduğu hamıya məlumdur. Dəniz suyunun duzluluğu çox həssas ölçüdədir. Aparılan tədqiqatlarla dəniz suyunun orta duzluluq dərəcəsinin 3.5% olduğu və bu faizin sabit qaldığı müəyyən edilmişdir. Bu, 1 mil (1.6 km) suda təqribən 186 milyon ton duz olması deməkdir. Məsələn, okeanlardakı bu qədər duz ilə qitələri 152300 metr qalınlığında duz təbəqəsi ilə tamamilə örtmək mümkündür. Oxumağa davam et

Blez Paskal (1623-1662)

Qə­dim yu­imagesnan alim­lə­rin­dən son­ra hən­də­sə­də xey­li irə­li­lə­yiş əl­də et­miş gör­kəm­li tə­bi­ət­şü­nas alim Blez Pas­kal ar­tıq çox gənc yaş­la­rın­da bir çox kəşf­lə­rin mü­əl­li­fi idi. Onun di­gər fəa­liy­yə­ti də uğur­lu idi. Blez Pas­kal ri­ya­ziy­yat sa­hə­sin­də çox­say­lı iş­lə­ri ilə ya­na­şı, fi­zi­ka­da da az iş gör­mə­di. Mə­sə­lən, o, at­mos­fe­ri təd­qiq edə­rək və ma­ye­lə­rin me­xa­ni­ka­sı ilə məş­ğul ola­raq at­mos­fer­də­ki təz­yi­qin hün­dür­lü­yün art­ma­sı­na mü­tə­na­sib ola­raq də­yiş­di­yi­ni kəşf et­di. Elm ta­ri­xin­də va­cib yer tu­tan Blez Pas­kal din­dar in­san idi. Blez Pas­ka­lın “Allah hər şe­yin ya­ra­dı­cı­sı­dır: ri­ya­ziy­yat­dan tut­muş ele­ment­lə­rin qay­da­sı­na qə­dər” söz­lə­rin­də onun Allah`ın son­suz qüd­rə­ti qar­şı­sın­da­kı hey­rə­ti ifa­də olun­muş­dur.

Fosillər

imagesAKASİYA AĞACI ÇİÇƏYİ

Dövr: Oliqosen

Yaşı: 25 milyon il

Bölgə: Dominikan Respublikası

Bitkilərin hər birinin öz növünə aid xüsusiyyətləri var. Rəngləri, dadları, quruluşları, çoxalma formaları bir-birindən fərqlənir. Yarpaqlar dünyanın hər yerində fotosintez etmək üçün mexanizmlərə malikdir. Bənzərsiz daşıma sistemləri dünyanın hər yerindəki bitkilərdə var. Bu kompleks, reduksiya edilməz mexanizmlərin təkamülçülərin iddia etdiyi kimi təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Oxumağa davam et

“Ara keçid fosil tapıldı” iddiası saxtakarlıqdır

İçerik

Darvin dövründə ara keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək heç bir ara keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların gələcəkdə tapılacağına inanırdı. “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” fəslində mövzu ilə bağlı bunları yazmışdı:

Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik…. Oxumağa davam et

Beyinin insan davranışlarını istiqamətləndirən hissəsi: beyinin ön payı

Bir inİçeriksan hərəkətlərini istiqamətləndirən qərarlar verərkən, bunu bir robot kimi məntiq qaydalarına əsasən etməz. Vicdanını dinləyər, hisslərini də buna əlavə edər. Elmi araşdırmalar beyinin ön payında mövcud olan “ventromedial prefrontal korteks” adlı hissənin bu qərarları verməsində əsas rol oynadığını müəyyənləşdirmişdir.

• Bəs beyinin bu hissəsinin olmaması insanı hansı mənfi davranışlara sürükləyə bilər?

• Uca Allah Quran ayələrində beyinin bu hissəsi ilə əlaqədar nələrə diqqət çəkmişdir? Oxumağa davam et

Kenquru balalarına xüsusi qayğı

İçerikYeni doğulmuş kenquru balası lobya dənəsi boyda olur, ayaqları hələ yeni inkişaf etməyə başlayır. Kenquru balaları doğulduqda kor olurlar. Çünki kenquru balaları ana bətnində inkişaflarını tamamlamadan dünyaya gəlirlər. Buna görə, balalar üçün analarının bədənində hazırlanmış tüklü kisə çox mühüm qorunma yeridir. Bu kisə bala böyüdükcə genişlənir. Kisənin girişində balanın düşməsinin qarşısını alan xüsusi əzələlər var. Bu əzələlər ana kenquru suya girdikdə də suyun içəriyə dolmasının qarşısını alır.

(Creation, vol.20, n.3, June-August 1998, səh. 29) Oxumağa davam et