Dua sıxıntı və zərərə yol açan hadisələrə qarşı sədd çəkir


imagesMöminlərlə zəif imanlı insanların duaları arasındakı fərq nədir?

İnsan dua edərkən nəyə diqqət etməlidir?

“Birdən olsa” məntiqi ilə dua etmək nə üçün böyük qəflətdir?

Bəzi insanlar vərdiş kimi, xüsusilə də çətin vəziyyətlərdə dərhal Allah’a dua edirlər. Ancaq bu insanların duası möminlərin duasından çox fərqlidir. Çünki bu insanlar ancaq çətinlik anlarında Allah’a möhtac olduqlarını xatırlayır və o an sıxıntıdan xilas olmaq üçün uca Allah’a üz tutaraq dua edirlər. Halbuki, insanın həyatında Allah’a möhtac olmadığı bircə an da yoxdur. İman zəifliyi olan insanlarla möminlərin dualarındakı fərq burada üzə çıxır.

Möminlər həmişə və hər vəziyyətdə Allah’a üz tuturlar. Dua etmək üçün özlərinə sıxıntı gəlməsini gözləmirlər. Allah’a hər an yaxınlaşmağa ehtiyac duyurlar. Ancaq zəif imanlı insanların xarakterlərinin ən əsas xüsusiyyəti Allah’a qarşı çox nankor və ikiüzlü olmalarıdır. Özləri sıxıntıda ikən hər şeyi bir kənara qoyaraq Allah’a dua edir, sıxıntıları keçdikdə sanki dua edən onlar deyilmiş kimi (Allah’ı tənzih edirik) Allah’ı unudurlar. Çünki hadisələrin böyük əksəriyyətinin Allah’dan başqa varlıqların idarəsi altında baş verdiyini düşünürlər. Bu insanlar dünyadakı hər şeyin Allah’ın iradəsi ilə baş verdiyini bilmirlər. Dayaz düşüncələrinə görə, baş verməsini istədikləri hər şeyi onsuz da Allah`ın idarə etdiyini düşünmürlər. Məsələn, bir xəstəliyə tutulduqda onları sağaldanın həkim, dərman və ya xəstəxananın qabaqcıl texnoloji imkanları olduğunu zənn edirlər. Hər xəstəliyə şəfa verənin, lazımi dərmanı, həkimi yaradanın Allah olduğunu düşünmürlər. Çox güvəndikləri həkimlər, dərmanlar kömək etmədikdə, həmin ana qədər çox az düşündükləri, bəlkə də heç düşünmədikləri Allah’a sığınmaq fikrinə yönəlirlər. Halbuki, şəfa verən ancaq Allah’dır. Belə insanlar bunu qavramırlar və nankorluq edirlər. Bu nankorluqları bir ayədə belə xəbər verilir:

 İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi. (Yunis surəsi, 12)

 Hər insanın çətin anlarda Allah’ı xatırlaması o deməkdir ki, əslində, hər kəs sığınacağı yeganə varlığın Allah olduğunu bilir. Daha əvvəl nəfsinin mənfəətinə zidd olduğuna görə etinasız yanaşdığı bu həqiqət böyük sıxıntı ilə qarşılaşdıqda dərhal xatırlanır.

 Dua Allah’a yaxınlaşmağın ən asan yoludur

İnsan dua edərkən Allah’ın isimlərini düşünməlidir. O, insana şah damarından daha yaxın olan, hər şeyi bilən və eşidəndir. İnsanın içindən keçirdiyi bircə düşüncə də Allah’a gizli qalmır. Elə isə Allah’dan bir şey istəmək üçün insanın sadəcə səmimi şəkildə düşünməsi belə kifayətdir. Allah’a yaxınlaşmaq bu qədər asandır.

“Furqan” surəsinin 77-ci ayəsində insanlar “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” ifadəsi ilə xəbərdar edilirlər. Duasız həyatın Allah qatında hər hansı dəyərinin olmadığı bu ayədə xüsusi vurğulanmışdır. Çünki dua uca Rəbbimizin qarşısında çox aciz olan insanın Ona üz tutması, səhvlərini etiraf etməsi və ancaq Ondan yardım istəməsi, Onun varlığını və gücünün böyüklüyünü hiss etməsi və gündəlik həyatının hər anında bu şüurla hərəkət etməsi üçün çox mühüm səbəbdir.

Bazarda, küçədə, avtomobilin içində, məktəbdə, iş yerində, qısaca desək, hər məkanda və hər zaman dua edilə bilməsi, dua etmək üçün müəyyən məhdudiyyət qoyulmaması Allah’la əlaqənin fasiləsiz davam etməsini təmin edir. Belə ki, Allah ilə yaxın əlaqə quraraq səmimi dua ilə günə başlayan möminin gün ərzində Allah’ın rizasını unutma və ya Allah’ın hədlərinə etinasız yanaşma ehtimalı, Allah’ın izni ilə, aradan qalxır. Günə dua ilə başlayan insan gün ərzində Allah’ın ona nəzarət etdiyini dərk edərək hərəkət edər. Gecə duası isə gün ərzində dünyəvi məşğuliyyətlərlə vaxt keçirən insanın öz-özünü vicdanən haqq-hesaba çəkməsinə səbəb olur, insanın gün ərzində başına gələn və zahirən mənfi görünən hadisələri daha hikmətli, təvəkküllü və şüurlu dəyərləndirməsini təmin edir. Bu düşüncə tərzi gün ərzində edilən səhvlərin gözdən keçirilməsinə və tövbə edilməsinə, Allah’dan bağışlanma istənməsinə və gündəlik məşğuliyyətlərin insana mənfi təsirinin qarşısının alınmasına səbəb olur.

İnsanın ancaq çətinliklərlə qarşılaşdıqda dua etməsi qeyri-səmimi davranışdır, çünki Allah’a hər an könüldən yaxın olmaq vacibdir. İnsanın gün ərzində ağlına gəldikcə tez-tez yaxın və səmimi şəkildə Allah’a dua etməsi Allah’ın razı olduğu gözəl davranışdır. Unutmaq olmaz ki, Özündən başqa heç bir sığınacaq olmayan yeganə uca varlıq aləmlərin Rəbbi olan Allah’dır.

 İnsanların başına çətinlik, sıxıntı və müsibətlər ancaq Allah’ın izni və yaratması ilə gəlir

 İnsanların başına zəlzələ, yanğın, sel kimi təbii fəlakətlərlə yanaşı, qəza, xəstəlik kimi zahirən zərərli və sıxıntı kimi görünən hadisələr də gələ bilər. Ancaq bütün bu hadisələr Allah’ın izni və yaratması ilə baş verir. Allah bəla və müsibətlə bağlı Ona dua edən qullarını qoruyur. Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə buyurur: “Bir şey istədikdə Allah’dan istə. Kömək istədikdə, Allah’dan istə. Çünki qullar Allah’ın yazmadığı şey üçün sənə fayda vermək üçün birləşsələr, bu faydanı verməyə qadir olmazlar. Allah’ın yazmadığı zərəri sənə vermək üçün birləşsələr, buna da qadir olmazlar.” (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Yayınları, Ankara, 1992, s. 314)

Hədisdə bildirildiyi kimi, insanlar başlarına gələn sıxıntı və şər kimi görünən hadisələri dua ilə aradan qaldıra bilərlər. Çünki Allah’ın Hafiz (qoruyan, nəzarət edən, mühafizə edən) ismi var. Bu ismə sığınaraq dua etmək insanın qorunmasına vəsilə olan mühüm ibadətdir. Ancaq insan əsla Allah’ın yaratdığı qədəri mühakimə etmə və tənqid etmə haqqına sahib deyil. Tam təslimiyyətlə iman gətirmiş insan üçün Allah’dan gələn şər kimi görünən hadisədə də mütləq xeyir vardır. Əslində, bu, insanın bir malı sığorta etdirdikdə o mala zərər gəlməsinin qarşısını almadığı halda, sığorta etdirməsinə bənzəyir. Eynilə bu nümunədə olduğu kimi, əgər insanın qədərində varsa, başına bəla və müsibətlər gələ bilər. Ancaq insan bunun Allah’ın yaratdığı bir sirr olduğunu bilərək Allah’a təslim olub Ona yalvara-yalvara dua etməli və Allah’ın bu gözəl isminə sığınaraq onu müsibətlərdən qorumasını uca Rəbbimiz Allah’dan diləməlidir. Çünki Allah duaya cavab verdiyini bir ayəsində belə bildirmişdir:

 Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)

 Peyğəmbərimiz (s.ə.v) Allah’a dua etməyin əhəmiyyətini bildirmişdir.

Hər məsələdə olduğu kimi, dua etmək məsələsində də ən gözəl nümunə Peyğəmbərimizdir (s.ə.v). Rəvayətlərdə Allah’ın bütün aləmlərə rəhmət kimi göndərdiyi Peyğəmbərimizin (s.ə.v) Rəbbimizə olan səmimiliyini, gözəl əxlaqını, təslimiyyətini və imanının dərinliyini göstərən duaları bildirilir.

Bunlardan bəziləri belədir:

Əbu Musa əl-Əşari belə rəvayət edir: “Peyğəmbər (s.ə.v) belə dua edərdi: “Ey Rəbbim! Mənim günahımı, bilgisizliyimi, hər işimdə israfımı və məndən daha yaxşı bildiyin qüsurlarımı bağışla! Ya Allah! Mənim xətalarımı, qəsdən və ya bilmədən etdiklərimi, zarafatlarımı bağışla! Bunların hamısı məndə var. Ya Allah! Əvvəldən etdiyim, sonradan edəcəyim, gizlətdiyim və aşkar etdiyim bütün günahlarımı Sən bağışla! Önə keçirən ancaq Sənsən, sonraya saxlayan da ancaq Sənsən. Sən hər şeyə qadirsən!” (Sahih-i Buhari ve Tercümesi, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987, Cilt 14 s. 6336)

 “Birdən olsa” məntiqi ilə dua etmək böyük qəflətdir

 Bəzi insanlar da Allah’a iman gətirir və gün ərzində Allah’ın bu isimlərinin təcəllilərini həyatlarında açıq-aşkar görürlər. Allah’ın nə qədər böyük lütf sahibi olduğunu, iman gətirənlərə nə qədər gözəl həyat bəxş etdiyini, hər insana nə qədər çox nemət və ruzi verdiyini çox yaxşı dərk edirlər. Ancaq yenə də dua edərkən bəzən bu həqiqətlər barədə qəflətə düşür, Allah’ın dualarına mütləq qarşılıq verəcəyinə tam inanmırlar. Hadisələri Allah’ın sonsuz gücünə görə deyil, dünyadakı şərtlərə, hadisələrin gedişatına, səbəblərə baxaraq dəyərləndirirlər. Öz ağılları ilə həyat və baş verən hadisələr haqqında fikir irəli sürür, nəticə çıxarırlar. Məsələn, “2+2” mütləq 4 edir, bu iki rəqəmin cəmindən başqa nəticə çıxarmağın qətiyyən mümkün olmadığı diaqnozunu qoyurlar. Bu inanclarını isə dualarında da əks etdirirlər. Allah’dan bir şey istədikdə, əslində, dünyada bunun baş verməsinin qeyri-mümkün olduğuna qəti inanırlar (Allah’ı tənzih edirik). Bu yanlış inanclı insanlar Allah’a “birdən olsa” məntiqi ilə dua edirlər. “Mən bu hadisələrin necə olacağını bilirəm, nəticə mütləq belə olacaq, ancaq mən yenə də bəlkə əksi olar deyə dua edim” fikri ilə Allah’a yönəlirlər. Bu düşüncələri ilə, əslində, öz çıxardıqları nəticələrinin reallaşması üçün dua etdiklərini anlamırlar. Çünki belə bir insanın inandığı və dəstəklədiyi fikir, əslində, öz çıxardığı nəticələrdir. İstədiyi şeylərin həyata keçməsi üçün isə bunun tam əksini etməlidir: Allah’a tam güvənərək və Allah’ın istədiyi hər şeyi yaratmağa qadir olduğuna çox inanaraq dua etmək…

Səmimi imanın və səmimi duanın ən əsas şərtlərindən biri insanın özünə aid dünya həyatının görünən üzünə aldanaraq çıxardığı nəticələri ağlından çıxarmasıdır. Allah’ın sonsuz, özünün isə çox məhdud və səthi ağlı olduğunu bilməlidir. Allah’ın istədiyini yaratmaq üçün sonsuz gücə malik olduğunu və öz acizliyini görməlidir. Hadisələrin kənardan görünən tərəfi ilə ardında gizlənən həqiqətlərin eyni olmadığını və bunları ancaq Allah’ın bildiyini qavramalıdır. Səbəblərə baxaraq çıxardığı nəticələrin əksər hallarda aldadıcı ola biləcəyini, Allah’ın gücünün bütün bunlardan üstün olduğunu anlamalıdır. Bir insan qəlbində Allah’a dərin sevgi, təvəkkül və təslimiyyət hiss edirsə, Allah’ın bu insan üçün hər hadisəni ən gözəl, ən xeyirli şəkildə nəticələndirəcəyini unutmamalıdır.

Allah’ın sıxıntı və ehtiyac içində olan səmimi qulunu mütləq rəhməti ilə əhatə etdiyinə əmin olmalıdır.

Dua onsuz da qədərimizdə olana doğru bizi istiqamətləndirir. Qədərimizi təqdir edən də, bizə duanı etdirən də Allah’dır. İmam Rəbbani bu mövzuda belə deyir:

“Bir şeyi istəmək ona nail olmaq (onu əldə etmək) deməkdir, çünki Allah-Taala qəbul etməyəcəyi duanı quluna etdirməz”. (İmam Rəbbani)

Dua sıxıntı və zərərə yol açan hadisələrə qarşı sədd çəkir” üzərinə 2 şərh

  1. BEZI INSALAR VAR KI/ALLAHI CETINLIYE DUSEN DE AXTARIRLAR OZLERI SIXINTIDA IKEN HER SEYI BIR KENARA QOYARAQ \ALLAHA\ DUA EDIR SIXINTILARII KECDIKDEN SONRA SAN KI DUA EDEN ONLAR DEYIL,IS KIMI \ALLAHI\TENZIL EDIRLER \ALLAH\ BIZDEN DUA GOZLEYIR ELE INSANLAR DA VAR KI OMRUNDE BIR DEFE DE OLSUN \ALLAHIMIZA \SUKUR,DUA ETMEYIBLER VE HEC VAXT \ALLAHIN\ DEVETINE CAGIRISINA BELE GETMEYIBLER GELIN \ALLAHIMIZA\ SUKUR EDEK CUNKI O, HEC VAXT DARDA QOYMUR BIZIM YAXSILIGIMIZIN USTUNU ACIB PISLERIMIZIN USTUNUN BAGLAYAN \ALLAHIM\ YASADIGIN HER GUN UCUN \ALLAHA\ DUA ETMEYI UNUTMA NECE KI \ALLAH\ HER SEHER SENII YUXUDAN OYATMAGI UNUTMUR

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma