Elm Xəbərləri


imagesDNT-NİN İÇİNDƏ MİLYONLARLA CD SAXLANACAQ

İngilis elm adamları rəqəmsal məlumatı DNT-nin içində saxlamağın mümkün olduğunu açıqlayıblar.

İngilis elm adamları milyonlarla CD-lik məlumatı əsrlərlə təhlükəsiz saxlamaq üçün DNT-nin içinə yerləşdirəcəklərini deyiblər.

Elm adamları bunu təsdiqləmək üçün bir sınaq şüşəsinin içində çətinliklə görünən DNT hissəsinə 154 Şekspir sonatası, bir fotoşəkil, bir elmi tezis və Martin Lüter Kinqin məşhur “Bir xəyalım var” adlı nitqindən 26 saniyəlik səsyazısını yerləşdirib.

Bu əməliyyat üçün rəqəmsal informasiyanın 1 və 0 rəqəmlərindən ibarət ikili şifri DNT şifrinin 4 hərfli əlifbasına çeviriblər. Bu şifrdən sintetik DNT-nin əsaslarını düzəltmək üçün istifadə edilib. Cihazlar DNT molekullarını oxuyub və şifrlənmiş məlumatı toplayıb.

İki həftə davam edən bu oxuma prosesinin nəticələri “Nature” jurnalının internet səhifəsində dərc olunub. Tədqiqatı dərc etdirən İngiltərədəki Avropa Bioinformasiya İnstitutundan Evan Bimey texnologiyanın inkişafı ilə bu prosesin tezləşəcəyini bildirib.

 Soyuq və qaranlıq yerdə saxlanmalıdır

 Tədqiqatçılar DNT-nin külli miqdarda məlumatı, üzərində tez-tez düzəlişlər etməmək şərti ilə, uzun müddət saxlamaq üçün əlverişli olduğunu bildiriblər. Lakin qeyd ediblər ki, içinə məlumat yerləşdirilmiş DNT soyuq, quru, qaranlıq yerdə saxlanılmalıdır.

Tədqiqatın digər üzvü Nik Qoldman da bu texnologiyanın yaxın gələcəkdə milli tarixi mənbələr kimi əsrlərlə saxlanmalı böyük arxivlər üçün faydalı olacağını, on il ərzində istifadəçilərin nəvələrinə göstərəcəyi toy fotoşəkilləri və ya videoları kimi təqribən 50 illik məlumatı saxlamaq üçün əlverişli olacağını söyləyib.

Tədqiqatçılar içinə məlumat yerləşdirilmiş DNT-ni yaşayan bir şeyə çevirmək niyyətləri olmadığını da qeyd ediblər.

Harvard Universitetindən DNT üzrə mütəxəssis Corc Çörç Vikipediyadakı bütün məlumatı barmaq ucu, hal-hazırda disklərdə saxlanan bütün dünyanın məlumatını isə ovuc içi böyüklüyündə yerdə saxlamaq imkanı olacağını bildirib.

QIŞ YUXUSUNDA BUZA DÖNÜR

Şimal qütbündə qış o qədər soyuq keçir ki, bəzi canlılar gecədən fərqi olmayan gündüzlərdə oyanmaq üçün zəhmət çəkmirlər. Bunlardan biri olan tarla sincabı səkkiz aylıq qış yuxusunda bədən temperaturunu ən aşağı səviyyəyə , -3 dərəcəyə salır.

Şimal qütbünün günəşsiz, dondurucu küləklər bürüyən qış aylarında canlılar həyatda qalmaq üçün bioloji xüsusiyyətlərini işə salırlar. Spermophilus parryii adı ilə tanınan tarla sincabı səkkiz aylıq qış yuxusu boyu dünya ilə əlaqəsini kəsir.

Tarla sincabı qış yuxusu zamanı bədən temperaturunu ən aşağı temperatura, -3 dərəcəyə salır. Yay gəldikdə oyanan sincab qısa müddətdə bədən temperaturunu yenidən qaldırır.

“New scientist” internet səhifəsinin verdiyi xəbərə əsasən, tarla sincabının -30 dərəcəyə çatan şaxtaya qarşı göstərdiyi bu qeyri-adi müqavimət ilk dəfə 25 il əvvəl kəşf edilib. ABŞ-nın Alyaska Universitetindən Brayen Barnz kiçik canlıların şaxtalarda necə həyatda qaldığını araşdırmaq üçün tutduğu sincabların qarnına radiosiqnal ötürücü yerləşdirib. Bu sayədə heyvanların qış yuxusuna getmək üçün çala qazmazdan əvvəlki bədən temperaturları ölçülüb.

Buza dönür

 Barnz, tarla sincabı qış yuxusuna getdikdə bədən temperaturunun +36 dərəcədən -3 dərəcəyə düşdüyünü aşkar edib. Sincab qanının donmasının qarşısını almaq üçün su molekullarının buz kristallarına çevrilməsinə səbəb olan bütün molekulları qan dövranı sistemindən təmizləyir. Beləliklə, qan sıfır dərəcədən aşağı temperaturda axıcılıq xüsusiyyətini saxlayır.

Tarla sincabı balıqlar kimi çox aşağı temperaturlu sularda donmanın qarşısını alan zülallara malik olmasa da, Arktika soyuqlarına tab gətirir. Barnz sincabların həddən artıq yavaş maddələr mübadiləsi sayəsində yağ ehtiyatlarından ən əlverişli şəkildə faydalandığını düşünür.

Qış yuxusu sınağı

 Sincabların “həddindən artıq soyuma” yuxusunun hədlərini ölçmək üçün Barnzın həmkarı Melani Rixter şaxtalı külək tunelinə qış yuxusuna getmiş sincabı qoyub. Daha sonra içərinin temperaturu həddindən artıq aşağı salınıb.

Külək tunelindəki temperatur -26 dərəcəyə düşdükdə sincab bədən temperaturunu -4 dərəcəyə salıb. Ancaq bu temperaturda sincab titrəməyə başlayıb və bir müddət sonra oyanıb. Elm adamları buna əsasən, sincabın ən çox -4 dərəcəyə qədər tab gətirdiyinə qərar veriblər.

Rixter tarla sincabının soyuğa qarşı qış yuxusu sınağından əldə etdiyi nəticələri bu ay ABŞ-nın San-Fransisko şəhərində təşkil edilmiş “Müqayisəli biologiya” iclasında təqdim edib. Tədqiqatçılar sincabların səkkiz ay donmuş çalada yatmasının təkcə şaxtadan qaynaqlanmadığını, Şimal qütbünün həmişə qaranlıq keçən qış və işıqlı keçən yay fəsillərində sincabların 24 saatlıq ritmlərini tənzimləməkdə çətinlik çəkdiyini deyib.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma