İslam xəbərləri


imagesMəşhur ateist Allah’ın varlığını qəbul etdi

Allah’ın varlığını inkar edən, kainatın yaranmasını elmi dəlillərə əsaslandıran Hokinq Allah’ın varlığını qəbul etdi.

Yazıları səsə çevirən kompyuterin köməyi ilə danışan və illərdən bəri Allah’ın varlığını inkar edən fikirləri ilə ateistlər arasında məşhur olan fizika alimi Stiven Hokinq 70 yaşına qədəm qoyduğu yaxın günlərdə hamını təəccübləndirən ifadələr işlətdi. Hokinq dedi: “Kainatın yaranması elmi həqiqətə əsaslanır və bu, Allah`ın olmaması demək deyildir”.

İlk dəfə qəbul etdi

“Kanal D”-nin Londondakı nümayəndəsi Aişəgül Əkinçinin müsahibə götürdüyü Hokinq ilk dəfə Allah’ın varlığını qəbul etdi. Müsahibə əsnasında verilən bir suala Hokinqin verdiyi cavab onun öz işçi heyətini də təəccübləndirdi. Hokinq Allah ilə bağlı verilən sualı belə cavablandırdı: “Kainatın yaranması elmi həqiqətə əsaslanır. Lakin bu qətiyyən elmi qaydaları qoyan və onları yaradan Allah`ın olmaması demək deyildir…”

Hokinqin bu fikirlərinin son illərdə təkamül nəzəriyyəsinin səhv olmasının sübut edilməsi və Quranda 1400 il əvvəl qeyd edilən elmi mövzuların doğru çıxması ilə birbaşa əlaqəsinin olduğu bildirilir.

Rus şairləri Puşkin və Lermontov hz. Muhəmmədin (s.ə.v) heyranı idilər

180 rus şairinin İslam və hz. Muhəmməd (s.ə.v) haqqında şeiri var

Rusiya Müftilər Şurasının bu il təşkil etdiyi yeddinci “Aləmlərə rəhmət hz. Muhəmməd” adlı  şeir müsabiqəsində mükafatlar sahiblərinə təqdim edilib.

Müsabiqənin münsiflər heyətinin üzvü, şair Mixail Sinelnikov: “180 rus şairinin İslam və hz. Muhəmməd haqqında şeiri var. Bunlar arasında Rusiyanın məşhur şairləri Aleksandr Puşkin, Mixail Lermontov və İvan Bunin var. Bu şairlərin şeirlərindən hz. Muhəmmədə heyran olduqlarını görürük”, – deyib.

Yarışa yüzdən çox şeir göndərilib, lakin bunların arasından 74-ü ilk mərhələdən keçib. Birinci yerə layiq şeir olmayıb, ikinci yeri isə “Quranın ucsuz-bucaqsız genişliyi” adlı şeiri ilə 12 il əvvəl İslamı qəbul etmiş rus şair Cənnət-Sergey Markus tutub. Gənc şair Rinat Süleymanov da “Qaranlıq günəş” adlı şeiri ilə ikinci yeri tutub. Rus mənşəli şair Valeriy İvanov isə Qədir gecəsinə ithaf etdiyi “Leylətul-Qadr” şeiri ilə üçüncü yerə layiq görülüb.

Rusiya Müftilər Şurasında (RMŞ) təşkil edilmiş mükafatlandırma mərasimində Müftilər Şurasının sədri Ravil Qaynuddin, RMŞ Mədəniyyət və Sosial İşlər üzrə sədr Mustafa Kütükçü, münsiflər heyətinin üzvləri və müsabiqə iştirakçıları iştirak edib.

Mükafatlandırma mərasimində nitq söyləyən RMŞ sədri Qaynuddin hz. Muhəmmədin doğulduğu Rəbiül-əvvəl ayı ərzində Rusiyada yaşayan müsəlmanların xeyriyyə məqsədli fəaliyyətlər təşkil etdiklərini, Peyğəmbərin (s.ə.v) əxlaqından danışdıqlarını bildirib. Müftilik fəaliyyətlər çərçivəsində həbsxanalara baş çəkir, seminar və konfranslar təşkil edir.

Münsiflər heyətinin üzvü, Rusiya Yazıçılar Birliyinin nümayəndəsi şair Mixail Sinelnikov: “Çoxlu sayda şeir gəlib. Şeirlərin quruluşu və keyfiyyətləri fərqli idi. Aralarında qabiliyyətli şairlər tərəfindən qələmə alınmış çox gözəl şeirlər də vardı. Ancaq bizim birinci yer verəcəyimiz şeir, təəssüf ki, yox idi. Ona görə, bu il ikinci yer üçün mükafat verə bildik”, – deyib. Sinelnikov rus şairlərinin də İslam və hz. Muhəmməd haqqında bir çox şeir yazdıqlarını bildirərək: “Rus Şeir Antologiyasında 180 şairin İslam və hz. Muhəmməd haqqında şeiri var. Bu şairlər arasında Rusiyanın məşhur şairləri Aleksandr Puşkin, Mixail Lermontov və İvan Bunin var. Şeirlərindən bu şairlərin hz. Muhəmmədə heyran olduğunu görürük. Mən bu şairlərin İslam və peyğəmbəri haqqında şeirlər yazdıqları anda səmimi qəlbdən inandıqlarını deyə bilərəm. Həmin an tamamilə İslamı mənimsəyərək, bütün gözəlliklərini hiss edərək bu şeirləri yazdıqlarına inanıram”, – deyə fikirlərini ifadə edib.

Hz. Muhəmmədin həyatına baxdıqda heyran qalmamağın qeyri-mümkün olduğunu vurğulayan Sinelnikov: “Məncə, bir insan İslam əxlaqını və hz. Muhəmmədin böyüklüyünü hiss etmirsə və ya görməməzliyə vurursa, bu insanın şeiri anlaması heç mümkün deyil”, – deyib.

BİRLİYİMİZ BİZİ İTTİHADİ-İSLAMA APARACAQ

 9-cu Beynəlxalq Gənclər Görüşünün bəyannaməsi dərc olunub

 İslam Dünyası Vətəndaş Cəmiyyəti Təşkilatları Birliyinin (İDVB) ildə 2 dəfə təşkil etdiyi Beynəlxalq Gənclər Görüşlərinin (BGG) 9-cu görüşü bu il Kiprdə olub. 29 yanvar-3 fevral tarixləri arasında keçirilmiş proqramda 40-dan artıq ölkədən 100-dən çox 18-28 yaşlı gənc və tanınmış insan iştirak edib.

Yaxın Şərq, Cənubi Asiya, Avropa, Asiya, Amerika və Mərkəzi Asiya bölgələrində yaşayan və öz ölkələrindəki vətəndaş cəmiyyəti təşkilatlarında aktiv rol oynayan gənclər 7 gün ərzində Lefkoşa və İstanbulda davam edən proqramda iştirak ediblər.

Hər BGG-də olduğu kimi, 9-cu BGG-də də forum təşkil edilib. Forumun əsas mövzusu isə “İslam dünyasında problemli bölgələr və həll yolu təklifləri” olub. Kipr Yaxın Şərq Universitetində 3 gün ərzində davam edən forumda dünyanın hər tərəfindən gələn müsəlman gənclər öz ölkələrindəki problemlərdən bəhs edərək səslərini digər müsəlman qardaşlarına çatdırıblar. Fikir və təcrübələrini bölüşdükdən sonra problemlərin qısa və uzunmüddətli həlli yolları üçün təkliflər irəli sürülüb.

Somalidən Şərqi Türküstana, Yəməndən ABŞ-a, Rusiyadan Fələstinə qədər müxtəlif coğrafiyalardan gələn və fərqli akademik sahələrə mənsub gənc iştirakçılar ölkələrindəki müsəlmanların iqtisadi, siyasət, təhsil, din və ictimai sahədəki problemlərini İslam dünyasının ortaq ağıl prinsipi ilə həll etməyə çalışıblar. Forum müddətində 5 mütəxəssis spiker, 30 ölkədən 35 gənc spiker və 3 xeyriyyə təşkilatının sədr və sədr müavini təqdimat ediblər. Akademik forumların məqsədi dünyanın müxtəlif yerlərindən gələn gənclərdə İttihadi-İslam şüuru formalaşdırmaqdır. 

ABDULLAH GÜL: İSLAM ÖLKƏLƏRİ ƏLAQƏLƏRİNİ MÖHKƏMLƏNDİRMƏLİDİR

 Türkiyə prezidenti Abdullah Gül İslam ölkələrini aralarındakı iqtisadi və ticarət əlaqələrini daha da gücləndirməyə çağırıb.

Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 12-ci Liderlər Zirvə Toplantısında iştirak edən Abdullah Gül dünyanın ciddi iqtisadi böhran keçirdiyini vurğulayıb və: “İslam aləmi kimi baş verən böhranların iqtisadiyyatımıza mənfi təsirini aradan qaldırmaq, inkişaf yolunda həmrəyliyimizi gücləndirmək üçün iqtisadi və ticarət əlaqələrimizi daha da möhkəmləndirmək əsas öhdəliyimiz olmalıdır”, – deyib.

 

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma