Axirət günündə hesaba çəkilmədən əvvəl nəfsi hesaba çəkməyin əhəmiyyəti


Yer üsehidzündə yaşayan yeddi milyard insanın hər birinin həyat tərzi, mədəniyyəti, anlayışı, hadisələrə baxışı, xarakteri bir-birindən fərqlidir. Milyardlarla insan həyatını davam etdirərkən onların kiçik bir hissəsi əhəmiyyətli bir həqiqətin fərqinə vararaq yaşayır. Bu həqiqət hər kəsin yaşadığı hər şeyin hesabını bir-bir Allah qatında verəcəyidir…

· İnsanın gün ərzində özünə tez-tez nəzarət etməsi, etdikləri üzərində düşünməsi niyə əhəmiyyətlidir?

· İnsan özünü hansı mövzularla hesaba çəkməlidir?

 Milliyyəti, təhsili, maddi vəziyyəti, mövqeyi nə olursa olsun, hər insan zamanı gələndə Allah`ın hüzuruna çıxacaq və bütün dünya həyatından sorğuya çəkiləcək. Allah Quran ayələri ilə insanları hesab gününün varlığı ilə xəbərdar etmiş və onlara hər bir adamın etdiklərinin həssas tərəzilərlə ölçülərək qarşısına çıxarılacağını bildirmişdir:

 Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)

 Allah`ın bir çox ayəsində bildirdiyi kimi, insanların hesab verəcəyi bu gün mütləq reallaşacaq. Allah`ın yolundan sapanlara isə hesab gününü unutmalarına görə şiddətli bir əzabın gələcəyi Quranda xəbər verilmişdir. Bu səbəbdən, insanın uca Allah`ın hüzurunda hesaba çəkilmədən əvvəl, hələ dünyada ikən özünü hesaba çəkməsi ölüm anında yaşayacağı peşmanlıqdan xilas olması üçün həyati əhəmiyyət daşıyır.

 Möminlər pis hesabdan qorxduqlarından özlərini tez-tez hesaba çəkərlər

 Tarixə baxsaq, bir çox insanın bir gün hesaba çəkiləcəyini unudaraq, bu əhəmiyyətli həqiqətdən qafil bir həyat sürdüklərini görərik. Yalnız az bir qrup insan, yəni möminlər uca Allah`ın gücünü və qüdrətini təqdir edər, bir gün mütləq hesab günü ilə qarşılaşacaqlarını bilərək və pis hesabdan qorxaraq hərəkət edərlər. Möminlərin bu qorxuları Quranda “O kəslər ki… Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər” sözləri ilə bildirilir (Rəd surəsi, 21).

 İman gətirənlərin Allah`dan qorxmaları və axirətdə verəcəkləri hesabı düşünmələri onları hər vaxt gözəl əxlaqlı davranmağa təşviq edir. Eyni zamanda, Allah`ın razılığını qazanmaq üçün ciddi səy göstərməyə və daim nəfsləri ilə hesablaşmağa da yönəldir.

 Mömin özünü Allah`a qarşı səmimiyyəti ilə hesaba çəkər

 İman gətirən bir insan Allah`ın əmr etdiyi ibadətləri yerinə yetirə bilər, əlindən gələni edər, gün boyu bir çox mövzuda ciddi əmək sərf edib, bütün gücünü ortaya qoya bilər. Ancaq uca Allah`a qarşı səmimiyyətində qüsurunun olması, Allah`a qarşı soyuq, uzaq və məsafəli əhvalda yaşaması (Allah`ı tənzih edirik) onu hesab günündə böyük itkiyə sürükləyə bilər. Çünki bu böyük qüsur insanın həm dünyada, həm də axirətdə heç ümid etmədiyi bir vəziyyətlə qarşılaşmasına səbəb olan böyük bir təhlükədir. Bir möminin dua etmək üçün Allah`a yönəldiyi, Allah`a yalvardığı, tövbə və bağışlanma dilədiyi, Allah`dan nemət istədiyi, kimsənin bilmədiyi sirlərini, ən gizli hisslərini, istəklərini, çətinliklərini, arzularını Allah`a bildirdiyi anlar səmimiyyətin ən yüksək şəkli ilə yaşanacağı anlardır. Bir insanın belə zamanlarda içində soyuqluq, məsafə, səthilik, sünilik olarsa, bu mövzuda özünü ciddi şəkildə hesaba çəkməlidir. Çünki uca Allah Quranda çox işlədikləri halda, etdiklərinin boşa gedəcəyini xatırladaraq, insanları hesab günü qarşılaşacaqları belə bir təhlükənin varlığı ilə xəbərdar etmişdir:

 O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək, zəhmət çəkib yorulacaq. (Ğaşiyə surəsi, 2-3)

 İman gətirənlər isə deyəcəklər: “Sizinlə bərabər olacaqlarına dair Allah`ın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular. (Maidə surəsi, 53)

 Mömin gün ərzində etdiklərindən özünü hesaba çəkər

 Gün ərzində etdiyimiz hər şeydən, düşüncələrimiz, danışıqlarımız, üslubumuz, rəftarımız, hadisələr qarşısında göstərdiyimiz reaksiyalar, qısacası, yaşadıqlarımızın hamısından sorğuya çəkiləcəyik. Allah`ın hüzuruna çıxanda dünya həyatında keçirdiyimiz hər anımızdan məsuliyyət daşıyacağıq.

 İmam Rəbbani bu mövzu ilə əlaqədar belə bir xatırlatma etmişdir:

 “Allah sirlərinin qüdsiyyətini (qüsurdan uzaq olma) artırsın; məşayihdən (şeyxlərdən) bir camaat, özlərini hesaba çəkmə yolunu seçmişlər. Əməl dəftərlərini hər gecə yatmadan əvvəl mütaliə edərlər. Hətta gündəlik sözlərini, hərəkətlərini, duruşlarını və davranışlarını da nəzərdən keçirərlər. Təfsilatı ilə onların həqiqətini anlamağa çalışarlar. Qüsurları varsa, onları qurtarmağa baxarlar. Seyyiatlarından (pis əməllərindən) da tövbə, istiğfar, iltica (sığınma), tazarru (qüsurlarını bilib qürurdan imtina edib, təvazökarca yalvarıb-yaxararaq) ilə Əziz, Qaffar Allah`a yalvararaq xilas olmaq istəyərlər. Faydalı əməlləri üçün uca Allah`a həmd və şükür edərlər. Etdikləri yaxşı əməlləri də uca Haqqın lütf etdiyi müvəffəqiyyətinə bağlarlar”. (Mektubat-i Rabbani, 310-cu məktub)

 İmam Rəbbaninin də tövsiyə etdiyi kimi, mömin peşman olacağı hərəkətləri etməmək üçün Allah qatındakı hesabından əvvəl, daim öz nəfsini hesaba çəkər. Ancaq bu şəkildə Allah`ın qatında peşmanlıq duymayacağı bir əxlaqa yiyələnə bilər, hesab günündə asanlıqla hesabını verə biləcəyi bir həyatı yaşaya bilər.

 Mömin Quranı tam mənada həyatına keçirib-keçirmədiyi mövzusunda özünü hesaba çəkməlidir

 Allah`a iman gətirən bir insan ilk növbədə onu yaradan Rəbbimizə qarşı məsuliyyətlərinin nə olduğunu öyrənməlidir. Bunu öyrənə biləcəyi qaynaq isə Quran və Peyğəmbərimizin (s.ə.v) sünnəsidir. Allah seçib bəyəndiyi dininin hökmlərini, sərhədlərini Quranda bütün insanlara bildirmişdir. İnsanlar ancaq Allah`ın əmr etdiyi bu hökmləri əskiksiz olaraq tətbiq etməklə qurtula bilərlər. Axirətdə bu sərhədləri böyük şövqlə tətbiq edən, bütün həyatı boyu onu yaradan Allah`ın məmnuniyyətini qazanmağa çalışan bir möminlə, bu sərhədləri görməzlikdən gəlib öz zövqləri uğrunda dünya həyatını sərf etmiş bir adamın görəcəyi qarşılığın eyni olmayacağı aydındır.

 Allah Quranda hansı quldan məmnun olacağını ətraflı və açıq şəkildə izah etmişdir. Bu səbəbdən, bir mömin ən böyük məsuliyyətinin Quranın hökmlərini həyatının hər anında yaşamaq olduğunu bilir. Ayələri bir-bir düşünüb onları həyata keçirmək mövzusunda əskikliyi və ya zəifliyi varsa, özünü hesaba çəkib əskiksiz olaraq Quran əxlaqına yiyələnmək mövzusunda diqqət göstərər. Allah hesab günü insanları Qurana itaət edib-etməmələri mövzusunda sorğuya çəkəcəyini bildirmişdir:

 Odur ki, sən özünə vəhy olunan (ayələrə) sarıl! Əslində, sən düz yoldasan.  Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız“. (Zuhruf surəsi, 43-44)

 Allah insanın özü ilə hesablaşması üçün asanlıq olaraq vicdanı yaratmışdır

 İnsan yaşından və yaşadığı mühitdən asılı olmayaraq, etdiyi rəftarın, söylədiyi sözün, ağlından keçirdiyi fikrin doğru və ya səhv olduğunu vicdanı sayəsində rahatlıqla anlaya bilər. Vicdanını dinləyən hər insan səhv istiqamətlərini, etməsi, ya da çəkinməsi lazım olan rəftarları və hətta daha gözəl əxlaqa necə yiyələnməli olduğunu daha yaxşı görə bilər.

 Əgər insan əxlaqını və ya rəftarlarını daim nəzərdən keçirərsə, özünü daim sorğu-sual edər və vicdanının göstərdiyi əskiklikləri dərhal düzəldərsə, dünyada və axirətdə Allah`ın razı olacağı insan ola bilər. Amma əgər özünü kafi görərsə, etdiyi səhvləri görməzlikdən gələrsə, bu, onu səhv rəftara sürükləyər və Allah qatında, Allah qorusun, hesabını verə bilməyəcəyi ağır bir yükün altına sala bilər. Sonradan geri dönüşü olmayan böyük bir peşmanlıq duymaqdansa, insanın daim vicdanına nəzarət etməsi və daim daha gözəl, daha mükəmməl olana çatmağa çalışması ağıllı bir davranış olar. Daim öz nəfsi ilə hesablaşan, etdiyi səhvlərə görə bağışlanma diləyən və hər işində uca Allah`a yönələn bir mömin axirətdə asan bir hesab ilə birlikdə cənnət əhlindən olmağı ümid edə bilər. Allah bu mövzu ilə əlaqədar bir ayədə belə buyurur:

 Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

 Mömin iman gətirdiyi anda həyatının hər anını Allah`ın razılığını qazanma səyi ilə keçirməyə qərar vermişdir. O andan etibarən də, maddi-mənəvi hər istiqamətdə imani bir şövq və səy içindədir. Amma möminin əhəmiyyətli bir xüsusiyyəti də imanını heç vaxt kafi görməməsidir. Çünki insanın həyatının son anına qədər imanını daha da dərinləşdirmə imkanı vardır. Buna görə də, hər gün, hər saat, hər an, bir daha niyyət etməli, imanını təzələməli, hər saniyəsini Allah`ın ən razı olacağı davranışlarla keçirmə qərarı verməlidir. Bu mövzuda tez-tez özünü hesaba çəkməlidir.

Axirət günündə hesaba çəkilmədən əvvəl nəfsi hesaba çəkməyin əhəmiyyəti” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma