Canlı uçuş mexanizmləri: iynəcələr


imagesQuşlar insanın əsrlər boyu həyata keçirmək istədiyi işi bacarırlar: uçmağı…

İnsanlar uçmağın yollarını tapmaq üçün çox çalışıblar. İlk təyyarənin icadından bu günə qədər təqribən 100 il keçib. Minlərlə fərqli modeldə təyyarə istehsal edilib. On minlərlə elm adamı daha yaxşı uçan vasitələr düzəltmək üçün çalışıb.

Nəticədə, bu gün istifadə etdiyimiz mükəmməl uçuş vasitələri var.

Uçmaq böyük gücdür. Ancaq bu güc nə qədər tənzimlənərsə, o qədər təsirli olur. Lazım gəldikdə havada qalmaq, istənilən yerə eniş etmək də uçmaq qədər vacibdir. Məhz buna görə, insanlar manevr qabiliyyəti yüksək olan uçuş vasitəsi icad ediblər: helikopter…

Helikopter havada asılı dayana bilir. Dik vəziyyətdə enə və qalxa bilir.

Xüsusilə hərbi sahədəki üstünlüyünə görə helikopter dizaynı tədqiqatlarına böyük büdcələr ayrılır.

Ancaq aparılan son tədqiqatlar çox maraqlı faktı aşkar etmişdir. Dövrümüzdəki helikopterlərin uçuş texnologiyası çox kiçik və canlı mexanizmin uçuş texnologiyası ilə müqayisədə çox adidir.

Bu canlı uçuş mexanizmi iynəcədir.

 İynəcənin uçuş mexanizmi

İynəcələrin uçuş sistemi əsl dizayn möcüzəsidir. İnsanların düzəltdiyi heç bir cihazın iynəcə qədər yüksək uçuş texnologiyası yoxdur.

Ona görə, dünyanın mükəmməl helikopteri Skorskinin son modeli iynəcə nümunə götürülərək dizayn edilmişdir.

Bu layihədə Skorskinin dizaynına kömək edən İBM firması iynəcənin şəklini bu iş üçün istehsal edilmiş xüsusi kompyuterə yükləmişdir.

Daha sonra iynəcənin havadakı manevrləri də nəzərə alınaraq kompyuterdə minlərlə sxem çəkilmişdir. Beləcə, iynəcənin uçuş texnikası nümunə götürülərək Skorski modeli icad edilmişdir.

Qısaca desək, kiçik həşəratın bədənində insanın bacarığından daha üstün dizayn var. Şübhəsiz ki, həşəratın orqanizmindəki bu heyrətamiz texnologiya onun yaradıldığını sübut edir. İynəcənin uçuş texnikası və qanadlarındakı dizayn insana açıq-aşkar həqiqəti göstərir: bu kiçik canlı bizə Allah’ın sənətini göstərən yaradılış möcüzəsidir.

İynəcənin gövdəsində çarpaz yerləşmiş iki cüt qanad var. Bu quruluşu ona çox sürətli manevr qabiliyyəti qazandırır.

İynəcə çox qısa müddətdə sürətini saatda 50 km-ə çatdırır. Bir həşəratın bu qədər yüksək sürətlə uçması çox təəccüblüdür. Olimpiadalarda 100 m qaçan idmançıların sürəti saatda 39 km-dir.

Yaxşı uçmağın digər şərti isə iti görmədir. Əgər mükəmməl görmə sistemi olmasa, uçmaq çox təhlükəlidir. Ona görə, müasir təyyarə və helikopterlərin üstün görmə sistemləri var.

İynəcənin də çox üstün görmə sistemi var. Bu həşəratın 30.000 ədəd mikro gözü var. Hər göz ayrı nöqtəni görür. Bu gözlərdən gələn məlumatlar iynəcənin kompyuter kimi əməliyyat aparan beyninə ötürülür.

Bu sistem sayəsində iynəcə mükəmməl görmə qabiliyyətinə malikdir.

 İynəcənin manevr qabiliyyəti

 İynəcənin manevr qabiliyyəti isə ən təkmil helikopterdən də üstündür. Məsələn, əks istiqamətdən sürətlə gələn yük maşını ilə toqquşmaqdan son anda etdiyi manevr ilə xilas olur. Hətta daha çətin manevrləri belə bacarır.

Tez-tez manevr etməli olan təyyarəçilərin qarşılaşdığı çətinliklərdən biri manevrdən sonra təyyarənin yerə nisbətən vəziyyətinin müəyyən edilməsidir. Əgər təyyarəçi manevrdən sonra hansı tərəfin alt, hansı tərəfin üst olduğunu bir anlıq qarışdırsa, təyyarə düşər.

Texniklər bu təhlükəyə qarşı xüsusi cihaz icad ediblər. “Jiroskop” adlanan bu cihaz pilota süni üfüq xətti göstərir. Pilot bu xətlə həqiqi üfüq xəttini müqayisə edir və təyyarənin vəziyyətini dərhal müəyyənləşdirir.

Texniklərin icad etdiyi bu cihazın bənzərindən iynəcə milyon illərdir istifadə edir. İynəcənin gözlərinin qarşısında süni üfüq xətti çəkilmişdir. Bədəni hansı bucaq altında uçsa da, bu sayədə başını daima üfüq xəttinə paralel saxlayır. İynəcənin bədəni uçma zamanı vəziyyətini dəyişdirdikdə başı və bədəni arasındakı tüklərə impuls göndərilir. Bu tüklərin köklərindəki sinir hüceyrələri uçma əzələlərinə iynəcənin havadakı vəziyyəti haqqında məlumat göndərirlər.

Bu sayədə uçma əzələləri də qanad çalma sürətini və sayını avtomatik tənzimləyirlər. Beləliklə, ən çətin manevrlərdə belə iynəcə uçuş istiqamətini və müvazinətini itirmir. Bu sistem əsl mühəndislik şah əsəridir.

Burada hər ağıllı insan düşünməlidir. İynəcə bədənindəki qeyri-adi sistemlərdən xəbəri olmayan həşəratdır. Görəsən, bu həşəratın orqanizminə ən mahir mühəndislərin nümunə götürdüyü mürəkkəb uçuş sistemlərini kim yerləşdirmişdir?

Qüsursuz qanadları, bu qanadları işlədən motorları, üstün görmə sistemini iynəcəyə kim vermişdir?

Bu mükəmməl dizayn kimin əsəridir?

Canlıları təsadüflərlə açıqlamağa çalışan Darvinin təkamül nəzəriyyəsi bu suallar qarşısında susur.

Çünki iynəcənin orqanizmindəki sistemlərin təkamül yolu ilə, yəni təsadüflərlə və mərhələ-mərhələ əmələ gəlməsi qeyri-mümkündür.

Canlının yaşaması üçün bu sistemlərin hamısı eyni anda və tam olmalıdır. Dünyadakı ilk iynəcənin də eyni mükəmməl mexanizmləri olmalıdır. Bizə təbiət tarixini öyrədən fosil qeydləri də bu faktı təsdiq edir.

 140 milyon yaşındakı iynəcələr təkamülü təkzib edir

 Fosil qeydləri ilk iynəcələrin dövrümüzdəki iynəcələrdən heç bir fərqinin olmadığını göstərir. 140 milyon il əvvələ aid iynəcə fosili ilə canlısı arasında heç bir fərq yoxdur.

Bu həqiqətlər təkamül nəzəriyyəsinin əsassız olduğunu bir daha sübut edir. Habelə, iynəcənin və dünyadakı bütün digər canlıların necə mövcud olduqlarını göstərir. Bütün canlılar aləmlərin Rəbbi olan uca Allah tərəfindən yaradılmışdır və hər canlı Onun varlığının dəlilidir.

Allah’dan başqa heç bir qüvvə bircə milçək belə yaratmağa qadir deyil. Bu həqiqəti Allah Quranda belə bildirmişdir:

 Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah’dan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Həcc surəsi, 73)

Canlı uçuş mexanizmləri: iynəcələr” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma