Əhli-kitab müsəlmanlar və kitab əhli dəccaliyyətə qarşı bir-birlərinin müttəfiqidir


ramazanŞübhəsiz ki, dünyanın sülhə, dostluğa və qardaşlığa bəlkə də ən çox ehtiyacı olduğu dövrlərdən birində yaşayırıq. XX əsrə damğasını vuran qarşıdurma və müharibələr XXI əsrdə də davam edir, dünyanın hər tərəfində məsum insanlar bu müharibələrdə böyük maddi və mənəvi itkiyə məruz qalırlar. Ancaq bəzi kütlələr israrla müsəlmanlar və kitab əhli arasındakı qarşıdurmanı körükləməyə çalışırlar. Halbuki, açıq-aşkar görünür ki, bu kütlələrin körüklədiyi sivilizasiya mübarizəsi bütün bəşəriyyəti böyük fəlakətə apara bilər. Bu fəlakətin qarşısının alınmasının ən əsas yollarından biri müsəlmanlar və kitab əhli arasındakı qardaşlıq və əməkdaşlığın gücləndirilməsidir.

Bu gün dünyada iki qütb var. Ancaq bu iki qütbün tərəfləri müsəlmanlar, yəhudilər və xristianlar deyil. Bu iki qütbün bir tərəfində Allah’ın varlığına və birliyinə iman gətirənlər, digər tərəfində isə inkarçılar, başqa sözlə, bir tərəfində din əxlaqının tərəfdarları, digər tərəfində də din əxlaqına qarşı olan ideologiyaların tərəfdarları dayanır.

Kitab əhlinin və müsəlmanların ortaq inanc əsasları, ortaq ibadətləri, əxlaqi dəyərləri, ortaq düşmənləri olduğu hər üç İlahi dinin müqəddəs kitablarında qeyd edilir. İnanclı, səmimi, vicdanlı xristianlar, yəhudilər və müsəlmanlar pisliklərə və pislərə qarşı ortaq mübarizə aparmalı, bir-birinə kömək etməli, birlik və bərabərliklə çalışmalıdırlar. Bu birlik sevgi, hörmət, anlayış, həmrəylik və əməkdaşlıq prinsipləri əsas götürülərək qurulmalıdır. Vəziyyətin nə qədər təcili olduğu  nəzərə alınmalı, çəkişmə, mübarizə və ayrılığa yol açacaq ünsürlərdən hər vəchlə çəkinilməlidir.

Keçmişdə bu dinlərin mənsubları arasında müxtəlif anlaşmazlıqlar ola bilər, bu, tarixi həqiqətdir. Ancaq bunlar xristianlıq, yəhudilik və İslamın özündən deyil, dövlətlərin, xalqların və fərdlərin yanlış qərar və düşüncələrindən, əsasən də iqtisadi və siyasi maraq və mənfəətdən qaynaqlanmışdır. Əslində, hər üç İlahi dinin ortaq məqsədlərindən biri bütün insanların sülh, əmin-amanlıq, təhlükəsizlik və xoşbəxtlik şəraitində yaşamasıdır və buna zidd qarşıdurma hər üç dinə əsasən, yanlışdır.

Dini və əxlaqi dəyərləri hədəfə almış güc mərkəzləri bütün imkanlarını birləşdirərək böyük ittifaq qurublar. Ancaq bu ittifaqı ideoloji cəhətdən məhv etmək bizim, yəni dindar insanların əlindədir. Dinsiz və materialist təlqinlərin mənfi, dağıdıcı təsirlərini birlik olub aradan qaldıra bilərik. Gözəl əxlaqın, əmin-amanlığın, təhlükəsizliyin və rifahın hakim olduğu cəmiyyət qura bilərik. Bunun yeganə yolu yer üzündəki üç İlahi dinin (İslam, yəhudilik, xristianlıq) bu ortaq məqsəd uğrunda birləşməsidir.

İnanclı, səmimi, vicdanlı xristianlar, yəhudilər və müsəlmanlar pisliklərə və pislərə qarşı birləşərək ortaq mübarizə aparmalı, yardımlaşmalıdırlar. Bu birlik sevgi, hörmət, anlayış, tolerantlıq, həmrəylik və əməkdaşlıq prinsipləri əsas götürülərək qurulmalıdır. Vəziyyətin nə qədər təcili olduğunu nəzərə almalı, qarşıdurma, mübahisə və ayrılığa yol açacaq ünsürlərdən hər vəchlə çəkinmək lazımdır.

Əhli-kitab və müsəlmanların ortaq düşməni dəccaldır

 Xristianlıq, yəhudilik və İslamı dövrümüzdə yaxınlaşdıran əsas amil dəccalın insanları dinsiz fəlsəfi cərəyanlara təşviq etməsi və nəticə etibarilə meydana gələn fəlakətləri dəstəkləməsidir.

Dəccalın dəstəyi ilə dövrümüzün ən tanınan və ən çox zərər verən ideologiyalarına materializm, kommunizm, faşizm, anarxiya, irqi ayrı-seçkilik, nihilizm, ekzistensializm və ateizmi misal çəkə bilərik. Bunların kainat, cəmiyyət və insanla bağlı saxta fikirlərinə, aldadıcı tərif və təsvirlərinə aldanan bir çox insan imanını itirmiş və ya şübhəyə düşmüşdür. Habelə, bu ideologiyalar insanları və millətləri böyük böhranlara, qarşıdurmalara, müharibələrə sürükləmiş və dünyaya böyük fəlakətlər gətirmişdir. Bəşəriyyətin hələ də çəkdiyi əziyyət və sıxıntılarda bunların böyük payı var.

Sadaladığımız ideologiyalar Allah’ı və yaradılışı inkar edərkən ortaq təmələ, elmi düşüncə tərzi olduğu iddia edilən Darvinin təkamül nəzəriyyəsinə əsaslanırlar. Darvinizm dinə zidd fəlsəfi cərəyanların əsasını təşkil edir. Bu nəzəriyyə canlıların təsadüfən, həyat uğrunda mübarizə yolu ilə təkamül keçirərək bir-birindən törədiyini iddia edir. Dəccal, yəni darvinizm  insana kimsə qarşısında məsul olmadığını, təsadüfən əmələ gəldiyini, yaşamaq üçün mübarizə aparmalı olduğunu, lazım gələrsə, digərlərini əzməyi, dünyanın qarşıdurma və mənfəət yeri olduğunu təlqin edir. “Təbii seçmə”, “həyat uğrunda mübarizə”, “güclülərin həyatda qalması” kimi darvinist məfhumlar cəmiyyətə yalanlarla bu cür zərərli təlqinlər verirlər. Bu batil əxlaq anlayışı insanlara eqoist, mənfəətpərəst, zalım və mərhəmətsiz olmağı öyrədir, şəfqət, mərhəmət, fədakarlıq, təvazökarlıq kimi xüsusiyyətləri məhv edir, bunu həyatın qanunu adı altında doğru göstərir.

Bu darvinist təlqin, şübhəsiz ki, əhli-kitabın inanclarına və Qurana tamamilə ziddir. Ona görə, darvinist təlqin hər üç dinə zidd sistemin əsasını təşkil edir.

Allah’a inanan, Onun öyrətdiyi gözəl əxlaqı qəbul edən əhli-kitab və müsəlmanlar birləşərək fəaliyyət göstərməlidirlər. Hər üç dinin mənsubları müştərək şəkildə heç bir elmi əsası olmayan darvinizmin yanlışlığını bütün dünyaya çatdırmalıdırlar. İnancsızlıqdan qaynaqlanan bütün digər zərərli ideologiyalara (kommunizm, faşizm, irqi ayrı-seçkilik), əxlaqi degenerasiyaya qarşı da birləşib ideoloji mübarizə aparmalıdırlar. Bunu reallaşdırdıqda çox qısa zamanda sülh, əmin-amanlıq və ədalət bərqərar olar.

Kitab əhli və müsəlmanlar dəccala qarşı ortaq sözdə birləşməlidirlər

Dinsiz, ateist, materialist ideologiyaların dünyanı bürüdüyü dövrdə dinlər arasındakı bənzərliklər ön plana çıxarılmalı, ortaq məqsədlər üçün əməkdaşlıq edilməlidir.

Allah Quranda müsəlmanlara əhli-kitabla bağlı əmr verir, onları ortaq sözdə birləşməyə çağırır:

 De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək…” (Ali-İmran surəsi, 64)

 Biz xristianları və yəhudiləri dəvət edirik: Allah’a iman gətirən və Onun vəhyinə itaət edən insanlar kimi, gəlin ortaq “iman” sözündə birləşək. Hamımız Yaradanımız və Rəbbimiz olan Allah’ı sevək. Onun əmr və qadağalarına riayət edək və uca Allah’ın bizi doğru yola daha da yaxınlaşdırması üçün dua edək.

Müsəlmanlar, xristianlar və yəhudilər bu şəkildə ortaq sözdə birləşdikdə, bir-birlərinin düşməni deyil, dostu olduqlarını anladıqda, əsl düşmənin ateizm və dinsizlik olduğunu gördükdə dünya dəyişəcək. Əsrlərdir davam edən qarşıdurmalar, düşmənçiliklər, qorxular, terror hadisələri sona çatacaq və ortaq söz üzərində sevgi, hörmət və sülhə əsaslanan yeni sivilizasiya qurulacaq.

Allah Quran ayələrində yəhudi və xristianlar arasında Allah’a iman gətirənlərin olduğunu bildirmişdir

 Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allah’ın ayələrini oxuyurlar. Onlar Allah’a, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi, 113-115)

 Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allah’a, həm sizə, həm də özlərinə nazil olanlara inanır, Allah’a boyun əyərək Allah’ın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

 İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allah’a, axirət gününə  inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

 Quranda iman gətirən kitab əhli ilə iman gətirməyənlər eyni tutulmur

Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal) əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allah’a qarşı yalan söyləyirlər. (Ali-İmran surəsi, 75)

 Müsəlmanların kitab əhlinə dəvəti

Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allah`ımız, sizin də Allah`ınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (Ənkəbut surəsi, 46)

 Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allah’dan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)

 Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mumtəhənə surəsi, 8)

 Kitab əhlinin yeməyi müsəlmanlara halaldır, kitab əhlindən olan qadınlarla evlənmək olar

Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə  sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! (Maidə surəsi, 5)

 Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Əhli-kitab müsəlmanlar və kitab əhli dəccaliyyətə qarşı bir-birlərinin müttəfiqidir” üzərinə 2 şərh

  1. MasaAllah Allah sizden razi olsun , qurana islama uyqun mubarek kelimeler , insanliqa cox faydali ve peyqamber yolu MasaAllah Esl Azrbaycanliya da bu yarasir,Allah Ardinin gelmesine serait yaratsin insaAllah

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma