Şübhələnməyin səbəbi iman zəifliyidir


cennet-papağanı_361908Din əxlaqını gərəyi qədər yaşamayan cəmiyyətlərdə insanların bir-birləri ilə rahat danışmaması, sözlərdən fərqli məna çıxarmağa meyilli olması, inciməsi və həmçinin  dostların ayrılmasının  səbəbi şübhələnməkdir. Bu cür cəmiyyətlərdə münasibətlərə mənfi təsir göstərən şübhələrin kökündə isə iman zəifliyi var.

Şübhə insan ruhuna və fitrətinə tamamilə ziddir. İnsan ruhu hüzura, rahatlığa və şən olmağa uyğun yaradılmışdır. Halbuki, şübhə bütün bunları aradan qaldırır. Mənəvi hüzura təsir edir, rahatlığı pozur, insanın xoşbəxt olmasına mane olur. Şən ikən kefsizlik, sakit ikən gərginlik meydana gətirir. Hətta insanın qapıldığı şübhələr o hadisə və o ölçüdə qalmır. Şübhə başqa bir şübhəni doğurur və yeni vəsvəsə və düşüncələrlə getdikcə böyüyür.

Şübhəli düşüncə tərzi ilə insan daima bəzi şeylərin sübut edilməsini, dəlillərin ortaya qoyulmasını gözləyir. Bu cür yaşamaq insanlara daima bədbəxtlik və sıxıntı gətirir. İnsanlar bir-birilərinə hər şeydə şübhə ilə yanaşdıqlarına görə, yaxşı rəftar belə şübhələnmələrinə səbəb olur. Məsələn, dostları bir şeylə bağlı iltifat etdikdə bundan şübhələnir, bu hərəkətdə mütləq bir məna tapmağa çalışırlar. Birindən gözəl söz eşitdikdə və ya yaxşı rəftar gördükdə bu da şübhələnmələrinə yol açır. Çünki din əxlaqı ilə yaşamayan insanların ümumi əxlaqında şəxsi mənfəətlər ön planda olduğuna görə, səbəbsiz yaxşılıq, iltifat mütləq şübhə üçün zəmin yaradır.

 Cəmiyyətdə şübhənin meydana gətirdiyi mənfi xüsusiyyətlər

 Küsəyənlik

 Küsəyən insanlar ortada heç bir səbəb olmasa da, hər şeydən şübhələnməsi səbəbi ilə hər hadisədən, eşitdikləri hər sözdən inciyib küsürlər. Halbuki, deyilən sözlərin onlara heç bir aidiyyəti yoxdur. Bu insanlar deyilən sözləri küsəyən olduqlarına görə, tamamilə başqa mənalarda qavrayırlar. Onlara izah edilən hikməti görmək əvəzinə, heç əlaqəsi olmayan mənalar çıxarıb küsürlər.

Küsəyən insanlar nə üçün küsdüklərini, onları nəyin narahat etdiyini açıq şəkildə demədiklərinə görə, ətrafdakı insanlar onların nə üçün belə davrandığını anlamırlar. Onları anlamaq üçün müxtəlif yollara əl atırlar, ancaq çox vaxt bu insanların nədən küsdüyünü müəyyən etmək heç mümkün olmur.

Küsəyənliyin kökündə duran səbəblərdən biri bu insanların digərlərinin söz və davranışlarını həmişə  öz əleyhlərində qəbul etməsi və onlara güvənməməsidir. Başqa səbəb isə bu insanların özlərinin daxilən narahat və qeyri-səmimi olmalarıdır. Çünki belə insanlar öz vicdansızlıqlarına şahid olduqlarına görə, başqalarının da bunu anlayacağını və hər an üzlərinə vuracaqlarını düşünürlər. Ona görə, hər sözü öz əleyhlərində zənn etməyə başlayırlar. Allah ikiüzlü insanların bu xüsusiyyətini bir ayədə belə bildirir:

 Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər! (Munafiqun surəsi 4)

Küsəyən insanlar heç kimlə dost ola bilmir, heç kimi sevə bilmir və sevilmirlər. Daima kədər və sıxıntı içində yaşayırlar. Hamıdan inciyib küsdüklərinə görə, daima tək qalırlar. Hər müsəlman küsəyənliyin Quran əxlaqına uyğun olmadığını dərk etməlidir. Müsəlman haqlı olsa belə, qarşısındakılarla narahat olduğu məsələ haqqında açıq şəkildə danışar, əgər səhv özündədirsə, bunu düzəldər. Əgər səhv davranan tərəf başqasıdırsa, ondan küsməz, əksinə, onu Quran ayələrini xatırladaraq gözəl əxlaqa dəvət edər.

Etibarsızlıq

Şübhənin səbəb olduğu davranışlardan biri də inamsızlıqdır. Din əxlaqı ilə yaşamayan insanlar arasında şeytani şübhənin hakim olduğuna görə, bir çox insan ən dostyana, ən mehriban davranışdan belə pis məna çıxarır, şübhə ilə qarşılayır. Nəticədə isə insanlar bir-birləri ilə çox az münasibətdə olur və güvənmirlər.

Etibarın meydana gəlməsi üçün yeganə şərt Allah’a iman gətirən insan olmaqdır. Çünki ancaq Allah’dan qorxan insan Allah’ın razılığını istəyir və öz mənfəətini güdmür. Belə insan Allah’ın haram etdiyi heç nəyi etməyəcəyinə görə etibarlıdır. İman gətirməyən insanlar arasında etibarsızlıq çox yayılmışdır. Bir insan qarşısındakına güvənmədikdə onunla səmimi ola bilməz. Çünki səmimi olduqda hər şeyin öz əleyhində istifadə edilməsindən qorxur. Ona görə, iman gətirməyənlər həyatlarını gizlilik içində yaşayır və özlərini qorumaq üçün daima ayıq-sayıq olurlar. Əlbəttə, belə mühitdə sevgi və etibar olmaz. Bu insanlar hər kəsə şübhə ilə yanaşdıqlarına və nəticədə, heç kimə etibar etmədiklərinə görə, daima öz istək və mənfəətləri üçün yaşamağı üstün tuturlar. Etibarın nədən itdiyini düşünüb həll yolu tapmaq əvəzinə, bu sistem içində heç kimə etibar etmədən yaşayırlar.

Halbuki, müsəlmanların hər davranışı tamamilə Qurana uyğundur. Hər şey Allah’ın rizasına uyğun, gözəl əxlaqla və səmimiyyətlə edildiyinə görə, şübhə doğuran bütün səbəblər aradan qalxır. Çünki ancaq etibarla yaşayan müsəlman rahat və dinc əhval-ruhiyyədə olur.

Şübhədən xilas olmağın yolu Allah’a təslim olmaqdır

Şübhələnmə ruhi problemdir. Ona görə, şübhələrdən xilas olmaq üçün bütün davranışları bir-bir düzəltmək olmaz. Çünki bu təqdirdə insan öyrəndiklərindən fərqli hadisə ilə qarşılaşdıqda yenə şübhələnməyə başlayacaq. Üstəlik, bildiklərini tətbiq edərkən də problem çıxacaq. Çünki bir insanın düşüncə tərzi davranışlarına da əks olunur. Məntiqini anlamadığı, vacib olduğuna inanmadığı bir şeyi həyata keçirməkdə çətinlik çəkir. Halbuki, şübhələrdən xilas olmaq vaxt aparan və çətin bir şey deyil, əksinə, olduqca asandır.

Həll yolu Allah’dan qorxmaq və Quran əxlaqı ilə yaşamaqdır. Allah’a iman gətirən və Quran əxlaqını tam həyata keçirən hər insan bu xarakterdən xilas olar. Allah’dan layiqincə qorxub çəkinməsi, hər an hər yerdə vicdanla hərəkət etməsi onu şübhələrdən tamamilə çəkindirər. Ona görə, əsl müsəlman zehnini tərtəmiz saxlamalı, şeytan ona vəsvəsə verdikdə üzərində bir an belə dayanmadan dərhal uca Allah’a sığınmalı və daima Ona təslim olmalıdır. Möminlərin bu gözəl əxlaqı Quranda belə bildirilmişdir:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allah’a sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allah’dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah’ı) xatırlayıb düşünərlər və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 200-201)

Şübhələrə qarşı insan bütün ömrü boyu diqqətli olmalıdır. Çünki zəif imanlı insanların çoxu din əxlaqından bu şübhələr nəticəsində uzaqlaşır.

İnsanın qəlbinə sıxıntı verən və şübhə adı altında toplanan bütün mənfi hisslər şeytanın təlqini ilə meydana gəlir. Şeytan insanları şübhələrə sürükləyib düşünməkdən, əməlisaleh işlər görməkdən, fədakarlıqdan, dürüstlükdən və təvazökarlıqdan uzaqlaşdırır. Onları din əxlaqından azdırmaq, inkara və üsyana sürükləmək üçün qəlblərinə pis hisslər verir. Uca Allah “Nisa” surəsində şeytanın insanları hidayət yolundan azdırmaq üçün and içdiyini belə bildirir:

 Mən onları mütləq azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah’ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allah’ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)

Şübhənin zərərləri

Şübhənin insanın mənəviyyatına və orqanizminə heç bir faydası yoxdur. Əksinə, insanın gözəl düşünməsinə mane olur, işinin bərəkətini azaldır. Uca Allah’a yaxınlaşmaq və imanda dərinləşmək üçün düşünəcəyi dəyərli vaxtını alır və boş, lazımsız işlərlə məşğul olmasına səbəb olur. Ağıllı olmasına mane olur, daima vəsvəsəli əhval-ruhiyyəyə salır. İman gətirən insan uca Allah’a təvəkkül edərək, iradə ilə daima Quran əxlaqına uyğun düşünmək üçün diqqətini açıq tutmalı, şübhədən uzaq durmalı, müsəlman üçün hər şeyin xeyirlə yaradıldığını dərk etməlidir. Şeytanın verdiyi vəsvəsə və şübhələrə baxmayaraq, möminlər Allah’ın göstərdiyi yola tabe olduqda, Allah’ın izni ilə, şeytan onlara təsir etməz. Bu mühüm həqiqət Quranda belə bildirilmişdir:

 Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib Allah’a şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)

Şübhələnməyin səbəbi iman zəifliyidir” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma