Texnologiyanın yeni məhsulu: sürücüsüz avtomobil


imagesBir çox tədqiqatçı uzun müddətdir elmi-fantastik filmlərin fantaziyası olan sürücüsüz avtomobil fikrini reallaşdırıb insanların istifadəsinə vermək üçün çalışırdı. Oksford Universitetinin elm adamlarından ibarət tədqiqat qrupu yeni robot avtomobil düzəldiblər.

Avtomobilin əsas xüsusiyyəti iPad tərəfindən idarə edilməsidir.

Avtomobil avto-pilota birləşdirilmiş təyyarə kimi tıxaclı yolda idarəetməni sürücüdən alır.

Sistem avtomobilin önündəki iPad vasitəsilə aktivləşdirilir.

Oksford Universitetinin elm adamlarından prof. Pol Nyuman avtomobillərin elektron cihazla idarə edilməsinin daha təhlükəsiz olacağına inanır və “elektron cihazların gələcəkdə avtomobillərimizi idarə etməyəcəyi fikrinə də, bizim tıxaclardan qaynaqlanan vaxt itkisi, hava kirliliyi və yoldakı təhlükələrə məhkum olduğumuza da inanmaq çətindir. Bir kompüterin diqqətini yayındırmaq çətindir” deyir.

RobotCar adlı yeni avtomobili icad edən elm adamları “Nissan”ın elektrikli modelini sürücüsüz avtomobilə tətbiq edərək avtomobilin şassisinə kiçik kamera və lazerlər əlavə ediblər. Tampona yerləşdirilmiş lazerlər sayəsində saniyədə 13 dəfə görüntüləmə təmin edilir və avtomobilin önündə piyada və ya velosiped kimi maneənin olub-olmadığı yoxlanılır.

Maneə ilə qarşılaşdıqda kompüter əyləc sistemi işə düşür, avtomobil yavaşlayır, lazım gəlsə, dayanır. Sığortaçılar isə bu modeli sığortalamaqda könülsüzdürlər.

Motorlu nəqliyyat vasitəsi mütəxəssisi Mayk Ruterford “heç qəza törətməmiş bir sürücünün avtomobilini sığortalaması belə çətin ikən belə bir avtomobili sığortalatmağın nə  qədər çətin olacağını düşünün. Sığorta şirkətinə avtomobili sürmək istəmədiyinizi, avtomobilin öz-özünü idarə edəcəyini deyirsiniz. Bu, çox çətindir” deyir.

Sığorta probleminə görə RobotCar üzərində sınaq və tədqiqatların bir müddət də davam etməsi gözlənilir. Texnologiyanın 15 il ərzində lazımi qədər təkmilləşəcəyinə ümid edilir.

 

Texnologiyanın yeni məhsulu: sürücüsüz avtomobil” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma