Robot əl gələcəkdə insanlara kömək edə biləcəkmi?


imagesParisdə yerləşən Pier və Mariya Küri Universitetində aparılan bir Avropa Birliyi layihəsinin hədəfi ağıllı robot əl icad etməkdir. Avropa Birliyi ölkəsinin robot mütəxəssislərindən ibarət tədqiqat qrupu insan kimi düşünən və hərəkət edən robot əl icad etmək üçün işə başlayıb.

Layihənin koordinatoru, robot mütəxəssisi Veronik Perdero robot əl icad etməyin çətinliyinə diqqət çəkir: “Süni əl düzəltmək çox çətindir. Çünki insan əlinin xeyli mürəkkəb hərəkətlərini yenidən dizayn etmək lazım gəlir”.

İnsanın müxtəlif cisimləri tutmaq üçün barmaqlarını təbii şəkildə düzgün yerləşdirməsi kifayətdir. Ancaq robotlar üçün bu çox mürəkkəb hərəkətdir. Elm adamları insandan ilham alaraq müxtəlif tutma metodlarını bir proqram şəklində robota yükləyiblər. Perdero düzəltdikləri robot əlin insanın təbii hərəkətlərini necə etdiyini belə açıqlayır:

“Süni əlin cisimə yaxınlaşarkən, cismi tutduqda və yerini dəyişdirdikdə nələr baş verdiyini anlaması üçün müxtəlif mexanizmlərlə təchiz olunması şərtdir. Bu şəkildə insan əlinin gündəlik həyatda etdiyi hərəkəti məharətlə edə bilər. Bunu təmin etmək isə çox çətindir.”

Robot əl videokameralar köməyi ilə ətrafını təhlil edərək necə hərəkət edəcəyini planlaşdırır. Verilənlər bazasında mövcud hərəkətlərə əsaslanaraq funksiyasını uğurla yerinə yetirir. Mariya Küri Universitetindən robot tədqiqatları mühəndisi Quillem Uolk robot əlin və həssas dizayn olunmuş barmaqların necə işlədiyindən bəhs edir: “Rəngli görüntü verən kameradan istifadə edərək məkanın dərinliyini qavrayıb mümkün maneələri müəyyən edir. Cismin formasına əsasən hər hansı toqquşma olmadan onu necə tutacağını hesablayır. Barmaqların ucundakı reseptorlar sayəsində seçdiyi tutma formasının doğru olub-olmadığına qərar verir.”

Robot əlin məharətinin sübutu isə qaldırdığı cismi müəyyən tərəfə çevirməsindədir. Bir içki şüşəsini iki barmaqla tutan robot əl daha sonra şüşəni üç barmaqla tutaraq içkini stəkana tökür. Həssas cisimlərdə isə barmaqların cismə tətbiq etdiyi təzyiq böyük əhəmiyyət daşıyır. Robot mütəxəssisi Metyu Qrossard robot əlin müxtəlif cisimləri tutacaq şəkildə dizayn edildiyinə diqqət çəkir: “Əlin hərəkət müstəqilliyi müxtəlif dərəcələrdə olub mürəkkəb və həssas işlərə uyğundur. Həssas cisimləri, məsələn, lampaları da tuta bilir.”

Perdero düzəltdikləri robot əli daha da təkmilləşdirərək yaşlı və xəstə insanlara kömək məqsədilə istifadə edəcəklərini ifadə edir: “İnsana aid bacarıqları təqlid etməyi bacarsaq, nüvə reaktorlarının olduğu təhlükəli bölgələrdə və ya kosmosda müstəqil hərəkət edən robotlar düzəldə bilərik. Onlardan bizə və ya yaşlı, əlil insanlara köməkçi kimi istifadə edə biləcəyik.”

Robot əl layihəsini davma etdirən tədqiqat layihələrinin hədəfi robotların insanlar üçün köməkçi funksiyasını təmin etməkdir.

Robot əl gələcəkdə insanlara kömək edə biləcəkmi?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma