Həqiqi sevgi ancaq hörmətlə yaşana bilər


baris_cocuklarSevgi hər bir insanın istədiyi Allah’ın çox böyük nemətidir. Əxlaqından, şəxsiyyətindən, inancından, mədəniyyətindən, həyat tərzindən asılı olmayaraq, bütün insanlar ətrafındakı insanlarda sevgini axtarırlar.

Ancaq sevgini dəyərli görən insanların çox az qismi bilir ki, hörmət də sevgi qədər əhəmiyyətlidir.

Sevgi nə qədər gözəl nemət olsa da, hörmət olmadan bu hiss tam mənada və daim yaşana bilməz. Bir insana duyulan sevginin həqiqi sevgi olması üçün bu insana hörmət etmək vacibdir.

İnsan həyatda çox şeyi sevə bilər. Pişiklərə, itlərə, çiçəklərə, yeməklərə, evlərə, maşınlara və bir çox şeyə qarşı coşğun sevgi bəsləyə bilər. Ancaq bunlar bir insana qarşı duyulan sevginin dərinliyinin və bu dərinliyin insanın ruhunda yaratdığı gözəlliyin həzzi ilə müqayisə edilə bilməz.

Allah insanı digər varlıqlardan fərqli olaraq ruh ilə yaratmışdır. Buna görə də, hər bir insan ruhundakı zənginliklə qarşı tərəfdə müxtəlif təsir meydana gətirir. Hər bir insan ruhunun gözəlliyi nisbətində sevgini yaşayır. Özündə nə qədər çox seviləcək və hörmət ediləcək xüsusiyyət varsa, insanlar onu bu nisbətdə sevirlər. Eyni şəkildə, öz ruhunda sevilib hörmət ediləcək xüsusiyyətlərə qarşı nə qədər həssaslıq varsa, insanlardakı gözəllikləri də o nisbətdə görüb, onları o nisbətdə sevə və hörmət edə bilər.

İnsan dünyadakı bütün varlıqlara sevgi bəsləyə bilər, amma dərin sevgini və ondan qaynaqlanan hörməti ancaq ruh sahibi olan insana bəsləyə bilər.

Sevilən insana verilən dəyərin ifadəsi hörmətdir. O insana nə qədər dəyər və nə qədər əhəmiyyət verilməsinin sübutudur. İnsanlar həyatları boyu bir çox insana müxtəlif cəhətdən sevgi və simpatiya bəsləyə bilərlər. Amma bunların çoxu müvəqqətidir. Məsələn, bir insan iş yerindəki yoldaşını dost kimi görər və müəyyən nisbətdə sevgi bəsləyə bilər. Ya da eyni məhəllədə yaşayan qonşusu ilə də dostluq edər və onu müəyyən dərəcədə sevər. Amma çox hörmət etdiyi, dəyər verdiyi, əhəmiyyət verdiyi bir insana bəslədiyi sevgi tamamilə başqa cürdür.

Bu cür sevgidə çox böyük bir hörmət var. Sarsılmaz sədaqət var. Ölənə qədər davam edən bir sirdaşlıq var. O insana qarşı dərin güvən hissi var. Bu sevgini yaşayan insan qarşısındakı insanı ona zərər verə bilən bütün şeylərdən qoruyar. Allah rizası üçün ona qarşı diqqətli olar. Ən çətin vəziyyətdə olsa belə, hər zaman onu qoruyub mühafizə edər. Allah rizası üçün heç düşünmədən öz nəfsini əzib, üstünlüyü o insana verər.

Ancaq əlbəttə ki, bu hörmət insanlar arasında rəsmiyyət və uzaqlıq yaradan bir hörmət deyil. Bu hörmət anlayışında insanlar bir-birləri ilə çox səmimi və yaxın olurlar. Amma eyni zamanda da qarşılıqlı olaraq bir-birlərinə ciddi şəkildə dəyər verdikləri üçün atdıqları hər addımı, söylədikləri hər sözü, hər hərəkətlərini düşünürlər. Buna görə də bu hörmət anlayışı insanların sevgidəki coşğularını, dərinliklərini, yaxınlıqlarını və bir-birlərinə olan güvənlərini artıran gözəllik şəklində olur.

Bu mövzu üzərində də düşünmək əhəmiyyətlidir: “Bir insana sevgi ilə yanaşı hörmət edilməsə, nə olar?”

Bu sualın cavabı hörmətin nə üçün bu qədər əhəmiyyətli və lazımlı olduğunu açıqlayır.

Hörmət olmasa, insan qarşısındakı insanı çox sevməsinə baxmayaraq, hər hansı bir vəziyyət qarşısında öz nəfsini ondan üstün tutar. Öz qürurunu və etibarını qorumaq üçün onu asanlıqla gözardı edər. Öz düşüncələrini, qərarlarını, həyata baxışını onunkundan üstün tutar. Özü ona inanmaqdansa, onun özünə inanmasını gözləyər. Özü o insanın fikirlərini qəbul etməkdənsə, onun öz fikirlərini qəbul etməsini istəyər. Özü ona haqq verməkdənsə, qarşısındakının həmişə və mütləq özünə haqq verməli olduğuna inanar. Özü səbirli, mülayim, anlayışlı olmaqdansa, bunları həmişə qarşı tərəfdən gözləyər. Hər zaman öz rahatlığının və istəklərinin öndə gəlməsini istəyər. “Onsuz da sevirəm, o da bunu bilir” – deyə düşünərək, qarşısındakı insanla öz istədiyi kimi rəftar etməkdən çəkinməz. Qısası, o insana dəyər verdiyini bütün hərəkətlərində göstərməkdənsə, bütün bunları qarşı tərəfdən gözləyər.

Halbuki insanlar arasındakı sevgi çox güclü olsa belə, hörmət olmasa, qısa zamanda bu sevgi tükənər. Bu insanlar sevgini yaşaya biləcəkləri halda, onu öz əlləri ilə məhv edərlər. Bunun nəticəsində də, insanlar bir-birlərinə sadəcə dözməyə başlayar, bir müddətdən sonra aralarındakı dostluğu itirərlər.

Sevgi Allah’ın insanlar üçün yaratdığı, nəfsin həm dünyada, həm də axirətdə xoşuna gələn nemətlərdən sadəcə biridir. Sevgini axtaran və bunu ən gözəl şəkildə yaşamaq istəyən hər insan hörmətin də əhəmiyyətini başa düşməlidir. Hörmət olmadan dostluq, yoldaşlıq, sirdaşlıq, sədaqət, güvənmək kimi xüsusiyyətlərdən danışmaq düzgün olmaz. Bu cür sevgi və hörməti insanlara qazandıran xüsusiyyət isə sadəcə imandır. Dərin Allah sevgisi, Allah qorxusu Quran əxlaqını yaşamaqdakı qətiyyət insanların bir-birlərinə həqiqi sevgi və hörmət bəsləmələrinə səbəb olar. İman olmadan insanların bir-birlərinə göstərəcəkləri hörmət və sevgi sadəcə fiziki xüsusiyyətlərinə, maddi imkanlarına və dünyəvi mövqelərinə əsaslanar. Bunlardan hər hansı birində əksiklik olsa, sevgi və hörmət hissləri də aradan qalxar. İmandan qaynaqlanan sevgi və hörmətdə isə, Allah’ın izni ilə, insanların həyatlarının sonuna qədər davam edəcək bir nemətin qapısı açılar.

Allah Quranda sevgi nemətini iman gətirənlər üçün yaratdığını bu cür açıqlayır:

İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Həqiqi sevgi ancaq hörmətlə yaşana bilər” üzərinə 4 şərh

  1. salamlar.ama tessufki bu heyatda insanlar eslinde heyatda geldikleri kimi gedeceklerini bilmirler.sadece her sey bele olacaq deyib hormetide sevginide itiribler

  2. islamin ozudur sevgi sevgiye inanmayan neye inanir nifetemi ? hormetin yukselisi sevginin emele gelmesine sebeb olur sevgi oldugunda ibadet halah sayilir \ sevgisiz dunya zombi dunyasina doner Allah o gunlerden saxlasin bizi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma