Tanrı zərrəciyini kəşf etdik


imagesİsveçrədə həyata keçirilən CERN fizika tədqiqat mərkəzi kainatın əmələ gəlməsi haqqındakı ən böyük sirlərdən biri qəbul edilən subatom zərrəcik “Hiqs bozonu”nun qəti müəyyən edildiyini bildirib.

CERN Nəhəng Nüvə Toqquşdurucu qurğuda (LHC) keçirilən təcrübələrdə “Tanrı zərrəciyi” adlandırılan Hiqs bozonunun tapıldığını açıqlayıb.

CERN layihəsinin baş direktoru Rolf Heyer 4 iyun 2012-ci ildə təşkil olunan konfransda verdiyi tarixi açıqlamada “yeni subatom zərrəcik kəşf etdiklərini” bildirmişdi. Ancaq bu yeni zərrəciyin Hiqs bozonu olub-olmadığına dair qəti nəticə əldə edilməmişdi. Elm adamları açıqlamalarında nəhəng nüvə toqquşdurucu qurğuda keçirilən təcrübələrin nəticələrinin “Hiqs bozonu”nun tapıldığına dair çox dəqiq məlumatlar daşıdığını bildirmişdi.

CERN tərəfindən bu gün verilən açıqlamada isə LHC-də 3 il ərzində keçirilən təcrübələrin “Tanrı zərrəciyini” qəti aşkar etdiyi ifadə edilib.

Nəhəng məlumat təhlili

CERN-də Hiqz bozonunun tapılması üçün aparılan iki təcrübədə – “Atlas” və “CMS”-də iştirak edən tədqiqat qrupları 2012-ci ilin iyun ayında keçirilən təcrübədə əldə edilən məlumatları tədqiq edib.

CMS qrupundan nümayəndə Co İnkandela “2012-ci ildə əldə edilən məlumatlardan aldığmız ilkin nəticələr əladır və sizə Hiqz bozonunu tapdığımızı deyə bilərəm. Ancaq nə cür Hiqs bozonu olduğunu izah etmək üçün qarşımızda hələ uzun yol var” deyib.

“Atlas” təcrübə qrupundan nümayəndə Deyv Çarlton isə “Nəzərdən keçirdiyimiz yeni nəticələr özünü bu işə həsr etmiş bir çox insanın çox böyük cəhdi ilə əldə edilib. Nəticələr “Standart Model”də olduğu kimi, Hiqz bozonunun xassəsini göstərir. Hiqz səviyyəsində ölçmə proqramlarına başlamışıq” deyə bildirib.

“Standart Model” tamamlanıb

Elm adamları kainatın əmələ gəlməsi haqqında ən əsas məlumatları daşığına inandıqları Hiqz bozonunu kəşf edərək “Standart Model” anlayışında çatışmayan cəhətləri də aradan qaldırmaq istəyirdilər.

“Standart Model” maddəni təşkil edən zərrəcikləri və bu zərrəciklər arasındakı rabitələri təmsil edən 3 qüvvəni (elektromaqnit qüvvəsi, zəif nüvə qüvvəsi və güclü nüvə qüvvəsi) açıqlayır.

Hiqz bozonunun tapılması ilə maddələrin nə üçün müəyyən sıxlığa malik olduğu sualına cavab tapılacaq. Eyni zamanda bəzi maddələrin sıxlığının nə üçün digərlərindən daha çox olduğu da məlum olacaq.

Fizika sahəsində inqilabi kəşf olacaq Hiqz bozonu “Standart Model”i tamamlayaraq kainatın subatom zərrəcik səviyyəsində necə formaya malik olduğunu da göstərəcək.

50 il sonra əldə edilən uğur

Əvvəlcə 1960-cı ildə başlayan təcrübələrlə Hiqz bozonunu axtarmağa çalışan elm adamları subatom zərrəcikləri toqquşdurmaq üçün Fransa-İsveçrə sərhədi altında uzanan 26 km uzunluğundakı Böyük Nüvə Toqquşdurucu qurğuda keçirilən təcrübələrdə nəhayət uğur əldə etdilər.

Böyük Nüvə Toqquşdurucu qurğuda atomları demək olar ki işıq sürəti ilə toqquşduraraq subatom zərrəciklərin üzə çıxarırlar. Elm adamları Tanrı zərrəciyinin toqquşmada saniyənin trilyonda birindən də qısa müddətdə göründüyünü, daha sonra digər zərrəciklərə çevrildiyinə inanırlar.

1993-cü ildə Hiqz bozonu haqqında yazdığı kitabı “Tanrı zərrəciyi” adlandıran Nobel mükafatı laureatı fizik Leon Lederman beləcə subatom zərrəciyin xalq arasında qəbul edilən adını qoyub.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma