İmanlarına zülm qarışdıranlar


imagesİmanlarına  zülm qarışdıranlardan Quranda iman gətirən insanların arasında yaşayan bir qrup kimi bəhs edilir. İmana zülm qarışdırmaq  insanın Allah’ın ucalığını, haqq dinin üstünlüyünü qavramasına, dünya və axirətdə xilas olmaq üçün Qurana tabe olmaqda başqa yol olmadığını anlamasına baxmayaraq, cahiliyyə əxlaqını tamamilə tərk etməməsidir.

İmanına zülm qarışdıranlar imanla yanaşı, nəfslərinə zidd olan vəziyyət olduqda və ya çətinliklə qarşılaşdıqda Quran əxlaqına uyğun hərəkət etmək əvəzinə din əxlaqı ilə yaşamayan insanlar kimi davranırlar. Allah Quranda belə insanların vəziyyətini bizə belə bildirir:

Onlar cahiliyyə hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allah’dan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)

Burada bəhs etdiyimiz insanlar Quranın hökmlərinin bir çoxuna əməl edib bəzən mömin kimi davranırlar. Ancaq bəzi hərəkətlərin Qurana görə səhv olduğunu anlamaya bilər və ya lazımınca dərk etməzlər. Müsəlman kimi yaşadıqları halda, bəzi inanc və davranışların Qurana zidd olduğunun fərqinə varmazlar. Məsələn, bir çox insan hisslərinə qapılmağın Quran əxlaqına zidd olduğunu anlamır və ya buna etinasız yanaşır. Bir qohumu öldükdə müsəlman onun yox olmadığını, ölümün əbədi həyatı üçün yeni başlanğıc olduğunu düşünər və əgər bu qohumu mömindirsə, onun cənnətə gedəcəyini ümid edərək sevinər. Bundan əlavə, ölüm Allah’ın hökmüdür və Allah hər hadisə kimi, ölümü də xeyirlə yaradır. Ona görə də mömin qohumu da olsa, ölümündə xeyir olduğunu bilər və Allah’ın hökmünə razı olar. Bir çox insan bu həqiqəti bilsə də, qohumunun ölümünə görə hisslərinə qapılaraq kədərlənir. Bu cür münasibət həmin insanların – əksini iddia etsələr də – əslində, Quran əxlaqından uzaq olduğunu göstərən dəlillərdəndir.

İman gətirdiyi halda, cahiliyyə həyatı yaşamamaq

Allah Quranda iman gətirənləri gözəl həyatla müjdələmişdir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

Allah’ın Quranda müjdələdiyi əbədi cənnəti istəyən hər insan cahiliyyə əxlaqından qalan gizli və açıq hər cür xüsusiyyətini tərk etməli və əvəzində Qurana uyğun davranmalıdır. Allah’a iman gətirən və Qurana tabe olan hər mömin Qurana daha səmimi yanaşmalı və ayələrdəki mömin əxlaqına zidd olan hər cür davranış və düşüncədən xilas olmalıdır. Quranla bildirilən həqiqətləri sadəcə nəzəri cəhətdən bilməklə kifayətlənməməli, bunları praktiki olaraq hər an həyata keçirməlidir. Allah’ın hər yeri əhatə etdiyini, insanın içindən keçən bütün gizli niyyətlərini bildiyini, gizli qeyri-səmimi hərəkətlərini də gördüyünü unutmamalıdır. Daima Allah qorxusu ilə yaşamalı və Quran əxlaqına uyğun olmayan davranışlarını düzəltməlidir. Əks təqdirdə, yəni pis xüsusiyyətlərindən əl çəkmədən yaşayarsa, əsla əsl mənada iman gətirmiş olmaz. Allah Quranda belə buyurur:

İnsanlar yalnız: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyır! (Ənkəbut surəsi, 2-3)

Müsəlman müəyyən ibadətləri yerinə yetirməklə kifayətlənib çatışmayan cəhətlərinə etinasız yanaşmamalı, Allah’ın, həqiqətən, iman gətirməyən insanlara hər an amansız əzab verməyə qadir olduğunu, gec-tez hər insanın öləcəyini və bütün əməllərinə görə haqq-hesaba çəkilib qarşılığını alacağını düşünməlidir.

İmanına zülm qarışdırmayan,  Quran əxlaqına uyğun yaşayan insan dünyada da mükafatını alacaq. Hadisələrin xeyirli tərəfini düşünmək və sonsuz ağıl sahibi olan Allah’a təslim olmaq insanlara daimi, əsl xoşbəxtliyi qazandırır. Bu xoşbəxtlik Allah’ın ancaq əsl imana malik səmimi möminlərə verdiyi nemətdir.

İman gətirdiyinə və imanına zülm qarışdırmadığına görə, Allah insana əmin-amanlıq və hidayət də bəxş edəcək. Rəbbimiz bunu bir ayəsində belə bildirir:

İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! (Ənam surəsi, 82)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma