Necə nəfəs alırıq?


imagesHeç vaxt nəfəs alıb-vermə nizamını tənzimləmirsiniz. Çünki bəzi hüceyrələriniz sizin əvəzinizə bunu edir. Əgər tənəffüs nizamını tənzimləmək bizim üzərimizə düşsəydi, nəfəs almağı unutduqda, yuxuya getdikdə və ya başqa işlə məşğul olduqda havasızlıqdan ölərdik.

Hər insan üçün həyati əhəmiyyətə malik tənəffüs prosesini tənəffüs mərkəzi tənzimləyir. Mərcimək dənəsi boyda olan bu mərkəz beynimizin “beyin sapı” adlanan hissəsindədir və üç əsas sinir hüceyrəsi qrupundan təşkil olunmuşdur:

  • Birinci hüceyrə qrupu tənəffüsün əsas ritmini tənzimləyir və havanı içimizə çəkməyimiz üçün əmr verirlər. Beləcə, ehtiyacımız olan havanı qəbul edirik.
  • İkinci hüceyrə qrupu isə tənəffüsün sürətini və gedişini tənzimləyir. Ancaq ikinci hüceyrə qrupu işə düşdükdə birinci hüceyrə qrupunun fəaliyyətini impulsla dayandırır. Beləliklə, ağciyərə hava dolması tənzimlənir və nəfəs alıb-verməyimiz sürətlənir.
  • Üçüncü hüceyrə qrupu isə normal tənəffüs prosesində aktiv olmurlar.  Ancaq həddindən artıq havaya ehtiyacımız olduqda işə düşür, qarın əzələlərimizə impuls göndərərək tənəffüs prosesinə qoşulmalarını təmin edirlər.

Bütün bu izah edilənlər həyatda qalmağımız üçün kifayətdirmi? Xeyr.

Tənəffüs kimyəvi yolla da tənzimlənir. Bizim nəfəs alıb-verməyimizin məqsədi qandakı oksigen və karbondioksid miqdarını müəyyən səviyyədə saxlamaqdır. Bu miqdardakı dəyişikliklər isə tənəffüs mərkəzindəki bir hüceyrə qrupunu işə salır və tənəffüsdə pozulmuş ölçülər çox həssas dəyişikliklərlə  lazımi səviyyəyə çatdırılır.

Qandakı oksigen miqdarının tənəffüs mərkəzi ilə birbaşa əlaqəsi yoxdur. Ancaq qandakı oksigen miqdarı müəyyən səviyyədən aşağı düşdükdə beyindən kənardakı şah damar kimi bəzi böyük damarlarda yerləşən çox həssas reseptorlar tənəffüs mərkəzinə impuls göndərir, beləliklə, tənəffüsdə lazımi tənzimləmələr edilir.

Bizim həyatda qalmaq üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir hüceyrə qrupu haradan bilir? Elmin ancaq son 20 ildə aşkar etdiyi bu ağlasığmaz mexanizmi hüceyrələr ilk insandan bəri necə bilirlər?

Üstəlik, bu, o qədər həssas mexanizmdir ki, həyatımız boyu oturarkən, qaçarkən və ya yatarkən heç səhv etmir. Orqanizmimizdəki 100 trilyon hüceyrəyə hər an məhz ehtiyacı olan qədər oksigen göndərilir və zərərli karbondioksid və hidrogen ionu kimi tullantılar dərhal xaric edilir.

Bu gün bəzi elm adamları bütün bu həqiqətləri bildikləri halda, sadəcə materializmə bağlılıqlarına görə, bu qüsursuz sistemin kortəbii təsadüflər nəticəsində meydana gəldiyini iddia edirlər. Halbuki, çox aşkardır ki,  bu mükəmməl nizamın yaradanı sonsuz ağıl sahibi olan Allah`dır.

Necə nəfəs alırıq?” üzərinə 2 şərh

  1. Salam biz nefes almagimizi her deqiqe duwunmuruk.ama men nefes alub vermeni her an duwunurem ve o qeder hessaslawmiwam ki nefes almagimin sesi onu duwunende menim esebime toxunur nece edimki nefes almagimi duwunmuyum bu fikiri aglimdan cixara bilecek bir tutarli meslehet varmi?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma