Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu


imagesSon illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişdilər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdı.

Erik Harris hücum zamanı bu zorakılıq hərəkətinin mənbəyini bəlli edən futbolka geyinmişdi. Futbolkasının üstündə “təbii seçmə” yazılmışdı. Qırğını törədənlər videolarında təkamül nəzəriyyəsindəki təbii seçmə və zəiflərin aradan çıxarılması fikrindən təsirləndiklərini deyirdilər. Terrorda 13 yaşlı qızı Reyçılı itirən, oğlu Kreqi çətinliklə xilas edən Darel Skot bu hadisəni belə danışır:

“Qırğının arxa planına baxılmaması çox təəccüblüdür. Qatil Harris tələbələrə atəş açarkən üstündə “təbii seçmə” yazılmış futbolka geyinmişdi. Zəifləri öldürərək təbii seçməyə kömək etdiklərini etiraf etdikləri video da üzə çıxıb. Özlərini təbii seçmənin nəticəsi olaraq sinif yoldaşlarından üstün görürdülər”.

Harris insanları və bitkiləri peyvənd etməyin təbiətin lazımsız otları təmizləmə prosesinə müdaxilə etmək olduğunu deyən darvinistdir. Hətta təhlükəli qidaların üstündə belə xəbərdarlıq etiketlərinin olmamasını istəmiş: “Təbii seçmənin öhdəsinə buraxaq, bütün kök, çirkin, şikəst, topal, axmaqlar ölər və bəlkə, bu yolla bəşəriyyət özü ilə fəxr edə bilər”, – demişdir.

Kolumbaynda öldürülən altı uşağın ailəsinə vəkillik edən Barri Arrinqton Erik Harrisin Darvinə nə qədər bağlı olduğundan belə bəhs edir:

“Erik Harrisin bütün gündəliklərini oxudum, bütün səs kasetlərini dinlədim, video kasetlərinə baxdım. Başa düşdüm ki, Harris şüurlu şəkildə öz davranışlarını təkamül haqqında öyrəndiklərinin məntiqli nəticəsi hesab edirdi. Darvinizm onun əməllərinin intellektual əsası idi. Harrisin Darvinə sitayiş edən birisi olduğuna və özünü onun prinsiplərini tətbiq edən biri hesab etdiyinə heç bir şübhə yoxdur”.

Psixatriya mütəxəssisi dr. Kubilay Boğoçlu “Psikiyatri ve Hayat” adlı internet saytında Kolumbayn liseyində baş verən terrorun təfərrüatlarına və cinayətkarların psixoloji analizlərinə yer vermişdir. Boğoçlu saytda qırğını törədənlərin ilk qurbanının xüsusi seçildiyini vurğulamışdır. Onların ilk qurbanı qız tələbə Reyçıl Skot idi. Reyçılın atası rahib idi və Reyçıl xristian kimi tərbiyə edilmişdi. Məsələn, məktəbdə oynadığı bir səhnəciyin adı “Quzuları qorumaq” idi. Klibold bu layihə haqqında layihənin hazırlanmasında Reyçıla kömək etdiyi üçün bilirdi. Yəni ilk qurban din adamının qızı idi və zəiflərin qorunmasını izah edən səhnəcik hazırlamışdı.

Halbuki, Harris və Klibold özlərini üstün, güclü canlılar hesab edir, zəifləri məhv etməli olduqlarına inanırdılar. Harris zəifləri aradan qaldırmaq yolu ilə təbii seçmə prosesini izah etdiyi bir videoda təkamül keçirərək sinif yoldaşlarından daha üstün səviyyəyə çatdıqlarını açıq-aşkar demişdi.

Harris darvinist yanaşma tərzini internetdə yayımladığı bir videosunda belə ifadə edirdi:

“Yaxında gələcəyəm. Hamı üçün gələcəyəm. Dişlərimə qədər silahlanacağam, hər şeyi, hər kəsi öldürəcəyəm. Qanunları mən qoyacağam (qanun mənəm). Bu qanunları bəyənməsən, öləcəksən! Əgər səndən və məndən istədiyin şeydən xoşum gəlməsə, səni öldürərəm. Mənim sizinlə problemləri həll etmə yolum budur – öldürmək!”

2007-ci ildə Pensilvaniyada məktəbdə qırğın törətməyə hazırlaşarkən tutulan bir tələbənin də “Natural Selection’s Army” (Təbii seçmə ordusu) adlı bir internet səhifəsinə tez-tez daxil olmasının aşkar edilməsi bu batil düşüncə tərzinin terror hadisələrində mühüm amil olduğunu üzə çıxarmışdır. Habelə, bu saytın istifadəçiləri “qatillər üçün kiber-məktəb” adlandırılan bir çox forumlarda da iştirak edirdilər. Bu saytlar polis tərəfindən üzə çıxarıldıqda dərhal server tərəfindən bağlandı. Ancaq bu gün hələ də birçox gənc ani, ifrat vəhşiliyi Darvinin dövrü ilə əlaqələndirən kompyuter oyunu oynamaqda davam edir. Rəqib tərəflərin bir-birlərini öldürməyə çalışdığı bu məşhur kompyuter oyununun adı “təbii seçmə”dir. Qəhrəmanları Harris və Klibold olan bu oyunda Kolumbayn qırğınlarının orijinal görüntülərindən istifadə edilir.

KİV-ə verilən məlumatlara əsasən, “Təbii seçmə ordusu” saytına tez-tez daxil olanlardan biri də 18 yaşlı finlandiyalı şagird Pekka Erik Auvinendir. Auvinen 7 noyabr 2007-ci ildə Tuusula şəhərindəki Yokela liseyinə etdiyi silahlı hücumda 6 şagirdi və 2 məktəb nümayəndəsini öldürmüş və sonra özü də intihar etmişdi.

“Nəzəriyyədən ilham aldım” başlıqlı qəzet xəbərində Auvinenin törətdiyi qırğının ardındakı səbəb belə izah edilmişdir:

“Finlandiyada 7 noyabr 2007-ci ildə oxuduğu məktəbə silahla hücum edən 18 yaşlı şagird Pekka Erik Auvinen müəllimini dizi üstə çökməyə məcbur etdikdən sonra vurub öldürdü. Səkkiz sinif yoldaşını da qətlə yetirən Auvinenin də Darvinin təkamül nəzəriyyəsindən ilham alaraq qurulan “Təbii seçmə ordusu” adlı internet saytının istifadəçilərindən olduğu üzə çıxdı. Auvinen sonradan Darvinin nəzəriyyəsindən ilham alaraq qətliam törətdiyini etiraf edib”.

Pekka Erik Auvinen qırğından əvvəl internetdə özünə bəraətnamə hazırlamışdı. Auvinen bu nitqində özünü sosial darvinist adlandırır, təbii seçmənin artıq işləmədiyini və hətta tərsinə işlədiyini deyirdi. Ağılsız, zəif, axmaq insanların zəkalı, güclü, ağıllı insanlardan daha sürətlə çoxaldığından bəhs edirdi. Əgər cəmiyyət ikinci tip insanların həyatda qalmasını təmin etməsə, gen hovuzunun pozulacağına əmin idi. Bu problemi həll etməyə çalışırdı. Nəhayət həyatın sadəcə mənasız təsadüflər və uzun kortəbii mutasiyalardan ibarət olduğunu və bir şey etməyin faydasız olduğunu düşündü. Lakin son anda təbiətin mərhəmətsizliyini təqlid edərək təbii seçici kimi öz öhdəsinə düşəni etməyi qərara aldı.

Auvinen bu qərarını belə əsaslandırırdı:

“Yer üzündəki murdarlara mərhəmət yoxdur. İnsan sevgisinə həddindən artıq dəyər verilir. Güclünün həyatını davam etdirməsini təmin etməli və təbii seçməni yenidən işə salmalıyıq”.

18 yaşlı Auvinen qırğından əvvəl müxtəlif istifadəçi adları ilə bir çox video yayımlamışdı. Videolar bədbin, aqressiv fon musiqisi olan vəhşilik səhnələrindən ibarət idi.  Belə bir qanlı qırğın törədən birisinin zorakılığa meyilli olması, şübhəsiz ki, kimsəni təəccübləndirməz. Ancaq videolardan biri bu vəhşiliyin arxa planını göstərməsi baxımından diqqət çəkirdi. Auvinen saytlardan birində “Hamınızı öldürəcəyəm 667” (I’m gonna Kill You All 667) istifadəçi adı ilə yüklədiyi “Mənim fəlsəfəm” adlı videoda bu qırğını təbii seçmənin tələbi kimi törətdiyindən bəhs edirdi.

Təbii seçmə Çarlz Darvinin təkamülün əsaslarından biri kimi göstərdiyi anlayışdır və həyat uğrunda mübarizə aparan heyvanlar arasında güclülərin zəifləri məhv etməsini ifadə edir. Heç bir elmi tapıntıya əsaslanmayan təbii seçmə anlayışı istər insanı şüursuz təbiət hadisələrinin məhsulu kimi təsvir etməsi, istərsə də zorakılığa əsaslandığına görə, həm ateist ideologiyaların, həm də zorakılıq tərəfdarı cərəyan və hərəkatların əsasına çevrilmişdir. İkinci Dünya Müharibəsində milyonlarla insanı ölümə göndərən diktatorlar müharibəni təbii seçmənin tələbi hesab etmiş, təbliğatlarında darvinizmə əsaslanmışlar.

Birtərəfli darvinist təhsilin nəticələri

Darvinist təhsil insanlara həyatlarının məqsədi olmadığını təlqin edərək onları hər cür ümid və sevincdən məhrum, bədbin, cani xarakterli ruhi xəstələrə çevirir.

Darvinist təhsilin səbəb olduğu əxlaqi pozuntu və vəhşiliyin digər nümunəsi də həbs olunmazdan əvvəl 17 uşağı öldürən amerikalı qatil Cefri Dahmerdir. Dahmer ölümündən əvvəl Dateline NBC kanalına verdiyi son müsahibəsində belə açıqlama verir:

“Əgər bir insan bir Yaradanın varlığını və Onun qarşısında məsul olduğunu düşünmürsə, onda niyə onun davranışlarını islah etməyə çalışırsınız? Mən də belə düşünürdüm. Həmişə təkamül nəzəriyyəsinin, yəni bizim təsadüfən sadəcə palçıqdan əmələ gəldiyimizin doğru olduğuna inanmışam. Öldükdə də hər şey bitir, artıq heç bir şey yoxdur”.

Darvinin kütlələri zəhərlədiyi batil inanc insanları vəhşi qatilə çevirir. İnsanlara bir Yaradan qarşısında məsul olmadıqlarını təlqin edən, onları məqsədsiz, məsuliyyətsiz, nəzarətsiz varlıqlar olduqlarına inandıran, insanı heyvan hesab edən və ölümü qəti son kimi göstərərək insanları axirət həqiqətindən uzaqlaşdırmağa çalışan bu azğın inancın gətirdiyi  nəticə budur.

Son iki yüz ildir dünyaya müharibələri, qırğınları, zalımlığı, terroru, cinayətləri, soyqırımları, degenerasiyanı və hər cür bəlanı gətirən ən böyük batil ideologiya darvinizmdir. Cəmiyyətdə bir vaxtlar təşəkkül edən dinsizliyin, irqi ayrı-seçkiliyin, soyqırımın səbəbi olan faşizmin, kommunizmin və dünya müharibələrinin ardında KEÇƏN ƏSRİN ƏN BÖYÜK YALANI VƏ BƏLASI OLAN DARVİNİZM VAR.

Darvinin başlatdığı bu qara bəlanın cəmiyyətə mənfi təsiri dövrümüzə qədər davam etmişdir. Darvinizmin dövrümüzdəki ən güclü müdafiəçilərindən biri olan Riçard Dokinzin son kitabı da insanları Allah inancından uzaq, bədbinliyə və ümidsizliyə sürükləyən təlqinlərlə doludur. Bununən əsas nümunələrindən biri Amerikadakı Cess Kilqor adlı 22 yaşlı tələbədir. Bu gəncə professoru Dokinzin kitabını oxumağı tövsiyə etmiş, gənc kitabı oxuduqdan sonra intihar etmişdir.

Bu qaranlıq bəla, yəni darvinizm insanları ölümə, cinayətə, bədbinliyə, yoxluq hissinə, vəhşiliyə sürükləyən, insanlara təsadüfən əmələ gəlmiş heyvan olduğunu təlqin edən azğın inancdır. Bu dinin bir neçə təmsilçisi insanları Allah inancından uzaqlaşdırmaq üçün var gücləri ilə cəhd göstərirlər. Ona görə, darvinizmin əsassız olduğunu məktəblərdə öyrədilməsinə ciddi qarşı çıxır, yaradılışı sübut edən fosilləri gizlədir, zülalın təsadüfən əmələ gəlməyəcəyini, 350 milyondan çox fosilin darvinizmi təkzib etdiyini etiraf etmirlər. Ancaq bütün bu tədbirlərinə baxmayaraq, XXI əsrdə insanlar artıq yalanlara aldanmırlar. Darvinizmin saxtakarlıq olduğu bütün dünyada ifşa edildikdən sonra darvinizmi dirçəltmək üçün edilən bütün cəhdlər boşa çıxmışdır.

Darvinizmin cəmiyyətdəki məhvedici təsiri nəzərə alınaraq məktəblərdə birtərəfli darvinist təhsilə son verilməlidir

Yokela, Kolumbayn və Virciniya Texniki Universtitetində törədilən qırğınlar zamanı canilərin ruhi vəziyyətinin və onları bu davranışlara təşviq edən fərdi səbəblərin üzərində dayanmaq, əlbəttə, lazımlıdır. Ancaq bütün bu hadisələrin əsl mənbəyi məktəblərdə hələ də tədris edilən təkamül nəzəriyyəsidir. Məlum olduğu kimi, təhsil müəssisələrində şagird və tələbələrə həyatın yer üzündə öz-özünə əmələ gəldiyi və insanın təbii seçmə nəticəsində meydana gəlmiş meymun növü olduğu “elmi faktlar” kimi öyrədilir. Yokela, Kolumbayn və Virciniya Texniki Universiteti qırğınlarını törədən canilər də məktəbdə darvinist təhsil almış insanlardır.

Təkamül nəzəriyyəsi dərsliklərdə elmi həqiqət kimi öyrədilir və darvinizmlə yanaşı, qarşı fikir, yəni kainatın və insanların Allah tərəfindən dəyərli məqsəd uğrunda yaradılmasının elmi yolla öyrədilməsi qadağandır. Yəni təkamül nəzəriyyəsi birtərəfli şəkildə, “elmi fakt” kimi göstərilərək tədris edilir. Halbuki, təkamül nəzəriyyəsi 350 milyon fosilin canlıların dəyişmədiyini açıq-aydın göstərməsilə süqut etmiş əsassız nəzəriyyədir. Daha dərinə getdikdə isə cansız varlıqlardan canlılıların əmələ gəldiyini iddia edən darvinizmin öz iddiasının necə həyata keçdiyini açıqlaya bilmədiyini görürük. Hər tərəfdən sıxışdırılmış təkamülçülər hiylələrə əl atırlar. “Piltdaun adamı” saxtakarlığı kimi tanınan, insan kəlləsi fosilinə oranqutan çənəsi birləşdirərək hiyləli yolla düzəltdikləri saxta fosil buna nümunədir.

Yuxarıda təkamül nəzəriyyəsinin cavablaya bilmədiyi məsələləri çox qısa təhlil etdik, lakin belə sualların sayı mini keçir və elmin inkişafı ilə bu say getdikcə artır. Ancaq məktəblərdə kiçik yaşlardan etibarən aldıqları birtərəfli darvinist təhsilə görə şagird və tələbələr təkamül nəzəriyyəsinin vəhşiliyə sürükləyən iddialarını doğru hesab edir və bunun nəticələri qorxunc olur.

Tez bir zamanda təkamül nəzəriyyəsinin birtərəfli tədris edilməsinə son qoymalı və dərsliklərdə təkamül nəzəriyyəsinə qarşı çıxan elmi faktlara da yer verilməlidir. Təhsil siyasətini müəyyənedənlər darvinist təhsilin bu cür nəticələr verəcəyini bilməli, bu məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Dərsliklər buna əsasən tərtib edilməli, gənclərə darvinizmin elmi cəhətdən süqutu və ideoloji arxa planı haqqında məlumat verilməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma