Sonar sistemi ilə görən delfinlər

jpeg-fondos-de-delfines-imagen-bonito-delfin-107915Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.

Sonarın göndərdiyi siqnallar cisimlərə dəydikdən sonra təkrar geri qayıdaraq delfinin alt çənəsinə çatır və buradan da lipid adlı yağ vasitəsilə daxili qulağa ötürülür. Oxumağa davam et

Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu

imagesSon illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişdilər. Oxumağa davam et

Termit yuvaları

termit-yuvasiHeç kim termit koloniyasının torpağın üstündə inşa etdiyi yuvanı gördükdə təəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə çatan memarlıq nümunəsidir.

Bir termitin boyu ilə inşa etdiyi yuvanın hündürlüyünü müqayisə etdikdə onun özündən təxminən 300 dəfə böyük memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Lakin bunun daha da təəccüblü cəhəti termitlərin kor olmalarıdır.

Kor termitlərin tikdiyi bu nəhəng yuvaları heç görməyən biri bunların qum təpələrinin üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası mükəmməl bir plan əsasında inşa edilir. Oxumağa davam et

Viruslara qarşı “vip” nanozərrəcik metodu

imagesAlimlər virusların törətdiyi infeksiyaları müəyyən etmək və aradan qaldırmaq üçün virusla etiketlənmiş nanozərrəciklərdən istifadə etməyi düşünürlər.

Biologiya və tibb sahəsində nanotexnologiyanın nailiyyətlərindən getdikcə daha çox faydalanmağa başlayan alimlər ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrə nanozərrəcik köçürdükdən sonra indi də viruslarla mübarizədə nanozərrəciklərdən istifadə etməyə hazırlaşırlar.

İsveçrəli tədqiqatçılar orqanizmə daxil olan virusları müəyyən edəcək və onları məhv etmək üçün mübarizə aparacaq nanozərrəciklər hazırlamağa çalışır. İmmun sistemi viruslar bədənə daxil olduqda qarşılaşdığı təhlükəyə aid xüsusi antitellər hasil edir. Oxumağa davam et

Orqanizmimizin ağıllı silahları: antitellər

servier-ve-macrogenis-den-kanser-antikor-arastirma-ortakligi-isbirligi-dartİnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.

Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.

Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı bacarırlar. Ancaq onları immun sisteminin güclü döyüşçüləri gözləyir. İmmun hüceyrələri adlandırılan bu döyüşçülər faqositlər, makrofaqlar, limfositlər kimi hüceyrələrdir. Oxumağa davam et

Yarpaqlar

imagesYarpaq tökülməsi hər yarpağın saplağı ilə budağı arasında baş verən çox kompleks proseslər nəticəsində həyata keçir. Mövzu haqqında məlumatı olmayan insanlara yarpaqların tökülməsi olduqca sadə görünə bilər. Hər dəfə payız gəldikdə eyni prosesin qüsursuz reallaşması, üstəlik, bu hadisənin milyonlarla ildir davam etməsi insanlarda alışqanlığa çevrilə bilər. Halbuki, ağaclar yarpaqlarını tökərkən hər yarpaq üçün olduqca kompleks, silsiləli kimyəvi reaksiyalar həyata keçirirlər. Bu sayədə, ağacın qidasının hədər olmasının və ağaca mikrob yoluxmasının qarşısı alınır.

Yarpaq tökülmədən əvvəl zülal və karbohidrat kimi lazımlı maddələr bitkinin gövdəsinə yığılır. Oxumağa davam et