Bədənimizdə fövqəladə hallarda fəaliyyətə keçən müdafiə üsulları

fft99_mf2778539İnsan orqanizmi qüsursuz müdafiə sistemi ilə birlikdə yaradılmışdır. Huşunu itirmək, asqırmaq, hərarətin qalxması, qaralmaq, hıçqırmaq kimi gündəlik həyatda bizə adi gələn bədəndəki reaksiyalar, əslində, Allah’ın orqanizmimizdə yaratdığı müdafiə mexanizmləridir.

Asqırmağın qarşısının alınmasını həkimlər nə üçün tövsiyə etmirlər?

Asqırarkən gözlərimizi qırpmamaq nə üçün mümkün deyil?

Çox vaxt tərsinə düşünülsə də, hərarətin qalxması, əslində, xəstəliyin mənfi əlaməti deyil. Bəs nə üçün xəstələndikdə hərarətimiz qalxır?

Hıçqırmaq həzm sistemimizə necə kömək edir? Oxumağa davam et

Bal arısı

bal-arisi-61463Bal arısı dayanmadan və dincəlmədən gündə iyirmi min çiçəyə qonur. Həyatı boyu  2.000.000 km-lik yol qət edir və bu məşəqqətli işin nəticəsi olaraq bizə bal kimi dadlı qida verir.

1-Arıya bal hazırlamaq qabiliyyətini kim öyrədib? Bütün insanlar toplanıb bir qramını belə hazırlaya bilmədiyi balı bu həşərat necə düzəldir? Yoxsa bizdən ağıllıdır?

2-Arının təkcə bal hazırlamağı bilməsi kifayət deyil. Bal həm də insan üçün çox faydalıdır. Deməli, balı hazırlayanın insan orqanizmi barədə məlumatı olmalıdır. Halbuki, arıda belə bir elmi yoxdur. Oxumağa davam et

Dilin möcüzəvi quruluşu

imagesAğlınıza gələn düşüncələri Allah’ın sizin üçün yaratdığı qüsursuz sistem sayəsində ifadə etdiyinizi bilirsinizmi? Eyni şəkildə, deyilənləri anlamanız da bu qüsursuz sistemin bir hissəsidir. Sözlər siz fərqində olmadan beyninizdə mənaları ilə birlikdə yerlərini tuturlar. Bəs bu, necə baş verir?

Danışmaq üçün xüsusi cəhd göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin bir-birindən nə qədər aralı olmasını, nə qədər titrəməsini, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansını hansı sıra ilə və neçə dəfə, nə qədər gərib-boşaltmağı, ciyərlərimizə neçə sm3 hava alıb və bu havanı hansı sürət və fasilələrlə xaric etməyi hesablamırıq. İstəsək də, bunu edə bilmərik! Oxumağa davam et

Hörümçəyin yabanı arını ovlama səhnəsini əks etdirən 110 milyon il yaşı olan fosillər

imagesPaleontoloqlar hörümçəklə yabanı arının kəhrəba içində mükəmməl şəkildə qorunmuş fosilini tapıblar. Myanmada tapılmış fosilin təxminən 97-110 milyon il yaşında olduğu bildirilir. Ən maraqlısı budur ki, hörümçəyin yabanı arını ovlama səhnəsi bütün incəlikləri ilə kəhrəbanın içində mükəmməl şəkildə qalmışdır.

Amerikanın Oreqon Universitetindən (Oregon State University) zoologiya üzrə professor Corc Poynar (George Poinar): “Cavan hörümçək balaca yabanı arını yeməyə hazırlaşırdı, lakin bu ona qismət olmayıb. Bitkidən axan qətran hər ikisini əhatəyə alaraq udub və hörümçəyi əbədi intizarda qoyub”. Oxumağa davam et

Fiziki qanunları bilən kəpənəklər

hd kelebek wallpaperKəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanadları, zərif uçuşları ilə təbii gözəl olan bu canlılar Allah’ın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Olduqca qısa ömür sürmələrinə baxmayaraq, bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparırlar. Məsələn, uçmaq üçün kəpənəklərin bədəni müəyyən temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nə etdiyini birlikdə öyrənək.

Colias kəpənəyinin bədən temperaturu 28 dərəcədən aşağı olarsa, uça bilməz. Belə olduqda, kəpənək dərhal qanadlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdırdıqda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Oxumağa davam et