Paleontoloqlar hörümçəklə yabanı arının kəhrəba içində mükəmməl şəkildə qorunmuş fosilini tapıblar. Myanmada tapılmış fosilin təxminən 97-110 milyon il yaşında olduğu bildirilir. Ən maraqlısı budur ki, hörümçəyin yabanı arını ovlama səhnəsi bütün incəlikləri ilə kəhrəbanın içində mükəmməl şəkildə qalmışdır.
Amerikanın Oreqon Universitetindən (Oregon State University) zoologiya üzrə professor Corc Poynar (George Poinar): “Cavan hörümçək balaca yabanı arını yeməyə hazırlaşırdı, lakin bu ona qismət olmayıb. Bitkidən axan qətran hər ikisini əhatəyə alaraq udub və hörümçəyi əbədi intizarda qoyub”.
Amerikanın Kentukki ştatından olan alim, həmçinin kolleksioner Ron Bakli (Ron Buckley) isə bildirib ki, hörümçəyin ova hazırlaşma səhnəsini əks etdirən kəhrəba ilk dəfədir ki, rast gəlinmişdir. Kəhrəbada hörümçəyin torunu da görmək mümkündür. Bu barədə Historical Biology jurnalı xəbər verdi.