Bədənimizdə fövqəladə hallarda fəaliyyətə keçən müdafiə üsulları


fft99_mf2778539İnsan orqanizmi qüsursuz müdafiə sistemi ilə birlikdə yaradılmışdır. Huşunu itirmək, asqırmaq, hərarətin qalxması, qaralmaq, hıçqırmaq kimi gündəlik həyatda bizə adi gələn bədəndəki reaksiyalar, əslində, Allah’ın orqanizmimizdə yaratdığı müdafiə mexanizmləridir.

Asqırmağın qarşısının alınmasını həkimlər nə üçün tövsiyə etmirlər?

Asqırarkən gözlərimizi qırpmamaq nə üçün mümkün deyil?

Çox vaxt tərsinə düşünülsə də, hərarətin qalxması, əslində, xəstəliyin mənfi əlaməti deyil. Bəs nə üçün xəstələndikdə hərarətimiz qalxır?

Hıçqırmaq həzm sistemimizə necə kömək edir?

İnsan orqanizmində hər cür incəliklərinə qədər planlaşdırılmış həssas sistem mövcuddur. Bədənimizdə, biz fərqinə varmadan hər saniyə milyonlarla proses baş verir, reaksiyalar gedir, hüceyrələr ölür, yeniləri yaradılır. Orqanizmdəki bu proseslər biz yatarkən də davam edir.  Bədənimizi fövqəladə hallarda qorumaq üçün fəaliyyətə keçən reaksiyalardan biri də xüsusi müdafiə mexanizmidir.

Bədənimizdəki hər orqanın, hər hüceyrənin, hər sistemin müəyyən funksiyası var. Bu sistemdə ən kiçik çatışmazlıq belə nizamın pozulmasına gətirir. Ona görə, insan fərqində olmasa da, bu xüsusi müdafiə mexanizmləri fövqəladə hallarda eynilə bir ordu kimi insan orqanizmini qoruyur. “Müdafiə sistemi” adlanan bu mexanizm dünyanın ən intizamlı, mürəkkəb və müvəffəq ordusudur. Piyadalardan, ağır zirehlilərdən, tədqiqatçılardan ibarət, hətta düşmənləri müəyyən edən əməliyyat mərkəzinə malik müdafiə sistemi həyatımız boyu mikroblarla mübarizə aparır, bədənimizdəki qüsurları aradan qaldırır.

İnsan orqanizmi bir növ qorunan qalaya bənzəyir. Şübhəsiz, ətrafı saysız-hesabsız düşmənlə mühasirəyə alınmış qalanın qorunması da tam mükəmməl və planlı şəkildə olmalıdır. İnsan davamlı onu qoruyacaq bu misli görünməz müdafiə sistemi ilə birlikdə yaradılmışdır.

Hər insan bədənimizdəki sistemlərdə əks olunan bənzərsiz nizamı, üstün yaradılışı gördükdə yalnız sonsuz güc sahibinin və üstün ağılın bütün bunları yaratdığını anlayar.

Bədənimizdəki müdafiə metodlarından nümunələr

Bədənimizdə fövqəladə hallarda fəaliyyətə keçən xüsusi müdafiə metodları, onları tədqiq edən bütün ağıl sahiblərini heyrətə gətirir. Hər mərhələsi ayrıca bir plan üzrə çalışan müdafiə mexanizmlərindən bəziləri bunlardır:

  • Nəfəs yollarını təmizləyən təbii müdafiə metodu: asqırma

İnsan nə üçün asqırır?

Asqırma burunun selikli qişasında insanı narahat edən maddənin kənar edilməsi üçün meydana gələn refleksdir. Asqırarkən burundan şiddətlə hava çıxır, beləliklə, nəfəs yolu təmizlənir.

İnsan necə asqırır?

Burunun selikli qişasında narahatlıq verən maddə buradakı sinirləri oyadır. Beyinə göndərilən siqnallar vasitəsilə beyindəki refleks mərkəzləri asqırma əmrini verir.

Asqırmağın insan orqanizminə təsiri

Asqırma əsnasında üz, sinə və qarın əzələlərinin əksəriyyəti gərilir. Bu gərilmələr uyğunluq içində baş verir. Beyin və onurğanın təmin etdiyi bu uyğunluq sayəsində insan asqırmanın qarşısını ala bilmir. Asqırma nəticəsində insanın bədənində əmələ gələn təzyiq kapilyarların zədələnməsinə səbəb olur, buna görə də həkimlər asqırmağın qarşısını almamağı məsləhət görürlər.

Asqırmanı həyata keçirən sinirlər eyni zamanda gözün xarici səthində yerləşən buynuz qişa ilə də əlaqədardır. Ona görə, asqırdıqda gözlərimiz də yaşarır və gözləri açıq tutmaq mümkün olmur. Burun tənəffüs sisteminin başlanğıcıdır. Buraya daxil olan və havanın keçməsinə mane olan və ya narahatlıq gətirən maddələr asqırma refleksi ilə təmizlənir. Bu refleks tamamilə qeyri-iradi və ani baş verir. Bədənimiz, biz fərqinə varmadan Allah’ın ilhamı ilə hər saniyə qorunur və öz orduları ilə düşmənlərdən müdafiə olunur.

  • Həzm sisteminə daxil olan havanı çıxarma metodu: hıçqırma

Nə üçün hıçqırırıq?

Yemək yeyərkən və ya su içərkən udqunduqda bəzən mədəyə az miqdarda hava gedir. Hıçqırma yeməklə birlikdə həzm sisteminə daxil olan bu havanı çıxartmaq üçün həzm sisteminin verdiyi reaksiyadır.

Necə hıçqırırıq?

Havanı udduqda diafraqma dərhal büzüşür və ani, sürətli nəfəs alma baş verir. Bu əsnada boğazımızın yuxarı tərəfində, səs tellərinin yerləşdiyi hissədə qapanma baş verir və buradan keçən havanın qarşısı bir anlıq kəsilir. Bu da boğazımızdan səs çıxmasına səbəb olur.

Mədə və diafraqmanın sinirləri bir-birinə çox yaxın olduğuna görə bu iki orqan bir-biri ilə sıx əlaqədardır. Ona görə, insan yemək yedikdən və ya su içdikdən sonra hıçqırır. Həzm prosesi qurtardıqdan sonra isə hıçqırıq dayanır.

Hıçqırmanın orqanizmə təsiri

Əgər bədənimizdə hıçqırıq refleksi olmasaydı, həzm sisteminə daxil olan havadan xəbərimiz olmazdı. Mədəmizdə narahatlıq hiss etsək də, bu havanı çıxarmaq üçün hıçqırmaq lazım gəldiyini bilməz, bilsək də, bunu bacarmazdıq. Öz iradəmizlə bunu etməyə çalışsaq, bir az da narahat olardıq. Halbuki, bunlara heç ehtiyac olmadan Allah’ın ilhamı ilə orqanizmdə baş verən bu refleks nəticəsində bu cür narahatlıqların qarşısı alınmışdır. Şübhəsiz ki, belə bir sistemin təkamülçülərin iddia etdiyi kimi təsadüfən əmələ gəlməsi cəfəngiyyatdır. İnsan orqanizmindəki hər incəlik Yaradıcının qüsursuz yaratma sənətini əks etdirir.

  • Orqanizmin dincəlmə əmri: hərarətin qalxması

 Nə üçün hərarətimiz qalxır?

Hərarətin qalxması insan orqanizminin xəstəliklərlə mübarizəsinin əlamətidir. Nəticədə insan uzanıb dincəlməyə məcbur olur. Beləliklə, orqanizmin mikroblarla mübarizə aparmaq üçün ehtiyacı olan enerji yerimək, gəzmək, işləmək və s. kimi işlərə sərf edilmir. Ona görə də hərarətin qalxması xəstəliyin mənfi əlaməti deyil, insanı dincəlməyə məcbur etmək üçün yaradılmış xüsusi təhlükəsizlik tədbiridir.

Hərarətimiz necə qalxır?

Hərarətimizin qalxması beyinin “hərarət mərkəzi” tərəfindən təmin olunur. Beyinin hərarət mərkəzi “İL-1” adlı maddə tərəfindən hərəkətə gətirilir. Hərarət təhlükəli səviyyəyə çatdıqda isə orqanizmdə ifraz olunan kortizol hormonu fəaliyyətə keçir. Kortizol hormonunun müxtəlif funksiyaları var. Bu hormon eyni zamanda təhlükəli hərarətin qarşısının alınması üçün də yaradılmışdır. İnsan yüksək hərarətdən ölmə təhlükəsi ilə üzləşdiyi zaman kortizol hormonu işə düşür və hərarət mərkəzini aktivləşdirən “İL-1” maddəsinin ifrazını dayandıraraq hərarəti aşağı salır.

Hərarətin qalxmasının insan orqanizminə təsiri

Hərarətin qalxması mikroblu xəstəliklərin güclənərək orqanizmə zərər verməsinin qarşısını alan mexanizmdir. Bədənin temperaturu yüksək olduqda bakteriyaların çoxalmasına səbəb olan dəmir, sink və misin miqdarı azalır. Bundan əlavə, hüceyrənin həzm orqanoidi olan lizosomlar asanlıqla bölünür. Lizosomların bölünməsi nəticəsində əmələ gələn parçalayıcı fermentlər hüceyrələri içindəki viruslarla birlikdə öldürür. Yüksək temperatur müdafiə hüceyrələri olan limfositləri çoxaldır. Eyni zamanda virusları öldürən interferon ifrazını da gücləndirir.

Orqanizmin enerji əldə etmək üçün bu metoddan istifadə edərək özünü dincəlməyə məcbur etməsini bir anlıq düşünsək, bunun nə qədər həssas sistem nəticəsində baş verdiyini anlayarıq. Şübhəsiz, Allah orqanizmdəki bütün sistemləri bir-biri ilə uyğun və qüsursuz şəkildə yaratmışdır. İnsan orqanizmindəki hər hüceyrədə təzahür edən ağıl və şüur onları yoxdan yaradan Allah’ın sonsuz elmini əks etdirir.

  • İnsan orqanizminin özünü “gözləmə vəziyyətinə” salması: huşu itirmə

Nə üçün huşumuzu itiririk?

Ürək döyüntülərinin, tənəffüsün həqiqətən və ya görünüşdə dayanması ilə meydana gələn müvəqqəti şüur qapanmasına “huşu itirmə” deyilir. Huşunu itirmək də eynilə digər reflekslər kimi qeyri-iradi baş verən şüur qapanmasıdır. Orqanizm çətinliklərə tab gətirmədikdə enerji əldə etmək, güclü ağrı hissindən qorunmaq və ya beyinə artıq qan getməsinin qarşısını almaq üçün bu refleks baş verir. Bu proses bir növ kompyuterlərdəki gözləmə vəziyyətini xatırladır. Huşu itirmə eyni zamanda orqanizmdəki başqa problemlərdən də xəbər verir.

Sinir sistemi olduqca həssas olan insanlar tez-tez huşunu itirirlər. Həddindən artıq həyəcan, qorxu, stress, gün vurması, pis qoxular, diş çəkilməsi, qan görmək, kəskin sancı, dözülməz ağrı və s. hallar huşu itirməyə səbəb olur.

Huşumuzu necə itiririk?

İnsan huşunu itirməzdən əvvəl başı hərlənir və gözləri qaralır. Əsasən, qulaqlarında küy olur. Üzü saralır, nəbzi çox yavaşlayır. Əlləri soyuyur, dodaqlarının və üzünün rəngi solur. Alnı və üzü soyuq tər verir. Nəticədə, insan huşunu itirir.

 Huşu itirmənin insan bədəninə təsiri

Huşunu itirən bir insan bir neçə dəqiqədən sonra yavaş-yavaş ayılır, özünə gəlir. Öncə, üzünün rəngi əvvəlki halını alır, ürək döyüntüləri normallaşır və nəbzi hiss edilir. İnsan dərin yuxudan oyanmış kimi şüuru yerinə qayıdır.

Qüsursuz yaradılış

Bədənimizi tədqiq etdikdə qeyri-iradi işləyən orqanlarla, öz-özünü qoruyan, sağaldan və qüsursuz çalışan heyranedici sistemlərlə qarşılaşırıq. Məlumdur ki, müdafiə sistemindəki hüceyrələr və ya müxtəlif orqanlar fərqli metodlardan istifadə etmək, əlaqə qurmaq, planlaşdırmaq və bu plana uyğun mütəşəkkil hərəkət etmə və s. xüsusiyyətlərə öz iradələri ilə sahiblənməyiblər. Hətta insanlar belə bu cür qüsursuz şəkildə mütəşəkkil hərəkət edib səhvsiz, unutmadan, qarışıqlıq əmələ gətirmədən fəaliyyət göstərə bilməz. Bütün sistemləri qüsursuz şəkildə idarə edən Allah insanları mükəmməl bir nizama uyğun olaraq yaratmışdır. Öyrəndiyimiz hər məlumat bizə Yaradıcının üstün qüdrətini sübut edən yaradılış dəlilidir.

 Qaralma, əslində, orqanizmin müdafiə mexanizmidir

Qaralma dərimizin “derma” təbəqəsindəki rəng hüceyrələrinin kimyəvi reaksiyasıdır. Bu hüceyrələr günəş işığının tərkibindəki ultrabənövşəyi şüalara məruz qaldıqda dərhal “melanin” adlı tünd rəngli maddələrin miqdarını artırır. Bu rəng zərrəciklərini buraxan xüsusi hüceyrələrə isə melanosit deyilir. Melanositlər çıxıntıları sayəsində dərinin xarici qatının üst hissələrinə melanin (rəng zərrəcikləri) ötürür. Günəş şüaları melanositlərə oyanma göndərir, əvvəlcə dəri qalınlaşır, daha sonra dəri özünü qorumaq üçün artıq rəng maddəsi ifraz edir və tündləşir. Beləliklə, melanin piqmenti ultrabənövşəyi şüaların dərinin xarici qatından daxilinə keçməsinin qarşısını alır, dəridə günəş şualarına qarşı müdafiə qatı əmələ gətirir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma