Bu çiçəklər Amazon çayının dibindəki bataqlığın içində böyüməyə başlayırlar və daha sonra çayın üzərinə doğru uzanırlar. Məqsədləri yaşaya bilmələri üçün lazım olan işığa çatmaqdır. Suyun üzərinə çıxdıqları zaman böyüməyi dayandırır və burada üstü tikanlı yumru tumurcuqlar əmələ gətirirlər. Tumurcuqlar bir neçə saat ərzində təxminən iki metrlik böyük yarpaqlara çevrilirlər. Beləliklə, bitki nə qədər bol yarpaqla çayın üzərini örtərsə, gün işığından o qədər çox faydalanır. Oxumağa davam et
Ay: 2014
Allahın sevmədiyi davranışlar
İnsan yer üzündə ən çox Allah sevgisinə möhtacdır. Allahın rizasını qazanmaq, Onun qatında sevilən biri olmaq ən böyük gözəlliklərdəndir. Bu səbəbdən səmimi müsəlmanın ən əsas vəzifəsi Rəbbimizin rizasını qazanmaq və Onun razı olmadığı hər şeydən çəkinmək olmalıdır. Bunun üçün hər müsəlman inanmayanların göstərdiyi pis əxlaqi xüsusiyyətlərdən uzaq olmalı, Allahın bəyənmədiyi ən kiçik hərəkəti belə etməmək üçün səy göstərməlidir. Oxumağa davam et
Allah’ın insanlara haqq kitablarda vəhy etdiyi sistem – demokratiya

Allah`ın müxtəliflik sənətinə nümunə: qanadları olmadan uçan canlılar

Allah’a qarşı daima səmimi və dürüst olmağı əsla unutmayın
“… Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdə (sizə günah) var. Allah Bağışlayandır, Rəhmlidir”. (“Əhzab” surəsi, 5)
Ağıllı müdafiə sistemi: Kamuflyaj
Kamuflyaj hərbçiliyin dəyişilməz ünsürlərindən biridir. Düşmənə özünü hiss etdirmədən hücum etmək və ya düşmənin hücumu əsnasında özünü gizlətmək çox əhəmiyyətlidir.
Buna görə də cəbhədəki əsgərlər geyimləri, dəbilqələri ilə, hətta üzlərinə sürtdükləri boyalarla özlərini gizlədər, yəni kamuflyaj edərlər.
Maraqlı olan kamuflyaj deyilən bu ağıllı üsulun yalnız insanlar deyil, heyvanlar tərəfindən də istifadə edilməsidir. Oxumağa davam et
Atmosferdəki ideal nisbətlər
Dünyanın atmosferi həyat üçün vacib olan xüsusi şərtlərin toplanması ilə hazırlanmış müstəsna quruluşa sahibdir. Dünya atmosferi 77% azot, 21% oksigen və 1% nisbətində karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir.
Bu qazların ən əhəmiyyətlisi oksigendir, çünki insanların və heyvanların enerji əldə etmək üçün istifadə etdikləri bir çox kimyəvi reaksiya oksigen sayəsində baş verir. Tənəffüs etdiyimiz havadakı oksigen nisbətinin son dərəcə həssas tarazlıqda olması çox maraqlıdır. Dünya şöhrətli elm adamı Maykl Denton bu mövzuya belə diqqət çəkir: Oxumağa davam et
Ağaclar nə qədər uzana bilir?
Şimali Arizona Universitetindən olan tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqat nəticəsində ağacların böyüməsini idarə edən faktorları aşkara çıxardılar. (1) (2)
Ağacda açıq-aşkar bir dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su daşıyıcılar, budaqlar və yarpaqları meydana gətirəcək şəkildə mütəşəkkil təşkil olunmuşdur. Hüceyrələr ağacın həyatını davam etdirməsi üçün lazımlı funksiyaları yerinə yetirəcək hissələri meydana gətirir və bu hissələr arasında da müntəzəm uzlaşma həyata keçirilir.
Həmçinin bir ağacı kimyəvi məhsul istehsal edən nəhəng bir fabrikə də bənzətmək olar. Oxumağa davam et
Adamlıq dini
İnsanların çoxunu fərqində olmadan öz təsiri altına salmış batil bir din vardır. Bu, özünü birüzə verməyən, gizli bir dindir. Heç bir yazılmış qaydası yoxdur. Adı da yoxdur. Lakin insanların hərəkət və davranışlarını, düşüncələrini təsiri altına salır. İnsanların çoxu fərqində olmadan həyatları boyu bu dinin qaydalarını tətbiq edir, bu dinin əmr və qadağalarına görə yaşayırlar. Bu batil din İslam, xristianlıq və ya yəhudilik deyil. Bu batil dinin qanunları ilə yaşayan insanlardan soruşduqda: “Mən müsəlmanam”, – və ya: “Mən xristianam”, -deyə bilərlər. Bəziləri də dinsiz, hətta ateist də ola bilərlər. Lakin hər biri, əslində, bu gizli dinin mənsubudur. Oxumağa davam et
Adam olmaq!
“Hər şeydən əvvəl adam ol!”
“Adam olsaydın, bunlar başımıza gəlməzdi!”
Bu sözləri həyatımız boyu dəfələrlə eşitmişik. Xüsusilə də gənclik illərində böyüklərimizin istəmədikləri, bəyənmədikləri bir şeyi söylədiyimizdə və ya etdiyimizdə…
Bu sözü istifadə edən insan üçün adam olmaq hər şeydən önəmlidir. Adam olmaq cəmiyyət tərəfindən qəbul olunmuş bir anlayışa, mədəniyyətə və davranışa sahib olmaq, müəyyən sifətləri üzərində daşımaqdır. Oxumağa davam et
Allah yolunda malından infaq etməyin hikmətləri
