Qəflətdən Xilas Olmaq Üçün


1150297_448299871951374_1241025494_nQuran oxumaq və ayələr üzərində düşünmək

Qəflət təhlükəsinə qarşı ən yaxşı üsul Allah`ın qullarına yol göstərən bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allah`a yaxınlaşıb Rəbbimizin üstün elm və qüdrətini qavramasına kömək edir. Bundan başqa, insanın daha əvvəl bilmədiyi, düşünmədiyi və düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verir. Bu səbəblə, Quranı səmimi niyyətlə oxuyan və anlayan bir insan qəlbi razı halda Allah`a yönələr.

Səmimi şəkildə ayələr üzərində düşünən insan düşüncə və davranışlarındakı səhvləri görür. Bilmədiyi və ya əhəmiyyət vermədiyi üçün edib-etmədiyi şeylərin əhəmiyyətini və ciddiliyini anlayır. Rəbbimizin üstün elm və qüdrətini qavrayır və Allah`a qarşı duyduğu qorxu və sevgisi artır. Allah Quranın endirmə məqsədini ayələrində belə xəbər verir:

Bu, insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allah`ın tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.  (İbrahim surəsi, 52)

Həqiqətən, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)

Quranı diqqətlə oxuyan və ayələr üzərində düşünən insan səmimiyyəti ölçüsündə zamanla ayələrin təcəllilərini ətrafında görməyə başlayar; bu da hər an Allah`ı xatırlamasına və qəflətdən qorunmasına səbəb olar. Quranı oxuyan insan dünyada etdiyi hər şeyin hesabını verəcəyini və gördüyü işlərin nəticəsində cənnət və ya cəhənnəmə girəcəyini bilər. Bu həqiqəti görən insan qafil olmaqdan, haqqı unutmaqdan və ya yerinə gətirməməkdən şiddətlə qaçar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma