Təəcüb Doğuran Möcüzə: Yeriyən Zülallar


1920092_544824648965562_910704758_nBiz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Orada məğlub edildilər və xar olaraq geri döndülər. (Əraf surəsi, 117-119)

Bundan təxminən 150 il əvvəl irəli sürülən təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli sehridir. Bu nəzəriyyə hədsiz möcüzələrlə dolu canlıların mənşəyini təsadüflərlə açıqlamağa çalışır. Heç bir konkret elmi fakta əsaslanmasa da, təsirli təlqin metodları ilə insanlar aldadılır. Ancaq elmi nailiyyətlərin artması ilə Allah’ın möhtəşəm yaratmasının incəlikləri üzə çıxarılmışdır. Artıq canlıların quruluş vahidi olan bir zülalın belə təsadüfən meydana gəlmədiyi riyazi cəhətdən sübut edilmişdir. Elektron mikroskopları ilə hüceyrənin içindəki həyat gün üzünə çıxarılır və heyranedici təfərrüatları göstərilir. Bu məqalədə birlikdə bu maraqlı nümunələrdən biri ilə tanış olacağıq. Hz. Musanın əsasının Misirdəki sehrbazların hiyləsini puç etməsi kimi bu məqalədəki dəlillər də dövrümüzün ən böyük hiyləsini puç edir. Gəlin buna birlikdə şahid olaq.

Allah’ın insana verdiyi ən böyük nemətlərdən biri yeriməkdir. Bu sayədə hərəkət edə bilirik. İstədiyimiz yerə gedib ehtiyacımızı asanlıqla təmin edirik. Habelə, bir çox canlı dörd ayaqlı ikən biz iki ayaq üstündə yeriyirik. Elm dünyasında yaxın dövrdə böyük kəşf edilib. Kinezin və miozin 5 adlı zülalların eynilə insan kimi başqa zülallar üzərində yeridikləri aşkar edilib. Üstəlik, bu molekullar yeriyərkən arxalarında orqanoid və vezikul adlanan bağlamalar daşıyırlar. Zülal yeriyərkən lazım olan enerjini ATF molekullarından alır. Bu enerji nəticəsində zülalın üçölçülü formasında dəyişiklik olur. Molekullardakı bu forma dəyişikliyi isə zülalın hərəkət etməsinə səbəb olur. Kuranmocuzeleri

ŞƏKİL: Miozin 5 zülalı heyranedici şəkildə aktin adlı zülalların üzərində yeriyir.

molekuler

ŞƏKİL : 2 ayaq üstündə yerimək müəyyən təlimdən keçdikdən sonra mümkün olur. Molekulların 2 ayaq üstündə yeriməsi çox qəribədir. Ətrafınızdakı cansız əşyalar havada uçuşsaydı, şübhəsiz ki, təəccüblənərdiniz. Hüceyrədə bu cür heyrətamiz proseslər hər an baş verir. Bunlardan biri miozin 5 və kinezin zülallarının şüurlu insan kimi yeriməsidir. Bu, çox təəccüblü vəziyyətdir. Allah’ın səbəbsiz yaratmasının ən bariz nümunələrindən biridir. Təkcə bu nümunə təsadüfləri ilahlaşdıran təkamül nəzəriyyəsinin nə qədər ağıldan kənar olduğunu göstərir.

molekuler1_4

Bir zülalın başqa bir zülalın üzərində yeriyərək hərəkət etməsi ən təsirli yaradılış dəlillərindəndir. Bu cür dəlillərdən bəhs edilməsi insanların Allah’ın varlığını daha açıq şüurla görməsinə səbəb olur. Bu nümunələri görən insanları təkamül cəfəngiyatı ilə aldatmaq çətindir.

molekuler1_5

ŞƏKİL: Kinezin adlı zülal molekulu mikroborucuq adlı başqa zülalın üstündə yeriyir. Bu zülal, eyni zamanda, belində yük daşıyır. Hüceyrənin içində hərəkət etməsi çətin olan yüklər bu yolla lazımi yerlərə çatdırılır. Bir zülalın həm yeriməsi, həm də hüceyrə üçün lazımi yükü daşıması ən maraqlı yaradılış dəlillərindəndir. Burada səbəblər yoxdur. Allah bu cür nümunələrlə səbəbləri də Özünün yaratdığını göstərir.

molekuler1_6

ŞƏKİL: İnsanın illərdən bəri arzusu olan yeriyən robotlar elm adamları və mühəndislərin birgə fəaliyyəti nəticəsində icad edilmişdir. Bir molekulun eynilə insanlar və ASIMO adlı robot kimi yeriməsi heyrətamizdir. Molekulların hüceyrədə digər böyük molekulların üstündə yeriyərək yük daşıması çox maraqlı yaradılış dəlilidir. Hər an hüceyrələrinizdə saysız-hesabsız zülalın yeriməsi həyatın nə qədər böyük möcüzə olduğunu göstərir.

Həyat bir-birini əzmək üzərində deyil, həmrəylik üzərində qurulmuşdur

molekuler1_7

Zülalların insanlar kimi yeriyərək yük daşıması heyranedicidir. Şüursuz molekulların bu cür fədakarlıq etməsi həyatı güclü ilə zəifin mübarizəsi, bir-birini əzmə meydanı kimi göstərən təkamül nəzəriyyəsini təkzib edir. Hüceyrələrimizdə hər an saysız-hesabsız zülalda təcəlli edən bu həmrəylik və fədakarlıq təkamül nəzəriyyəsinin xəyalını qurduğu dünyanın nə qədər yanlış olduğunu göstərir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma