Müsəlmanların ən mühüm vəzifəsi Allahın rizasını qazanmaq üçün axirətə hazırlaşmaqdır


669553Bəzi insanlar həyatları boyu daima bir şey üçün hazırlıq görürlər. Hələ ibtidai sinifdə olarkən yuxarı sinifə keçmək üçün böyük əzmlə imtahanlara hazırlaşırlar. Daha sonra bu hazırlıq universitet üçün davam edir. Universitetdən sonra isə “görəsən, yaxşı iş tapa biləcəyəmmi?” həyəcanı başlayır. Daha sonrakı illərdə insanın bu cəhdi daha yaxşı iş, işində yüksəlmə arzusu, daha yaxşı ev, daha yaxşı avtomobil, daha çox var-dövlət sahibi olma kimi silsilə şəklində davam edir. Şübhəsiz ki, insanın yaxşı təhsil almaq, gözəl işə sahib olmaq, yaxşı həyat tərzi keçirmək kimi istəklərinin olması normaldır. İnsanların səhvi ondadır ki, bu istəklərini əldə etmək üçün əzmlə çalışaraq həyatları boyu etməli olduqları ən mühüm hazırlığı unudurlar. Dünya ilə bağlı bir çox təfərrüat və hadisə bu insanlara (uca Allah`ı tənzih edirik) Allah`ı və axirəti unutdurur.

Hər anlarını Quran əxlaqı ilə yaşamaq üçün səy göstərən möminlər isə dünya həyatında keçirdikləri hər saniyəyə görə Allah dərgahında cavab verəcəklərini bilirlər. Buna görə, həyatları boyu bu məsuliyyəti dərk edərək hərəkət edirlər. Mömin həyatı boyu Allah`ın vəd verdiyi əbədi axirət həyatına hazırlıq görür. Dünyanın çox qısa, müvəqqəti, bir çox çatışmazlıqlarla dolu, Allah`ın bir çox hikmətlə yaratdığı imtahan yeri olduğunu anlayır. Bu qısa imtahan mühitindən sonra Allah`ın canını alacağını, ölümün hər an gələ biləcəyini və ardınca da sonsuz axirət həyatının başlayacağını bilir. Daima Allah`ın rizasını qazanmaq və axirət həyatını gözəlləşdirmək üçün yollar axtarır.

Allah`a olan imanını, yaxınlığını, təqvasını daha da artırmağa çalışır. Gözəl əxlaqlı olmaq və bu əxlaqı ətrafına da yaymaq üçün böyük istək və şövqlə cəhd edir. Möminin ciddi cəhdi sonsuz axirət həyatında Allah`ın razı olduğu və sevdiyi qul olmaq üçündür. Mömin: “Dünyada daha rahat necə yaşaya bilərəm?”, “Dünyadakı məqsədlərimə necə çata bilərəm?” – deyə dünyəvi məqsədlər üçün yarışmır, daima Allah`ın rizasını axtarır, xeyir və gözəlliklər, daha təqvalı olmaq, saleh əməllər etmək üçün faydalı yarış içindədir. Uca Allah Quranda möminin axirət üçün göstərdiyi ciddi cəhdi belə bildirir:

Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona cəhənnəmi məskən edərik. O, (cəhənnəmə) qınanmış, qovulmuş bir vəziyyətdə daxil olar! Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti qəbul olunar. (İsra surəsi, 18-19)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma